Paula Pareto | |
---|---|
Paula Belen Pareto | |
Şəxsi məlumatlar | |
Tam adı | Paula Belen Pareto |
Doğum adı | Paula Belén Pareto |
Ləqəbi | La Peque[1] |
Vətəndaşlığı | Argentina |
Doğum tarixi | |
Doğum yeri | San Fernando, Buenos-Ayres vilayəti, Argentina |
Təhsili | |
Boyu | 150 sm. |
Çəkisi | -48 kq. |
İdman növü | Cüdo |
26 avqust 2016 tarixində yenilənib. | |
Vikianbarda əlaqəli mediafayllar |
Paula Pareto (16 yanvar 1986, San Fernando, Buenos-Ayres vilayəti, Argentina) — Super yüngül çəki dərəcəsində (-48 kq.) çıxış edən Argentinalı cüdoçu. Olimpiya çempionu.
2008-ci ildə Çinin paytaxtı Pekində keçirilən Yay Olimpiya Oyunlarında -48 kq. çəki dərəcəsində çıxış edərək bürünc medal qazandı. O bürünc medal yarışında KXDR təmsil edən Pak Ok Sonu məğlub edərək ilk olimpiya mükafatına yiyələndi.
2012-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda özünün sayca ikinci olan olimpiya oyunlarında iştirak etdi, amma bürünc medal oyununda Belçikanı təmsil edən cüdoçu Şarlin Van Snikə məğlub olaraq 5-ci yerlə kifayətlənməli oldu.
2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunları Paula Pareto üçün əlamətdar oldu. Beləliklə, finalda Cənubi Koreyalı cüdoçu Çon Bo Kyonu məğlub edərək qızıl medalı qazandı.