Pol Pot

Pol Pot
khm. ប៉ុល ពត
Kamboca baş naziri
25 oktyabr 1976 – 7 yanvar 1979
ƏvvəlkiNuon Chea (müvəqqəti)
SonrakıPen Sovan
Kamboca Kommunist Partiyası Mərkəz Komitənin Baş katibi
22 fevral 1963 – 6 dekabr 1981
ƏvvəlkiToy Samouth
SonrakıPartiya ləğv edildi
Şəxsi məlumatlar
Doğum adı សាឡុត ស
Doğum tarixi 19 may 1925(1925-05-19)[1][2][…] və ya 19 may 1928(1928-05-19)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 15 aprel 1998(1998-04-15)[4][5][…]
Vəfat yeri
Dəfn yeri
Partiya Kamboca Kommunist Partiyası
Fəaliyyəti siyasətçi, zabit
Dini ateizm
Hərbi xidmət
Döyüşlər

Kamboca Vətəndaş Müharibəsi

Kamboca-Vietnam Müharibəsi
Rütbəsi general

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pol Pot (khm. ប៉ុល ពត) və ya əsl adı ilə Salot Sar (khm. សាឡុត ស; 19 may 1925[1][2][…] və ya 19 may 1928[2][3][…], Prek-Sbauv[d], Fransa Hind-Çini15 aprel 1998[4][5][…], Anlonqvenq dairəsi[4]) — Kamboca siyasi və dövlət xadimi. Kampuçiya Kommunist Partiyasının baş katibi (1963–1979), Demokratik Kampuçiyanın baş naziri (1976–1979), "qırmızı kxmerlər"in lideri və diktator. Pol Potun hakimiyyəti dövrü kütləvi represiyalar və aclıqla müşahidə olunmuşdur.

O ölkədə aqrar sosializmin radikal formasının əsasını qoymuş və totalitar diktatura sistemini yaratmaq istəyirdi. Onun hökuməti (kxmerlər) şəhərlərin ləğv edilməsi və şəhər sakinlərinin kəndlərdə, sahələrdə məcburi işləməyə cəlb edilməsini özünün məqsədi hesab edirdi. Bu dövrdə kapitalizm dəyərləri kimi göstərilən iqtisadiyyat və maliyyə sistemləri süquta uğradı. Həmçinin, dövlət əmlakı dağıdıldı, banklarda olan valyutalar küçələrə səpilərək yandırıldı.

Bunun nəticəsində 1–3 mln arası (təxminən əhalinin 25%-i) insan həlak olmuş və öldürülmüşdür.

Uşaqlığı və gəncliyi

[redaktə | vikimətni redaktə et]

Salot Sar (Pol pot) 1925-ci ildə Kampoqtxomda, kxmer kəndli ailəsində anadan olmuşdur. O ailənin doqquz uşağından səkkizincisi idi. Atası Pek Salot 12 hektar torpağa malik düyü fermeri idi və ailə bir neçə camış saxlayırdı. O dövr üçün onlar orta yaşayan kamboca ailəsi sayılırdılar. Onun əmisi qizi Meak kral sarayı baletində rəqs edirdi və "saray qadınlarına cavabdeh" statusuna malik qadın kimi vəliəhd şahzadə Sisovata Monivonqanın məşuqəsi idi. Böyük qardaşı Lot Suonq-da sarayda xidmətçi işləyirdi. Həmçinin, bacısı Salot Royenq kral Monivonqanın məşuqəsi idi.

1935-ci ildə Salot Sar paytaxt Pnompenə qohumlarının yanına göndərildi. Burada o əmisi qızı Meakin evində yaşayırdı. Bir müddət o buddist məbədində xidmətçi kimi qulluq etdi. Burada o kxmer dilini və buddizmin əsaslarını öyrəndi. 1937-ci ildə Salot Sar orta katolik məktəbinə daxil oldu və təhsilin əsaslarına yiyələndi. Buranı bitirdikdən sonra, 1942-ci ildə o Norodom Sianuk kollecində təhsilini davam etdirdi. 1948-ci ildə Sar təhsilini nüfuzlu Sisowath liseyində davam etdirdi və imtahanlardan kəsilərək uğursuzluqla bitirdi. Bundan sonra, o məcbur olaraq təhsilini texniki məktəbdə davam etdirdi. 1949-cu ildə Salot Sar dövlət təqaüdünə layiq görülərək ali təhsil almaq üçün Fransaya göndərildi.

