Omsk

Omsk
Омск
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
54°58′ şm. e. 73°23′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1716
İlk məlumat 1716
Sahəsi
Mərkəzin hündürlüyü 90 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.110.836 nəf. (2023)[2]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 3812
Poçt indeksi 644000–644960[3]
Digər
admomsk.ru
Xəritəni göstər/gizlə
Omsk xəritədə
Omsk
Omsk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Omsk — Rusiyada şəhər, Omsk vilayətinin inzibati mərkəzi. 1918-1920 illərdə Rusiya milli hökumətininnin (Ağ Rusiyanın) paytaxtı.

Əhalisinə görə - 1 160 670 (2013) - Sibirdə ikinci, Rusiyada səkizinci yerdədir. İri nəqliyyat qovşağı və sənaye mərkəzidir: yüngül, yeyinti, poliqrafiya, kimya, neftkimya və aviakosmik sənayesi var.

Şəhər Qərbi Sibir düzənliyinin cənub hissəsində, İrtışın Oma qovuşmasında, Omsk vilayətinin cənub hissəsində yerləşir. Başqa şəhərlərlə olan məsafəsi:

Omsk qalasının əsası 1716-cı ildə kazaklar tərəfindən qoyulub. Qalanın inşasını I Pyotrun sərəncamı ilə Buhqoltsev aparıb. 1797-ci ilə kimi Omsk sürgün yeri və çöldə yaşayan türk və monqol xalqları ilə sərhəd qalası olub. 19-cu əsrdə əvvəlcə, Qərbi Sibirin və müasir Şimali Qazaxıstanın böyük ərazisini əhatə edən Qərbi-Sibir diyarının, sonra isə Çöl general-qubernatorluğun mərkəzi olur.

1850-1854 illərdə Omsk sürgünündə Dostoyevski olur. “Ölü evdən məktublar” əsərində yazıçı sürgündə keçirdiyi vaxt barədə öz təəsuratlarını bölüşür.

Demək lazımdır ki, 20-ci əsrin əvvəlində Omsk diyarının hökuməti, Omsk Dövlət universitetinə onun adını vermək istəyir.

1914-cü ilin əvvəlində Dəmir yolu idarəsi tikilməyə başlayır, tikinti macar əsirlərinin gücü ilə aparılır. 1915-ci ildə Omskda ilk su kəməri çəkilir.

Rusiyada vətəndaş müharibəsi illərində Omsk əvvəl Müvəqqəti Sibir hökumətinin qərargahı, sonra isə Avksentyevin başçılıq etdiyi Müvəqqəti Ümurrusiya hökumətinin, daha sonra isə Kolçakın başçılıq etdiyi hökumətin qərargahı olur.

Demək olar ki Vətəndaş müharibəsi illərində Omsk ağqvardiyaçıların əsas istinadgahı olur.

1948-ci ildə şəhərdə kütləvi yaşıllaşdırma aparılır.

Müəssisələri

[redaktə | mənbəni redaktə et]