Paul Erliş | |
---|---|
alm. Paul Ehrlich | |
Doğum tarixi | 14 mart 1854[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 20 avqust 1915[1][2][…] (61 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | insult |
Elm sahələri | İmmunologiya[5], Bakteriologiya[5], kimya, Kimyaterapiya |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili | |
Elmi rəhbərləri | Robert Kox |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Paul Erliş (alman: [ˈpaʊ̯l ˈeːɐ̯lɪç] ( dinlə)) (14 mart 1854[1][2][…], Stşelin[d], Prussiya[4] – 20 avqust 1915[1][2][…], Bad-Xomburq[d], Almaniya imperiyası[4]) - alman hәkimi, immunoloq, bakterioloq, kimyaçı vә biokimyaçı. Kimyәvi terapiyanın banisi, Nobel mükafatı laureatı.
Paul Erliş Rostok, Strasburq, Breslavl, Leypsiq və Frayburq universitetlərində oxumuşdur. 1877-ci ildәn Şarite Berlin Klinikasının hәkimi kimi işləməyə başlamışdır. 1887-ci ildən etibarən Berlin Universitetinin privatdosenti, 1890-cı ildәn ekstraordinar professor olmuşdur. 1896-cı ildәn Şteqlisdә zәrdabın öyrәnilmәsi institutunun direktoru olmuşdur. 1899-cu ildәn Frankfurt-Maynda, hazırda öz adını daşıyan, Eksperimental Terapiya İnstitutuna rәhbәrlik etmişdir. Əsas әsәrlәri biokimya, dәrman maddәlәrinin kimyası, eksperimental patologiya vә terapiya, habelә immunitet üzrәdir. 1901-ci ildәn bәdxassәli şiş problemi üzәrindә işlәmişdir. Qan leykositlәrinin müxtәlif formalarını tәsvir etmiş, qanyaranmada sümük iliyinin vә limfoid orqanların әhәmiyyәtini göstәrmişdir. Bәzi infeksion xәstәliklәrin kimyәvi preparatlarla müalicә üsullarını işlәyib-hazırlamışdır. İlk olaraq müalicә preparatlarına qarşı mikroorqanizmlәrin davamlılıq qazanmaq şәrtini müәyyәn etmişdir.