Fransada təhsil aldığı illər

[redaktə | vikimətni redaktə et]

Fransaya gəldikdən sonra Sar (Pol Pot) , Paris şəhərində radiotexnika universitetində tələbə həyatı yaşamağa başladı. Sonralar onun özünün dediyinə görə o, yaxşı tələbə olmuş və çox işləmişdir. 1950-ci ilin yayında Salot Sar digər tələbələrlə birlikdə keçmiş Yuqoslaviyaya işləməyə göndərildi. Bu ildə Salot Sar Fransada digər kambocalı gənclərlə tanış oldu. Bunların içində Kenq Vannsak adlı bir millətçi ruhda olan şəxs vardı. Bir qrup gənc Kenq Vannsankın evində yığışıb Marksist söhbətləri aparırdılar. 1952-ci ilin ortalarında Salot Sarın "Kxmer Daom" ləqəbi ilə ilk dəfə kambocalı tələbələrin yartdığı "Khmer Nisut" jurnalında "Monarxiya yoxsa demokratiya?" məqaləsi çap olundu. Yəqin ki, bu ildə Salot Sar Fransa Kommunist partiyasına daxil olmuş və təhsilə marağını tam itirmişdir. Universitetdən çıxardıldıqdan sonra 1952-ci ilin dekabrında Fransanı tərk etdi.

Kambocaya qayıdışı və inqilab fəaliyyətinin başlanğıcı

[redaktə | vikimətni redaktə et]

1953-cü ilin yanvarında Salot Sar (Pol Pot) Kambocaya qayıtdı və paytaxt Pnompendə qardaşı Lot Suonqun evində yerləşdi. Bir aydan sonra o, antifransız partizan dəstələri ilə əlaqə saxlamaq istədi və Hindçin (İndokitay) Kommunist partiyasının yerli nümayəndəsi Fan Van Ba ilə tanış oldu.

1953-cü ilin avqustunda Salot Sar Kamboca Xalq İnqilabı Partiyası sıralarına daxil oldu. Burada o, kütləvi təbliğat işləri şöbəsində işləməyə başladı. Sonra partiya kadrları üçün yaradılmış məktəbə getməyə başladı. Sonrakı dövrlədə Fan Van Ba Salot Sar haqqında bunları demişdi: "Sar orta bacarıqlı bir gənc, amma hakimiyyətə susamış həris birisi idi"

1953-cü ildə Kamboca müstəqilliyini qazandı və Fransa təsirindən çıxdı. Kamboca krallığının başına şahzadə Norodom Sianuk keçdi. İlk illər Sianuk xalqın geniş rəğbətini qazanmışdır, lakin sonralar fərqli və tez-tez dəyişən xarici siyasəti onun hakimiyyətini zəiflətdi.

1954-cü ildə digər kommunist yoldaşları ilə birlikdə Salot Sar Kamboca sərhədi yaxınlığında Vyetnam azadlıq hərəkatının baş əsgəri gərərgahına gəldi və bir müddət burada qaldı. Buradan Çinə keçdi və Mao Tsedun rejimindən bəhrələnən Pol Pot ölkəsinə geri qayıtdı. Ümumiyyətlə ilk dövrlərdə Salot Sar Çin Kommunist partiyasının dəstəyinə malik idi.

1960-cı ildə Salot Sar (Pol Pot) Kamboca Kommunist partiyası silahlı qolu olan qırmızı kxmerlərin başına keçdi.

1963-cü ildə isə Salot Sar artıq Kampuçiya Kommunist partiyasının baş katibi oldu.

Dövlət başçısı Sianuk neytral siyasət aparmağa çalışsada bu mümkün olmadı. 1965-ci il Norodom Sianuk ABŞ ilə diplomatik əlaqələri kəsdi. Buna səbəb ABŞ qüvvələrinin Şimali Vyetnam (Kommunist Vyetnamı) əraziləri ilə yanaşı Kamboca ərazisini bombalaması oldu. Həmçinin, 1966-cı ildə Sianuk hökuməti öz ərazisindən Şimali Vyetnama kömək edilməsinə icazə verdi.

