Rafael Martos Sançes | |
---|---|
Doğum adı | Miguel Rafael Martos Sánchez |
Doğum tarixi | |
Doğum yeri | Linares, İspaniya |
Fəaliyyəti | müğənni, aktyor |
Fəaliyyət illəri | 1959-cu ildən |
Mükafatları | |
IMDb | ID0710687 |
raphaelnet.com/index.html | |
Vikianbarda əlaqəli mediafayllar |
Rafael Martos Sançes (isp. Miguel Rafael Martos Sánchez) — dünya şöhrətli ispan müğənnisi.
Rafael Migel Martos Sançes 5 may 1943-cü ildə Linaresdə anadan olmuşdur. Hələ Rafael 9 aylıq olanda valideynləri Madridə köçür. Bir müddət sonra onun qarşısında sənət seçmək kimi ciddi vəzifə dururdu. Ailəsinin maddi vəziyyətinə görə Rafael dərzi şagirdi kimi işləməyə başlayır.
Tezliklə Rafael vokal səs imkanları ilə çox adamın diqqətini özünə cəlb etdi. Hələ 4 yaşı olarkən məktəb xorunda oxumuşdu. 9 yaşında isə Rafael Avstriyada özünün ilk mükafatını – Avropanın ən yaxşı uşaq səsi mükafatını qazanır. Daha sonra o, təhsilini davam etdirərək vokalçılığın texnikalarını öyrənir və bir neçə məktəbdə öz məharətini göstərir. Onun vokalçı kimi fəaliyyəti 14 yaşından başlayır. 1962-ci ildə Rafael Benidorm festivalının mükafatını qazanır. Bu hadisədən sonra onun şöhrəti daha da artır.
"Linaresdən olan gənc" təxəllüsü ilə tanınan Rafaelin karyerasında ən uğurlu günlərdən biri 1965-ci ilin 3 noyabr günü olur. Həmin gün tək Rafael üçün yox, bütün şou-biznes üçün əlamətdan hadisə idi. O zaman Rafael solo konsert vermişdi və həmin konsertdə 27 mahnı ifa etmişdi. Elə həmin ilin sonlarında onun diski işıq üzü görür. 1966-cı və 1967-ci illərdə Rafael Avroviziyada (Eurovision) iştirak edir və müvafiq olaraq 7-ci və 6-cı yerləri qazanır[1].
Həmin dövrlərdə Rafael artıq aktyor kimi müxtəlif filmlərə çəkilməyə dəvət alır. 10-a yaxın musiqili filmdə çəkilən Rafaelin ən uğurlu rolu 1968-ci ildə çəkilən "Qoy danışsınlar" ("Digan lo que digan") filmindəki Rafael rolu olur[2].
Rafael Martos Sançes 1968-ci ildə Latın Amerikası ölkələrinə uzunmüddətli turneyə çıxır və böyük rəğbətlə qarşılanır. Daha sonra isə Londonda, Nyu-Yorkda, San-Fransiskoda ardıcıl olaraq uğurlu solo konsertlər verir.
14 avqust 1974-cü ildə saysız-hesabsız qadın pərəstişkarı olan Rafael Venesiyada yazıçı Natali Fiqeroa ilə ailə həyatı qurur. Bu nikahdan 1973-cü ildə Hakobo, 1974-cü ildə Aleksandra, 1978-ci ildə isə Manuel adlı övladları anadan olur.
1987-ci ildə Rafael yaradıcılığının 25 illiyi münasibətilə Madridin "Santiyaqo-Bernabeu" stadionunda unudulmaz bir solo konsert verir. Bu konsertdə stadion tribunalarını 114 min tamaşaçı tutmuşdu...
Bütün səhnə fəaliyyəti boyu o, ispan dilində 56 disk yazdırmışdı. Bundan başqa digər dillərdə də mahnıları işıq üzü görmüşdü. Hesaba əsasən, Rafaelin 326 qızıl, 49 platin, 1 uran diski və 50 milyon satılmış diski var idi.
2003-cü ilin aprelində Rafael qaraciyər transplantasiyası kimi ağır əməliyyat keçirməsinə baxmayaraq, payızda növbəti diski və Madridin Sarsuela teatrında verdiyi 4 konserti ilə bir daha tamaşaçıların görüşünə gəldi. Dünya şöhrətli müğənninin səhnəyə qayıtdığı bu gün üçün məhz həmin zalın seçilməsi də təsadüfi deyildi. Hələ uzaq 1965-ci ildə Rafael məhz burada debütünü etmişdi. Madrid konsertlərindən sonra Rafael Latın Amerikası ölkələrinə və ABŞ-yə turneyə çıxdı. Bu turneydən qayıtdıqdan sonra bir sıra digər ispan şəhərlərində də konsert verdi.