Qero | |
---|---|
yap. | |
35°48′00″ şm. e. 137°15′00″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Region | [[Çubu regionu]] |
Prefektura | [[Gifu prefekturası]] |
Mer | Noboru Yamauchi |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1 mart 2004 |
Sahəsi | 851,06 km² |
Saat qurşağı | UTC+9 |
Əhalisi | |
Əhalisi | 33 719 nəfər (2015) |
Sıxlığı | 40 nəf./km² |
Milli tərkibi | yaponlar |
Rəsmi dili | yapon dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +81 0576-24-2222 |
Poçt indeksi | 〒509-2295 |
Digər | |
city.gero.lg.jp (yap.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Qero (下呂市, Gero-shi?) — Yaponiyanın Gifu prefekturasından yerləşən şəhər. Şəhər isti bulaqları ilə məşhurdur. Şəhərin içindən Hida çayı axır.
2015-ci ilin məlumatına görə şəhərin əhalisi 33.719 nəfərdir,[1] hər km² ərazidə 40 nəfər yaşayır. Şəhərin sahəsi 851,06 km²-dir.
Şəhərin simvolik ağacı ağcaqayın, simvolik gülü Satsuki azaliyasıdır.[2]
Müasir Qero şəhəri 2004-cü ilin 1 martında keçmiş Qero şəhərinin, Haqivara, Kanayama və Osaka şəhərlərinin və Maze qəsəbəsinin (hamısı keçmiş Masita qəzasının tərkib hissəsi idilər) birləşdirilməsi nəticəsində yaradılıb.
Qero sənayesinin əsasını turizm təşkil edir. Şəhərin yaxınlığında yerləşən məşhur onsenlər hər il turist axınına məruz qalır. Meşəçilik və kənd təsərrüfatı da yerli sənayedə əhəmiyyətli yer tutur. Onsenlərin yaxınlığında çox otel var, turistlər bu otellərdə dincələ bilərlər. Otellərdə böyük hamamlar fəaliyyət göstərir. Bəzi otellərdə ziyarətçilərə yerli geyim növü olan yukatalar verilir. Buna görə də Qero küçələrində və mağazalarında yukata geyinmiş insanları tez-tez görmək olar. Bu otellərdən başqa, qatar stansiyalarının, yaşayış bölgələrinin yaxınlığında yerləşən ucuz və rahat onsen kurortları da mövcuddur.
Şəhərin meri Makoto Namuradır. O, şəhərin ikinci meridir və xidməti dördillikdir. Əvvəl fəaliyyət göstərmiş mer isə Ryodzi Yamada idi.
Şəhər şurası müxtəlif qəzalardan seçilmiş 21 nəfərdən ibarətdir. Hər il dörd dəfə şəhər şurasının sessiyası keçirilir: martda, iyunda, sentyabrda və dekabrda.
Əvvəlki şəhərlərlə birləşdiyinə görə Qero şəhərində Central Japan Railway Company-ə məxsus Takayama xəttinə aid 8 stansiya yerləşir. Xətt:
Şəhərdən 3 milli avtomaqistral (41, 256 və 257) və 14 prefektural avtomaqistral keçir.