Bu qeyri sabit vəziyyət ölkədə narazılıqların və üsyanların qalxmasına şərait yaradırdı. 1967-ci ildə Battambanq əyalətində kəndlilərin hökumətə qarşı üsyanı başladı. Bu üsyan Salot Sarın (Pol Pot) başçılıq etdiyi Kamboca Komunist partiyası tərəfindən, əsasda onun silahlı qanadı olan "qırmızı kxmerlər" tərəfindən istifadə edilərək dövlət başçısı Norodom Sianuka qarşı silahlı hərəkatın başlanğıcı oldu. 1968-ci ilin əvvəlində silahlı aksiyalar baş verirdi və bu ilin sonunda artıq Kambocada geniş vətəndaş müharibəsi gedirdi.

Hadisələrin bu cür gedişini görən Sianuk Kambocada kommunist üsyançılarının qarşısını almaq istəyirdi. Buna görə də o, məcbur olaraq xarici siyasətini dəyişdi və 1969-cu ildə ABŞ ilə diplomatik əlaqələri bərpa etdi, lakin Sianukun bu ikili siyasəti nəticəsində dövlət çevrilişi baş verdi və 1970-ci ilin martında hakimiyyətə baş nazir olan general Lon Nol keçdi. Norodom Sianuk ölkədən çıxdı və ilk olaraq Moskvaya, sonrada Pekinə səfər etdi. Lon Nol tam olaraq amerika yönlü siyasətin tərəfdarı olaraq, ABŞ-nın köməyi ilə ölkədə kommunist güclərinə qarşı mübarizə aparmağa başladı. 1970-ci ildən başlayaraq dövlətə qarşı olan kommunist qüvvələri birləşərək Lon Nol hökumətinə qarşı mbarizə aparmağa başladılar. 1975-ci ilin yanvarında "qırmızı kmerlər" final hücumlarına keçərək paytaxt Pnompenə doğru istiqamət aldılar. Onlar paytaxtı mühasirəyə aldılar və Lon Nol paytaxtı tərk edərək qaçdı. 1975-ci ilin 17 aprelində paytaxt tam olaraq Salot Sar başçılıq etdiyi "qırmızı kmerlərin" əlinə keçdi. Kambocada vətəndaş müharibəsi bitdi, amma ölkə gələcəkdə baş verəcək ən faciəli hadisələrin astanasında dayanmışdır.

Hakimiyyət dövrü

[redaktə | vikimətni redaktə et]
Qırmızı Kxmerlərin qurbanlarının kəllə sümükləri

1975-ci ilin 17 aprelində "qırmızı kxmerlər" Pnompeni ələ keçirdikdən sonra, Salot Sar Kamboca kommunist partiyasının lideri olaraq, defakto dövlət başçısı oldu. 1976-cı ildə isə özünə tam olaraq "Pol Pot" ləqəbini götürdü. Bu ad fransız ifadəsindən qısaldımış və "mümkünlük siyasəti" (politique potentielle) mənasını verirdi.

Şəhər camaatı "xilaskarlarını" qarşılamağa çıxdılar, lakin onlar bilmirdilər ki, hakimiyyətə gəlmiş rejim onları öz şəhərlərindən çıxardıb, didərgin salacaq. Tutulduqdan sonra paytaxt Pnompen şəhərinin boşaldılmasına başlandı, çünki bu qərar artıq 1976-cı il fevralda Kampuçiya Vahid Xalq Cəbhəsi tərəfindən keçirilən konqressdə təqdir edilmişdir. Bunun əsas tərəfdarı olan Pol Pot deyirdi:

" Şəhərlərin boşaldılması bizim qələbəmizi möhkəmləndirən əsas faktordur.... Bunun nəticəsində şəhərlərdə olan siyasi və hərbi müxalifət məhv olacaq. Əgər biz bunu etməsək, şəhərlərdə bizə qarşı olan qüvvələr baş qaldıracaq. Ancaq, kəndlərə köçürülən camaat orada yaradılmış kooperativlərdə işləyəcək və bizim təsirimiz altına düşəcəklər. "

1975-ci ilin 25 – 27 aprelində Pnompendə Fövqəladə Milli konqress keçirildi və burada yeni hökumət Kambocada yeni cəmiyyətin yaradılamsını bildirdi.

