Mehmed Əbdülhəlim Əfəndi | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 sentyabr 1894 |
Doğum yeri | |
Vəfat tarixi | 18 noyabr 1926 (32 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Səlim Süleyman Əfəndi |
Anası | Fatma İqbal xanım |
Həyat yoldaşı | Samiyə xanım |
Uşaqları |
Fatma Samirə Sultan Çingiz Əfəndi |
Ailəsi | Osmanlı xanədanı |
Mehmed Əbdülhəlim Əfəndi (27 sentyabr 1894, Feriye sarayı – 18 noyabr 1926, Paris) — 31. Osmanlı sultanı Əbdülməcidin oğlu Süleyman Əfəndinin oğlu, Osmanlı şahzadəsi.
Şahzadə Əbdülhəlim Əfəndi 27 sentyabr 1894-cü ildə Fəriyə sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Süleyman Əfəndi, anası isə onun üçüncü xanımı Fatma İqbal xanımdır. 1899-cu ildə Hayri Əfəndi və Cəmaləddin Əfəndiylə birlikdə sünnət edildi. 1914-cü ildə Hayri Əfəndi və Fuad Əfəndiylə birlikdə Almaniya kayzeri II Vilhelmin dəvətiylə Potsdam Hərbi Akademiyasına göndərildilər. Daha sonra onlara Əbdülməcid Əfəndinin oğlu Fərrux Əfəndi də qatıldı. II Vilhelm bu 4 Osmanlı şahzadəsini şəxsi qvardiyasına üzv seçdi. Potsdamdakı hərbi təhsilini tamamladıqdan sonra, Əbdülhəlim Əfəndi Berlin kral sarayında kapitan rütbəsiylə xidmət etməyə başladı.
Birinci Dünya müharibəsi illərində mühüm vəzifələrə yüksəldi. Bacısının Ənvər Paşayla evli olması səbəbilə orduda qısa zamanda nüfuz qazandı. Üstəlik İstiqalaliyyət hərəkatını dəstəkləmiş, bir çox tərəfdarın Anadoluya göndərilməsində yardımçı olmuşdur. Bununla yanaşı Sultan Rəşadın şəxsi yavərlərindən biri oldu.
3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Əbdülhəlim Əfəndi də ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Paris şəhəri olduvə cütlüyün ikinci övladı olan Çingiz Əfəndi burada dünyaya gəldi. Ancaq oğlunun doğumundan bir neçə ay sonra Əbdülhəlim Əfəndi 26 may 1926-cı ildə vəfat etdi. Cənazəsi Suriyaya gətirilərək Süleymaniyyə təkyəsinin qəbiristanlığına dəfn olundu.
10 avqust 1913-cü ildə Samiyə xanımla (d. 1 fevral 1896, Üsküdar - ö. 1947, Paris) evləndi və 2 övladı dünyaya gəldi: