Pol Keres | |
---|---|
est. Paul Keres | |
| |
Ölkə | |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Titulu | Qrosmeyster |
Son reytinqi |
|
Maksimal reytinqi | 2615 (İyul 1971) |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Pol Petroviç Keres (est. Paul Keres; 7 yanvar 1916[3][1][…], Narva, Sankt-Peterburq quberniyası[d][1] – 5 iyun 1975[3][1][…], Helsinki[1]) — Estoniya və Sovet şahmatçısı. Pol 1930-cu illərin ortalarından 1960-cı illərin ortalarına qədər dünyanın top oyunçuları arasında olub.
Keres dünya çempionatında 5 dəfə az fərqlə çempionluq şansını qaçırıb. O 1938-ci ildə AVRO turnirində qalib gəldi hansi ki, bu ona Aleksandr Alyoxinlə yarışma imkanı yaratdı. Amma İkinci Dünya Müharibəsi görə oyun keçirilmədi. Müharibədən sonra Keres 4 dəfə ardıcıl Namizədlər Turnirində ikinci yeri tutdu.
Bu və digər nəticələr ərzində bəzi şahmat tarixçiləri hesab edirdilər ki, dünya çempionu olmayan ən güclü oyunçudur və tarixin ən böyük oyunçularından biridir. Ona "Pol İkinci", "Əbədi İkinci", "Şahmatın Şah Şahzadəsi (Şeyxi)"("The Crown Prince of Chess") ləqəbi verilmişdir. Keres Viktor Korçnoy və Aleksandr Belyavskiy ilə yanaşı doqquz dünya çempionuna tarixdə hamıdan çox sözsüz qalib gəlib.
Keres şahmatı ilk dəfə atasından və böyük qardaşı Haralddan (sonra görkəmli fizik öz tələbələrinə: "Mən Polun qardaşı deyiləm, Pol mənim qardaşımdır" zarafatla deyir) öyrənir. Yaşadığı kiçik şəhərdə şahmat ədəbiyyatının az olmasında görə Pol şahmat notasiyasi (şərti işarələr, fiqurların yazılışı) haqqında gündəlik qəzetdəki şahmat məsələri və yığılmış 1000 oyunlar əlyazma kolleksiyasından öyrənir. İlk günlərində, o brilliant və kəskin hücüm üslübü üçün tanınırdı.
Keres 3 dəfə Estoniyanın məktəbli çempionu olur (1930, 1932, 1933). Onun oyunları məktəbdə oxuyan zaman yazışmalı şahmatdan (correspondence chess) sonra püxtələşir. Təxminən 500 yazışmalı şahmat oynayır, birinci mərhələdə 150 yazışmalı oyun eyni zamanda olur. 1935-ci ildə Pol Beynəlxalq Fernschachbund (IFSB) beynəlxalq yazışmalı şahmat çempionluğunu qazanır. 1937-ci ildən 1941-ci ilə qədər Tartu Universitetində riyaziyyat təhsil almış və bir neçə universitet daxili yarışlarda iştirak edir.