Redyard Kiplinq

Redyard Kiplinq
ing. Joseph Rudyard Kipling
Doğum adı Joseph Rudyard Kipling
Doğum tarixi 30 dekabr 1865(1865-12-30)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 18 yanvar 1936(1936-01-18)[1][2][…] (70 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xora
Dəfn yeri
Fəaliyyəti yazıçı, şair, romançı, hərbi müxbir[d], uşaq ədəbiyyatı yazıçısı, avtobioqraf[d], ssenarist, jurnalist, fantastika yazıçısı[d]
Fəaliyyət illəri 1886–1932
Əsərlərinin dili ingilis dili
Tanınmış əsərləri
Üzvlüyü
İmza
Vikimənbənin loqosu Redyard Kiplinq Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cozef Redyard Kiplinq (ing. Joseph Rudyard Kipling; 30 dekabr 1865[1][2][…], Bombey, Britaniya Hindistanı[3]18 yanvar 1936[1][2][…], London) — ingilis yazıçısı, şairi və novellaçısı, Ədəbiyyat üzrə Nobel mükafatını almış ilk ingilis (1907). 1907-ci ildə Kiplinq həm də Paris, Strasburq, Afina və Toronto universitetlərinin mükafatlarını alıb. Yazıçı eləcə də Oksford, Kembric, Edinburq və Darem universitetlərinin fəxri adlarına layiq görülüb. Ən məşhur əsərləri "Cəngəlliklər kitabı" (The Jungle Book), "Kim" (Kim) və "Sonuncu nəğmə oxunuşu" (Recessional) sayılır.

Kiplinqin əsərlərinin metaforalarla zəngin dili ingilis dilinin xəzinəsini xeyli zənginləşdirmişdir.

Cozef Redyard Kiplinq Hindistanda, Bombey Gözəl Sənətlər məktəbinin rektoru Con Lokvud Kiplinqin ailəsində doğulmuşdu. Valideynlərinin hər ikisi yaradıcı peşə sahibləri idilər. Atası heykəltaraş və tətbiqi sənət mütəxəssisi kimi tanınırdı. Anası isə yerli jurnallarda etnoqrafik yazılar və hekayələr çap etdirirdi.

Hindistanda yaşayan əksər ingilis ailələrinin uşaqları kimi Redyard da 6 yaşında bacısı ilə Londona, məktəb–pansionata göndərilmişdi. Pansionatın amansız sahibəsindən gördüyü zülmləri Kiplinq sonralar "Qara quzu" və "İşıq söndü" (1890) novellalarında təsvir etmişdi. Burada keçirdiyi sarsıntılardan həyatının sonuna qədər müalicə oluna bilmədiyi yuxusuzluq xəstəliyinə tutulmuşdu.

O, təhsilini zabit uşaqlarını hərbi akademiyaya hazırlayan Devon məktəbində davam etdirmişdi. Lakin həmin məktəb universitetə daxil olmağa sənəd vermirdi. Uzağı yaxşı görməyən Redyard isə təbii ki, hərbi akademiyada oxuya bilməzdi. Həm də gənc Kiplinq artıq ilk şeir və hekayələrini yazmışdı. Bu yazılarla tanış olan atası vəziyyəti real qiymətləndirib yeganə düzgün qərar qəbul etdi: Redyard 11 illik fasilədən sonra 1882-ci ildə Hindistana qayıtdı. Lahorda çıxan "Mülki və hərbi" qəzetdə işləməyə başladı. Artıq atası da Lahor muzeyinin nəzarətçisi və yerli Mayo gözəl sənətlər məktəbinin rektoru idi.

Hind dilinə və yerli adət-ənənələrlə bələdliyi ona britaniyalıların tanımadığı Hindistanı "kəşf etməyə" imkan verdi. 1886-cı ildə 21 yaşlı Redyardın "Departament nəğmələri" adlı ilk şeirlər kitabı çap olundu. Kitab elə sürətlə yayıldı ki, eyni ildə onun yenidən nəşrinə zərurət yarandı. İki il sonra daha coşqun maraqla qarşılanan "Dağların sadə hekayələri" kitabı işıq üzü gördü. Bu zaman Kiplinq artıq Allahabad şəhərində yaşayır, daha çox oxucusu olan "Pioner" qəzetində işləyirdi. 1887-1889-cu illərdə "Hindistan dəmir yollarının kitabxanası" üçün yazdığı altı hekayə toplusu gənc yazıçının şöhrətini Hindistana və bütün Britaniya imperiyasına yaymışdı. Haqqında artıq "Çarlz Dikkensin ədəbi varisi" kimi danışırdılar.

