Qazəsgər

Qazəsgər (Osmanlı türkcəsi: قاضيعسكر; Kazasker) — Bir çox müsəlman ölkələrində əsgərlər arasında yaranan anlaşmazlıqlara nəzarət edən ordu qazısı, Osmanlılarda divan-ı hümayun üzvü.

Qazıəsgər sözlərindən törəyən qazəsgər ifadəsi mənbələrdə qazeyi-əsgər, qazilcünd, qazeyi-leşkər kimi də qeyd edilir. Ancaq kəlmə Osmanlılarda qazəsgər halını almış və bu şəkildə geniş yayılmışdır. Osmanlı mənbələrində qazəsgərlər bəzən “sədreyn əfəndilər, sədr-i Rumeli, sədr-i Anadolu” olaraq da ifadə edilir. Bu ifadələr isə, şübhəsiz ki, onların divan üzvü olmalarıyla bağlıdır.

İslam və Türk Dövlətləri

[redaktə | mənbəni redaktə et]

Hz. Məhəmməd (s.ə.s) ordu mənsubları arasında yaranan anlaşmazlıqları və onlar tərəfindən törədilən cinayətlərlə şəxsən özü məşğul olur, hərbi birliklərin hər birinə bu məsələylə bağlı bir nəfər təyin edir, beləcə ordu daxilindəki əsgərlər arasında çıxan anlaşmazlıqlar da bu şəxslər tərəfindən həll edilirdi. Qazəsgərlik vəzifəsi təşkilat olaraq ilk dəfə Hz. Ömər tərəfindən yaradılmışdır. Belə ki, Hz. Ömər səhabələrdən Əbu Dərdanı Suriyada yerləşən hərbi birliyə qazəgər (qazilcünd) rütbəsiylə göndərmiş, Əbu Dərda da bu vəzifəsini Hz. Osman səltənətinə qədər davam etdirmişdir. Qadsiyyə döyüşü əsnasında Hz. Ömər ordu qazılığına Əbdürrəhman ibn Rəbiə əl-Bahilini gətirmiş, Əmir ibn Asın Misir hakimliyi illərində isə Süleyman ibn Anz qazilcünd olaraq xidmət emtişdir.[1]

Əməvilər dönəmində davam edən bu struktur Əndəlus Əməvilərində də özünü göstərdi. Ardından Abbasi xilafəti, Qaraxanilər, Qəznəvilər, Səlcuqlular, Zəngilər, Xarəzmşahlar, Qaramanoğulları, AğqoyunlularQaraqoyunlular kimi bəzi orta əsr Türk-İslam dövlətlərində qazəsgərlik rütbəsi mövcudluğunu qorumuşdur.[2] Bunlardan fərqli olaraq, Səlcuqlularda hökmdarın şəxsi tabeliyindəki hərbi birliyinin ayrıca bir qazəsgəri fəaliyyət göstərirdi. Böyük Səlcuq sultanı Sultan Səncərin Məcdəddin adlı birini qazəsgər təyin etdiyi, beləcə həmin şəxsi ordunun və əsgərlərin qazısı olaraq vəzifələndirildiyi bilinir. Anadolu Səlcuqlularında isə qazəsgərlik nadir hallarda müstəqil vəzifə olsa da, adətən Konya qazılığı ilə birlikdə verilirdi.[3][4]

Məmlüklərdə də hərbi zümrənin hüquq və məhkəmə işləriylə qazəsgərlər məşğul olurdu. Divan üzvü olan bu şəxslər hökmdarla birlikdə səfərə çıxır, hənəfi, malikişafi məzhəblərindən seçilirdilər. Vilayətlərin vəziyyətinə görə bura bəzən üç, bəzən iki, bəzən isə yalnız bir qazəsgər təyin edilirdi. Bir əsgərlə sadə bir vətəndaş arasında yaranan anlaşmazlıqlarda təqsirləndirilən şəxs əgər əsgərdirsə, məsələyə qazəsgər baxmalı idi.[5]

Osmanlı Dövləti

[redaktə | mənbəni redaktə et]

Osmanlılar qazəsgərlik strukturunu ehtimal ki, Anadolu Səlcuqlularından almışdır. Bu strukturun rəsmi bir vəzifə olaraq meydana gəlişi isə I Murad dönəminin əvvəllərinə - 1361 vəya 1362-ci illərə təsadüf edir. Bu vəzifəyə gətirilən ilk şəxs isə Çandarlı Qara Xəlil Əfəndidir. Bursa qazılığından qazəsgərliyə, daha sonra isə vəzirliyə yüksələn Qara Xəlil Paşa o dönəmlərdə Çandarlı ailəsindən çıxan qazəsgərlərdən ilkidir.

Musa Çələbinin Ədirnədə taxta çıxmasından sonra (17 fevral 1411) saray əyanlarından Kor Məlikşah vəzirliyə, Mihaloğlu Mehmed Paşa bəylərbəyliyə, Şeyx Bədrəddin isə qazəsgərliyə gətirilmişdir. Bu hadisə qazəsgərliyin dövlətin 3 təməl rütbəsindən biri olduğunu, hüquqi baxımdan padşahın iradəsini təmsil etdiyini bir daha sübut edir. Fetrət dönəmində Amasyanı dövlət mərkəzinə çevirən Mehmed Çələbi isə Çandarlı İbrahimi qazəsgərliyə gətirmiş, beləcə qısa müddət də olsa Osmanlı torpaqlarında ikiq azəsgər eyni anda fəaliyyət göstərmişdir. Bu vəziyyət Mehmed Çələbinin hakimiyyəti tam olaraq ələ almasıyla (1413) başa çatmışdır.

Qazəsgərliyin Osmanlı mülkündəki inkişafı, eləcə də təşkilat halını alması Fateh Sultan Mehmed dönəminə təsadüf edir. Üstəlik səltənətinin son illərində sədrəzəm Qaraman Mehmed Paşanın təklifi ilə Rumeli və Anadolu qazəsgərlikləri ayrıldı.[6] Yavuz Sultan Səlim dönəmində mərkəzi Diyarbəkir olan Ərəb və Əcəm qazəsgərliyi yaradılmış, ancaq dövlətin mərkəzi hakimiyyəti gücləndirmə siyasətinə zidd olan bu qurum çox keçmədən ləğv edilmişdir. XVI əsrin sonlarına qədər qazəsgərlər sədrəzəmin tətəqdimatıyla təyin edilirdi. XVII əsrdən etibarən isə şeyxülislamların vəzifə öhdəliklərinin artmasıyla bu təyinat işi sədrəzəmin də təsdiqi almaq şərtiylə şeyxülislamlara həvalə edildi. Sədrəzəm təlxis adı verilən təyinat sənədini padşaha təqdim etməli və onun təsdiqini almalı idi.[7]

Qazəsgərlərin təyinatlarıyla yanaşı vəzifədən alınmalarında da padşahın mühüm rolu vardı. Xüsusilə XVI əsrin sonlarından etibarən digər mühüm dövlət vəzifələrində olduğu kimi qazəsgərlər arasında da vəzifədən alınanların sayı artmağa başladı. Bu vəziyyət dönəmin tarixi mənbələrində tənqid edilmiş, Selaniki, III Muradın vəfatının ardından mərhum sultanın səltənəti barədə yazdığı qeydlərində qazı və qazəsgərlərin səbəbsiz yerə tez-tez dəyişdirildiyindən şikayətlənmişdir.[8] Digər bir yazar Koçi bəy IV Murada hazırladığı bir məktubda keçmiş zamanlarda üləma zümrəsinin başında şeyxülislamın durduğunu, ondan sonra isə Rumeli qazəsgərinin gəldiyini, qazəsgərlərin 10-15 il vəzifədə qaldıqdan sonra təqaüdə ayrıldığını bildrimiş, öz dönəmində bütün bunların olmamasından şikayətlənmişdir. Qazəsgərlərin xəstəlik, sədrəzəmlə yaşadıqları anlaşmazlıqlar, elmi yetərsizlik, vəzifədə ehmalkarlıq, siyasi ayaqlanma, səltənət dəyişikliyi kimi səbəblərlə vəzifədən alınması da Osmanlı tarixində rast gəlinən vəziyyətlərdir.[9]

Başlanğıcda qazəsgərlərin gəlirləri onlara təsis edilən xas torpaqlarından təmin edilirdi. XVI əsrdə qazəsgərlərə xas torpaqlarının verilməsi ənənəsi davam etdi. Qazəsgərlərin ilk dönəmlərdə timar və xas mülklərlə yanaşı maaş almasına dair hansısa məlumat yoxdur. Bu qayda ilk dəfə Fateh Sultan Mehmed tərəfindən hazırlanan qanunnamədə qeyd edilmiş, bu qərara görə qazəsgərlərə günlük 500 axca məvacib təyin edilmişdir. 1567-1568-ci ilin dövlət büdcəsində Rumeli qazəsgərinə aylıq 17165, Anadolu qazəsgərinə isə 16918 axca məvacib ödəndiyi qeyd edilir. Bu miqdar 16601669-cu illərdin dövlət büdcələrində də dəyişməmişdir. Bundan başqa padşahların taxta çıxmasından sonra paylanan cülus bəxşişi və hədiyyələrdən qazəsgərlər də nəsibi alırdı. Buna misal olaraq, 1595-ci ildə III Mehmedin və 1648-ci ildə IV Mehmedin cüluslarında hər bir qazəsgərə 20 min axca cülus bəxşişi və ipək xələt hədiyyə edilmişdir. Vəzifədən alınan qazəsgərlərə XV əsrin sonlarında 75-100 axca, XVI əsrin sonlarında 150-200 axca, XVII əsrin əvvəllərində isə 250 axca ödəndiyi müəyyən edilir.[10][11]

Qazəsgərlərin divanda harda və necə oturduqları isə qanunnamələrlə müəyyən edilmişdir. Vəzirlər, qazəsgərlər və dəftərdarlar divan-ı hümayuna gəldikdə baş çavuş və qapıçılar kəndxudası tərəfindən qarşılanırdılar. Məclisin ardından divanxanada biri sədrəzəmə, biri digər vəzirlərə, biri isə qazəsgərlərə olmaqla 3 süfrə açılırdı. Padşahların cülus və qılınc qurşanma mərasimlərində qazəsgərlər mərasim geyimləriylə ilk sıralarda dururdular. Padşahlarla birlikdə səfərlərə qatılan qazəsgərlər, padşahların paytaxtda qalması hallarında öz yerlərinə başqa ordu qazılarını göndərirdilər. Bundan başqa RamazanQurban bayramlarında, şahzadələrin sünnət mərasimi, sultanların toy mərasimi, cənazə mərasimləri və padşahların cənazə namazları, şahzadələrin sancağa göndərilməsi kimi əlamətdar günlərdə həm divan-ı hümayun üzvü olması, həm də üləmanın öndə gələnləri olaraq qazəsgərlər daim ön sıralarda iştirak edirdilər.

  • Buhârî, “Ḫumus”, 18, “Meġāzî”, 54.
  • İbn Hişâm, es-Sîre, III-IV, 275-276.
  • Taberî, Târîḫ (Ebü’l-Fazl), III, 397.
  • İbnü’l-Cevzî, el-Muntaẓam, VII, 91-92.
  • İbnü’l-Esîr, el-Kâmil, II, 411.
  • Aksarâyî, Müsâmeretü’l-ahbâr (trc. Mürsel Öztürk), Ankara 2000, s. 54, 69, 94.
  • Niğdeli Kadı Ahmed, el-Veledü’ş-şefîk, Süleymaniye Ktp., Fâtih, nr. 4518, s. 264.
  • Kalkaşendî, Ṣubḥu’l-aʿşâ, IV, 36, 92, 221; XI, 204-207.
  • Zehebî, Aʿlâmü’n-nübelâʾ, V, 293.
  • İbn Hacer, Tehẕîbü’t-Tehẕîb, II, 68.
  • Âşıkpaşazâde, Târih (Atsız), s. 52.
  • Anonim Tevârîh-i Âl-i Osmân (nşr. F. Giese), Breslau 1922, s. 20.
  • Şükrullah Çelebi, Behcetü’t-tevârîh (trc. Nihal Atsız, Osmanlı Tarihleri içinde), İstanbul 1949, I, 56.
  • Süyûtî, Ḥüsnü’l-muḥâḍara, Kahire 1321, I, 185, 199.
  • İdrîs-i Bitlisî, Heşt Bihişt, Süleymaniye Ktp., Ayasofya, nr. 3541, vr. 159a.
  • İbn Kemal, Fetâvâ, İstanbul Belediyesi Atatürk Kitaplığı, Muallim Cevdet, nr. O. 44, vr. 148a.
  • Celâlzâde, Tabakātü’l-memâlik, vr. 338b-340a.
  • Mecdî, Şekāik Tercümesi, I, tür.yer.
  • Selânikî, Târih (İpşirli), s. 105, 427-430.
  • Hoca Sâdeddin, Tâcü’t-tevârîh, I, 69.
  • Âlî Mustafa, Künhü’l-ahbâr, İÜ Ktp., TY, nr. 5959, vr. 87a, 91a.
  • Lokmân b. Seyyid Hüseyin, Mücmelü’t-tomar, British Museum, Or. 1135, vr. 156b-157a.
  • Ayn Ali, Risâle-i Vazîfehorân, s. 99.
  • Koçi Bey, Risâle (Aksüt), s. 34.
  • Teşrifatîzâde Mehmed, Defter-i Teşrîfât, İÜ Ktp., TY, nr. 9810, vr. 66a-b.
  • Salnâme-i Devlet-i Aliyye-i Osmâniye (1314), s. 232-235.
  • Hasan-ı Enverî, Iṣṭılâḥât-ı Dîvânî Devre-i Ġaznevî ve Selcûḳī, Tahran 2535 şş., s. 199.
  • E. Tyan, Histoire de l’organisation judiciaire en pays d’Islam, Paris 1938, II, 289-306.
  • Uzunçarşılı, Medhal, s. 122-123, 140, 155, 387.
  • a.mlf., Merkez-Bahriye, s. 22-23, 151-160.
  • a.mlf., İlmiye Teşkilâtı, s. 87, 151-160.
  • U. Heyd, Studies in Criminal Law (ed. V. L. Ménage), Oxford 1973, s. 221, 256.
  • Fahreddin Atar, İslâm Adliye Teşkilâtı, Ankara 1979, s. 179-182.
  • Reşat Genç, Karahanlı Devlet Teşkilâtı, Ankara 1981, s. 267-268.
  • İbrahim Kafesoğlu, Türk Millî Kültürü, İstanbul 1983, s. 354.
  • a.mlf., “Selçuklular”, İA, X, 400.
  • Muhammed Hamîdullah, el-Ves̱âʾiḳu’s-siyâsiyye, Beyrut 1403/1983, s. 412.
  • Oman Turan, Türkiye Selçukluları Hakkında Resmî Vesikalar, Ankara 1988, s. 46-47.
  • a.mlf., “Celaleddin Karatay Vakıfları ve Vakfiyeleri”, TTK Belleten, XII/45 (1948), s. 149.
  • Mehmet İpşirli, “Osmanlı Devletinde Kazaskerlik”, TTK Belleten, LXI/232 (1998), s. 597-699.
  • Cl. Huart, “Kazasker”, İA, VI, 522.
  • Gy. Káldy-Nagy, “Ḳāḍī ʿAskar”, EI2 (İng.), IV, 375.
  • Abdullah Aydınlı, “Ebü’d-Derdâ”, DİA, X, 310-311.0
  1. Ramazan Şeşen, Salâhaddîn Devrinde Eyyûbîler Devleti, İstanbul 1983, s. 128, 133, 295.
  2. Müntecebüddin Bedî‘, ʿAtebetü’l-ketebe (nşr. Muhammed Kazvînî – Abbas İkbâl), Tahran 1329 hş., s. 59, 79.
  3. S. Haluk Kortel, Delhi Türk Sultanlığında Teşkilât: 1204-1414 (doktora tezi, 2001), İÜ Sosyal Bilimler Enstitüsü, s. 307.
  4. İbn Bîbî, el-Evâmirü’l-Alâiyye: Selçukname (trc. Mürsel Öztürk), Ankara 1996, II, 164.
  5. İsmail Yiğit, Siyasî-Dinî-Kültürel-Sosyal İslâm Tarihi: Memlûkler, İstanbul 1991, s. 200-201.
  6. Fâtih’in Teşkilât Kanunnâmesi (nşr. Abdülkadir Özcan, TD, sy. 33 [1982] içinde), tür.yer.
  7. A. H. Lybyer, The Government of the Ottoman Empire in the Time of Suleiman the Magnificent, Cambridge 1913, s. 247, 265.
  8. Cengiz Orhonlu, Osmanlı Tarihine Âid Belgeler, Telhîsler: 1597-1607, İstanbul 1970, s. XXI.
  9. Lutfi Paşa, Âsafnâme (nşr. Mübahat S. Kütükoğlu, Prof. Dr. Bekir Kütükoğlu’na Armağan içinde), İstanbul 1991, s. 17, 18, 27, 29.
  10. Ömer Lutfi Barkan, “1070-1071 (1660-1661) Tarihli Osmanlı Bütçesi ve Bir Mukayesesi”, İFM, XVII/1-4 (1960), s. 316.
  11. a.mlf., “H. 974-975 (M. 1567-68) Mali Yılına Ait Bir Osmanlı Bütçesi”, a.e., XIX/1-4 (1961), s. 309.