Ölkə | Ukrayna |
Şəhər | Odessa |
Yerləşməsi | Odessa, Bunina küç, 15 |
Binanın tipi | teatr |
Heykəltəraş | Aleksandr Osipoviç Bernardatsi |
Memarlıq quruluşu | neointibah memarlığı[1]:25 |
İnşası | 1894—1899 illər |
Status | memarlıq abidəsi[2]:109 |
Sayt | Rəsmi sayt |
Odessa Dövlət Filarmoniyası (Yeni birja) — 1931-ci ildə əsası qoyulmuş Odessanın ən böyük konsert binalarından biri. Elə həmin ildə filarmoniyanın simfonik orkestri rəsmi olaraq yaradılıb. Filarmoniya iki zaldan: kamera və konsert zallarından ibarətdir. Filarmoniya Odessa "Yeni" birjasının binasında yerləşir.
Bu binanın sələfi 1842-ci ildə yaradılmış Odessa Filarmoniyası idi. Buraya həm musiqiçilər, həm də Odessanın tanınmışları; yazıçılar və hərbi qulluqçular daxil idi. Cəmiyyət xeyriyyə konsertləri verir və yeni başlayan sənətçilərə maddi dəstək göstərirdi. 1840-cı illərdə Filarmoniyanın səhnəsində Venyavski qardaşları, bəstəkar və pianoçu Ferens List çıxış edib. 1925-ci ildən binada simfonik musiqi konsertləri keçirilməyə başlanılıb.
Odessa Konservatoriyasının professoru Leonid Moqilevski Odessa Filarmoniyasının Simfonik orkestrinin dirijoru olub. Həmçinin, Aleksandr Qlazunov, Aleksandr Qauk, Konstantin İvanov, Kurt Sanderlinq, Natan Raxlin, Yuri Simonov, Yuri Temirkanov, Yevgeni Svetlanov orkestr podiumu arxasında; orkestrdə isə Emil Gilels, Vladimir Horovitz, David Oystrax, Leonid Koqan, Mstislav Rostropoviç müşayət edirdilər.
Filarmoniya Odessanın tarixi mərkəzində yerləşir. 1899-cu ildə tikilmiş bina əvvəlcə birja ticarətinin aparılması üçün nəzərdə tutulmuşdu və buna görə də Primorski bulvarında Köhnə Birjanın əvəzinə tikilmiş Yeni Ticarət Birjası yerləşirdi. Bu ehtiyac şəhər limanı vasitəsilə taxıl ixracının artması və müvafiq olaraq ticarət əməliyyatlarının artması ilə əlaqədar idi. Sovet dövründə planlı ticarət, birjanı əvəz edəndə bina təyinatını dəyişdi. Uzun illər burada müxtəlif ictimai və dövlət təşkilatları yerləşdi, plenar iclaslar keçirildi, ədəbi gecələr təşkil edildi. 1946-cı ildən birjanın binasında Odessa Filarmoniyası yerləşib.[3]
Binanın orijinal görünüşü bu günə qədər demək olar ki, dəyişməz qalmışdır. Onun tikintisi üçün orijinal layihənin müəllifi Vyanadan olan memar V.İ.Prohaski idi, onun eskizi dünya müsabiqəsi üçün təklif olunan otuzluğun ən yaxşısı hesab olunurdu. Layihə baş şəhər memarı A.O.Bernardatsi tərəfindən yenidən işlənmiş və sonradan o, bütün bilik və təcrübəsini onun tikintisinə sərf etmiş və bu proses 5 ilə yaxın davam etmişdir. Tikintiyə layihənin müəllifi Vikentiya Prohaska və memar V. A. Dombrovskinin köməyi ilə A.O.Bernardatsi rəhbərlik edirdi.
İnteryer və eksteryer heykəltəraşlar M.L.Molinari, LD.Menzione, B.V.Edvards tərəfindən tərtib edilmişdir.[2]:109
Venesiya neointibah memarlığı üslubunda tikilmiş birja binası üçün Venesiyadakı Dojlar sarayı nümunə götürülüb.[1]:25