Maykl Essyen

Maykl Essyen
ing. Michael Kojo Essien
Maykl Essyen Səbail FK formasında, 2019, Bakı
Maykl Essyen Səbail FK formasında, 2019, Bakı
Ümumi məlumatlar
Tam adı Maykl Koyo Essyen
Doğum tarixi (41 yaş)
Doğum yeri Qana Akkra, Qana
Vətəndaşlığı
Boyu 178
Çəkisi 85 kq
Mövqeyi Yarımmüdafiəçi
Karyerası
Gənclik karyerası
1999—2000 Qana Liberti FK
Klub karyerası[* 1]
2000—2003 Fransa Bastiya FK 6 (11)
2003—2005 Fransa Olimpik Lion FK 71 (7)
2005—2012 İngiltərə Çelsi FK 168 (17)
2012—2013 İspaniya Real Madrid FK 21 (2)
2014—2015 İtaliya Milan FK 20 (0)
2015—2016 Yunanıstan Panatinaykos FK 13 (1)
2019—2020 Azərbaycan Səbail FK 14 (0)
Milli yığma[* 2]
1999—2001 Qana Qana (17 yaşlılar) 5 (0)
2001—2002 Qana Qana (20 yaşlılar) 7 (1)
2002—2014 Qana Qana Milli Komandası 59 (9)
Təltif və medalları
Afrika Millətlər Kuboku
Bürünc Qana 2008 {{{2}}}
Gümüş Anqola 2020 {{{2}}}

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 16 avqust 2020 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 16 avqust 2020 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maykl Koyo Essyen (ing. Michael Kojo Essien; 3 dekabr 1982[1][2], Akkra) — Danimar Superliqası təmsilçilərindən olan "Norşellan" klubunda forma geyinən peşəkar yarımmüdafiəçi. O, həmçinin Qana milli futbol komandasında 50-dən çox qolun müəllifidir.

Essyen karyerasına Qanadakı Liberti FK ilə başlamışdır. 2000-ci ildə, Bastiya FK üçün Fransaya köçmüş və burada üç mövsüm rəqabət aparmışdır. 2003-cü ildə Olimpik Lion FK-ya qatılmış və 70-dən çox qolun müəllifi olmuşdur. 2004-2005-ci illərdə Liqa 1-də ilin oyunçusu seçildi. Fransadakı beş illik fəaliyyəti dövründə Fransa vətəndaşlığını almışdır. Lakin 2005-ci ildə 24.4 milyon funt sterlinq ödəniş ilə İngiltərə Premyer Liqasının ən güclü komandalarından biri olan Çelsi FK ilə müqavilə bağlamış və ən bahalı afrikalı futbolçu adını qazanmışdır. Essyen Çelsi FK-ya 20062010-cu illərdə Premyer Liqada birinci yeri tutmasına kömək etmişdir. 2012-ci ildə komanda UEFA Çempionlar Liqasında qələbə çalmış oldu. 2006-072008-09 mövsümlərində iki dəfə Çelsi Sezon Qolu mükafatına layiq görülmüşdür.

Essyen öz ölkəsini bir çox beynəlxalq yarışlarda təmsil etmiş və Qana milli futbol komandasında 15 ilə yaxın yarımmüdafiəçi mövqeyində rəqabət aparmış və ümümilikdə 71 qolun müəllifi olmuşdur. Gənclər səviyyəsində, 1999 FİFA U-17 Dünya Çempionatında və 2001 FİFA Dünya Gənclər Çempionatında da ölkəsini təmsil etmişdir. Essyen, 2002-ci ilin yanvarında Qana Millisinə keçid etmiş və komanda Afrika Millətlər Kubokunda təqdirəlayiq nailiyyətlər əldə etmişdir. Essyen 20062014 FİFA Dünya Kuboklarında da Qananı təmsil etmişdir.