1976-cı ilin yanvar ayının 5-də yeni konstitusiya qəbul edildi və ölkə adı dəyişərək Demokratik Kampuçiya adlandı. Həmin ilin 11 aprelində baş nazir kimi Pol Pot ilə yeni hökumət seçildi. Onun sələfi Kxieru Safran prezident kimi dövlət başına keçdi. Həmçinin, Pol Pot hakimiyyətə gəldikdən sonra əsas 3 tapşırığın həll olmasını qeyd edirdi:

  1. Kəndlini talan edən korrupsiya və sələmçiliyə son qoymaq.
  2. Kampuçiyanın xarici ölkələrdən olan asıllığını aradan qaldırmaq.
  3. Ölkədə qayda-qanunu bərqərar etmək və bunun üçündə ilk növbədə sərt siyasətin yeridilməsi,

lakin sonrakı dövrlərdə "qırmızı kmerlər" tərəfindən yeridilən şəhərlərin köçürülməsi prosesi 100 minlərlə insanın ölməsi ilə nəticələndi. Əsasəndə qocalar, əlillər və hamilə qadınlar isti havadan, aclıqdan yollarda həlak oldular.

Xəstəxanaların, məktəblərin və dövlət təşkilatlarının işi iflic vəziyyətində idi. Cünki, əhalinin ziyalı təbəqəsi, həkimlər, müəllimlər sıxışdırılmağa başlandı. Ərzaq mənbələri "qırmızı kxmerlərin" əlində mərkəzləşdirildi və nəticədə aclıq başladı. Kəndlərə köçürülmüş insanlar orada xəstəliklərdən və aclıqdan ölürdülər.

Paytaxt Pnompenin əhalisi qısa bir müddət ərzində köçürülməyə başladı və 3 milyonluq şəhərdə artıq 20 min insan qalmışdır. Bununda əksəriyyəti əsgər, zabit və adminstrasiya işçiləri idi. Paytaxt Pnompen artıq qarabasma şəhərə çevrilmişdir.

Bunların nəticəsi olaraq Pol Pot hökumətinə qarşı üsyanlar baş verdi. Ilk belə üsyan artıq 1975-ci ildə "qırmızı kxmerlərin" ilk hakimiyyəti dövründə Siemeral əyalətində başladı. Coxluq müsəlman olan Tyam xalqı Trea kəndində üsyan qaldırdı. Üsyan qəddarlıqla yatırıldı və kənd yerlə-yeskən edildi. Sağ qalmış tyamlı üsyançıların başlarına motıqa (xüsusi alət, bel) ilə vurmaqla edam etdilər. 1977-ci ildə 170-ci diviziyanın 600 əsgəri paytaxt Pnompendə üsyan qaldırdılar, lakin bu qiyam da yatırdıldı. Sonralar əyalətlərdə coxlu belə üsyanlar qaldırıldı. Həmçinin, hökumətə qarşı fəalliyət göstərən partizan dəstələri vardı.

1978-ci ildə olkənin bir hərbi dairəsində üsyan qalxdı. Bu üsyana başçılıq Dövlət rəyasət heyətinin 1-ci müavini Sop Pxim edirdi.

Vyetnam münaqişəsi və devrilməsi

[redaktə | vikimətni redaktə et]

17 aprel 1975-ci il Şimali Vyetnam Cənubi Vyetnamın paytaxtı Sayqon şəhərini tutdu. Bununla uzun müddət davam edən Vyetnam müharibəsi bitdi və Vyetnam Sosialist Respublikası yarandı.

Bundan sonra Demokratik Kampuçiya ilə Vyetnam arasında münasibətlər pozulmağa başlamışdır. Buna səbəb Çinin bu bölgədə apardığı fərqli siyasət idi. Vyetnamın Sovet İttifaqı ilə əməkdaşlığı bu dövrlərdə Çin üçün qəbul olunan deyildi. Buna görə də 1975-ci il mayın 1-də Çinin dəstəyi ilə Kampuçiya hərbi qüvvələri Vyetnama hücum etdi.

"Qırmızı kxmerlər" öz daxili siyasətlərinin uğursuzluğunda Vyetnam və vyetnamlıları günahlandırır və fikir yayındırmağa başlamışdılar.

Bu barədə Pol-Pot deyirdi:

" Vyetnam bizim bir nömrəli, ənənəvi düşmənimizdir və nə yolla olursa-olsun onları darmadağın etməliyik "

1977-ci il sentyabr ayında Kampuçiya sərhəd boyu Vyetnama qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladı. Vyetnam ərazisinə daxil olaraq kəndləri dağıtdılar və insanları qətlə yetirdilər. Vyetnam hökuməti bu hücum nəticəsində 1 milyon vyetnamlının öldürüldüyünü bildirdi.

1978-ci il dekabr ayında Kampuçiya ordusu tankların və artilleriyanın dəstəyi ilə Vyetnamın Benşoy şəhərinə hücum etdi. Bu şəhəri tutmaqla onlar Vyetnamın mərkəzinə doğru yol açmaq istəyirdilər, lakin dekabrın 25-də Vyetnamın 14 diviziyadan ibarət ordusu geniş əks hücuma keçdi və qısa vaxt ərzində Kampuçiyanın sərhədlərinə daxil oldu.

Artıq 1979-cu ilin 1 yanvarında Kampuçiya paytaxtı Pnompen şəhərinin yaxınlığında top səsləri eşidilirdi. 7 yanvarda paytaxtda olan məmurlar qatara minib qaçmağa başladılar. Pol Pot özü isə helikopter vasitəsi ilə Pnompeni tərk etdi.

7 yanvar 1979-cu il Vyetnam ordusu Pnompeni tam tutdu və 3 il 8 ay 20 gün hakimiyyətdə olan "qırmızı kmerlər" devrildilər. Hakimiyyətə Vyetnamın köməyi ilə kommunistyönlu Xenq Samrin gəldi və Kambuçiya Xalq Respublikasının yaradılması elan edildi.

Müqavimət hərəkatının başında

[redaktə | vikimətni redaktə et]

1979-cu ilin 15 iyulunda Pnompendə Xalq İnqilabı tribunalı yaradıldı. Bu tribunal qırmızı kxmerlərin liderlərinin soyqırım cinayətlərini araşdırdı və 2 il sonra Pol Pot və Yenq Sarini ölüm cəzasına məhkum etdi. Həmçinin, tribunal Çin hökumətini bu cinayətlərin dəstəkləyicisi və ruhlandırıcısı kimi tanıdı.

Paytaxt Pnompeni itirdikdən sonra "qırmızı kxmerlər" ölkənin qərbinə Tailandla sərhəd ərazilərə çəkildilər. Bu ərazidə onlar baza yaratdılar və bundan sonra 20 il ərzində müqavimət fəaliyyəti ilə məşğul oldular.

Kamboca hökuməti sonarkı dövrlərdə daima olaraq onlara qarşı hərbi əməliyyatlar aparırdı. Bu dövrlərdə Pol Potun başçılıq etdiyi müqavimət hərəkatına Çinlə yanaşı TailandABŞ-də kömək göstərməyə başladılar. Çünki, bu dövlətlərin Kommunist Vyetnamı dəstəkləyən Sovet İttifaqı ilə münasibətləri gərgin idi.

Bunun nəticəsində 1983-cü ildə "qırmızı kxmerlər" silahlarının sayını artıraraq yeni dəstələr yaratmağa nail oldular. Onlar 9 yeni diviziya və cəbhə arxası əməliyyatlar aparmaq üçün "Ronsae" adlı dəstələr yaratdılar.

Pol Pot "qırmızı kxmerlər" devrildikdən sonrada onların lideri kimi fəaliyyət gostərirdi. Onun nümayəndələri 1990-cı ilə qədər BMT tərəfindən tanınan Kambocanın "koalisiya hökuməti"nə daxil idilər,

lakin 1990-cı ildən sonra, BMT-nın rəhbərliyi ilə aparılan barışdırıcılıq siyasətinin nəticəsində Pol Pot nüfuzu düşdü. Bütün tərəfdarları ondan üz döndərməyə başladılar.

1997-ci ildə Pol Potun əmri ilə "qırmızı kxmerlərin" liderlərindən biri olan Son Sen və ailəsi qətlə yetirildilər. Bu hadisə "qırmızı kxmerlərin" daxilində narazılıqla qarşılandı və Pol Potu ev həbsinə məhkum etdilər. Sonradan onun məhkəməsi oldu və onu rəsmi olaraq satqınlıqda ittiham etdilər.

Pol Potun qəbiri. Alonq Venq bölgəsi

1998-ci ilin 15 aprelində Pol Pot ürək çatışmazlığı nəticəsində vəfat etdiyi elan edildi. Tibbi müayinə keçirildikdən sonra onun zəhərlənib öldürüldüyü bildirildi. Digər şayiələrdə o cəngəlik xəstəliyindən öldüyü və ya özünə qəsd etdiyi danışılırdı. Hökumətin tələblərinə baxmayaraq Pol Potun cəsədi onlara təqdim olunmadı və onun ölümünün uydurma olması şübhələri qaldı. Ölümündən bir neçə gün sonra onun cəsədi Anlonqvenq dairəsində yandırıldı.