3 dekabr 1982-ci ildə Aba Qyando və Ceyms Essyen cütlüyünün övladı olaraq Qananın paytaxtı Akkra şəhərində dünyaya gəlmişdir. Futbol karyerasına Keyp sahillərindəki Müqəddəs Avqustin Kollecini bitirdikdən sonra Liberti futbol klubunda oynayaraq başlamışdır.

Essyen ilk dəfə dünya miqyaslı 1999 FİFA Yeni Zelandiyada U-17 Dünya Çempionatında oynarkən diqqəti çəkmişdir. Onun hərəkətləri və vurduğu qolları Avropalı məşqçilərin diqqətini çəkmiş və Essyen 2000-ci ilin aprelində Mançester Yunayted futbol klubunda sınaq oyununa çıxmışdır. Daha sonradan o, klubun 17 yaşadək komandasında uzun müddət məşq etmişdir.

Mançester Yunayted ona müqavilə təklif etmiş, lakin Birləşmiş Krallıqda iş vizasını əldə edə bilməmişdi. Buna görə də o, İngiltərədə iş vizası əldə edənədək Belçikanın Antverpen futbol klubuna qoşulmağı düşündü. Ancaq bu vaxt anası Belçika əvəzinə Fransaya köçməyi daha üstün tutmuş və Bastiya futbol klubundan gələn təklif ilə Fransaya köçmüşdür.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Essyen, Liqa 1 komandalarından biri olan Bastiya FK ilə 2000-ci ilin iyul ayında müqavilə bağlamış və karyerasında debüt etmişdir. 30 sentyabr 2000-ci ildə Mets FK ilə qarşılaşmada komanda kapitanı Laurent Kasanovanı əvəzləyərək komandadaki ilk oyununa daxil olmuşdur. Komandada ilk dəfə dörd müdafiəçinin qarşısında oynamağa başladı. 2000-01 mövsümündə 13 oyun keçirmiş və 1 qol vurmuşdur. 7 fevral 2001-ci ildə 3-2 Mets FK ilə 2-ci qarşılaşmada fərqləndirici qolun müəllifi olmuşdur. Növbəti mövsüm komandanın baş məşqçisi Robert Nouzaret tərəfindən yarımmüdafiəyə keçirilmiş və bu sahədə daim oynamaqla özünü inkişaf etdirmişdir. Orta sahədəki komanda yoldaşları Nikolas DieuzeKiril Yeuneçamp ilə yaxşı anlaşmağı bacaran Essyen, Nant FK, Loryan FKGenqam futbol komandaları ilə matçlarda komandasının qələbə çalmasına səbəb olan mühüm qolların müəllifi olmuşdur. 12 yanvar 2002-ci ildə isə komandanın Olimpik Marsel FK ilə qarşıdurmasında hesabın bərabərə bitməsinə səbəb olan bərabərlik qolunu atmışdır. Essien həmin mövsüm 24 oyunda 4 qol vurmuşdur.

2002-03 mövsümündə Jerard Gilinin məşqçi olması ilə Essyen komandanın əvəzedilməz oyunçusu oldu. Lakin fiziki xüsusiyyətləri və matçlardakı inadkarlığı ona həmin mövsüm 12 sarı və 1 qırmızı vərəqə almasına səbəb oldu. Mövsümün ilk qolunu 3 avqust 2002-ci ildə 1-1 başa çatan matçda Lans futbol klubuna qarşı vurdu. 15 yanvar 2003-cü ildə növbəti mövsümdə oynayacağı komanda olan Olimpik Lion FK-ya qarşı 2-0 hesablı qələbə qazandı. Bastiya futbol klubundaki üç mövsümdə Essyen hər zaman orta sıraları görmüşdür. Son mövsümdə Bastiya FK liqada ilin komandası adını qazanmışdır.

Olimpik Lion FK

[redaktə | mənbəni redaktə et]
  1. Augustyn A. Michael Essien // Encyclopædia Britannica (ing.).
  2. Michael Essien // As (isp.). Madrid: PRISA, 1967. ISSN 1888-6671