Kiplinq Cənubi Afrikada

Çalışdığı qəzetin xətti ilə Kiplinq Birma, Çin, Yaponiya və Şimali Amerikaya səyahətlər etmiş, maraqlı, cəlbedici səfər təəssüratları qələmə almışdı. 1889-cu ildə Londona gələndə ədəbi dairələrdə yetərincə yaxşı tanındığının şahidi olmuşdu. Kiplinq məşhur əsərlərindən birini — "Şərqlə Qərb haqqında ballada"nı da yaradıcılığının o qədər də uzun sürməyən London dövründə qələmə almışdı.

Redyard Kiplinq 1892-ci ildə Londonda dostlaşdıqları, "Naulakha" povestini birgə yazdıqları, lakin gənc yaşda yatalaq xəstəliyindən vəfat etmiş amerikalı yazıçı Uolkott Bleystrin bacısı Karolina ilə evlənmişdi. Hindistana qayıtmaq istəmədiklərindən daimi yaşamaq üçün ABŞ-yə, Vermont ştatına köçmüşdülər.

Birləşmiş Ştatlarda qaldığı dörd ildə Kiplinq daha çox uşaqlar üçün yazmışdı. "Cəngəlliklər kitabı" (1894), "İkinci cəngəlliklər kitabı" (1895), "Yeddi dəniz" (1896) kitabları bu dövrdə yaranmışdı. 1896-cı ildə o, çoxsaylı maddi və mənəvi çətinliklərlə üzləşdiyi Vermontu tərk edib ailəsi ilə birlikdə Londona qayıtmışdı. Burada tezliklə ədəbi aləmdəki nüfuzunu və yerini bərpa edə bilmişdi. 1901-ci ildə isə ən yaxşı nəsr əsəri sayılan "Kim" romanı çap olunmuşdu. Hind tənqidçisi Niradu Çaudxuri bu əsəri "təkcə Hindistan haqqında ən yaxşı ingilis romanı yox, bütünlükdə ən yaxşı ingilis romanlarından biri" adlandırmışdı.

Kiplinq 1902-ci ildə Susseks qraflığında malikanə almış və ömrünün sonuna qədər burada yaşamışdı. Onun məşhur "Sadəcə hekayələr" silsiləsinə daxil olan novellaları, Britaniyanın qədim tarixi ilə bağlı uşaq hekayələri, çoxsaylı şeirləri bu malikanədə yazılmışdı. Kiplinq siyasətlə də maraqlanırdı. Mühafizəkarlar partiyasını müdafiə edir, Avropada genişlənən feminizm hərəkatına qarşı çıxırdı.

Hindistanın əsrarəngiz təbiətini, sirli və sehrli dünyasını təsvir edən əsərlər yaratsa da, Kiplinq daha çox Britaniya imperializminin tərənnümçüsü kimi çıxış edirdi. Təsadüfi deyil ki, məşhur "1984" antiutopiyasının müəllifi, Kiplinq kimi Hindistanda doğulub böyüyən Corc Oruell yazıçı həmkarını istehza ilə "ingilis imperializminin vaizi" adlandırmışdı.

Redyard Kiplinqin ingilis ədəbiyyatı qarşısındakı mühüm xidmətlərindən biri də ədəbi dili həmin dövrə qədər təsəvvür olunmayan bədii-poetik yüksəkliyə qaldırması, zənginləşdirməsi idi. Digər Nobel laureatı T.S.Eliot Kiplinq şeirlərinin bədii kamillik baxımından klassikləri də üstələdiyini yazırdı.

1907-ci ildə Kiplinq ingilisdilli ədəbiyyatın ilk nümayəndəsi kimi Nobel mükafatına layiq görüldü. O, həm də ədəbiyyat sahəsinin ən gənc laureat idi: İsveç Akademiyasının qərarı elan olunanda 42 yaşı vardı. Aradan keçən yüz il ərzində bu özünəməxsus rekordu təzələmək mümkün olmamışdır.

Nobel mükafatı aldığı il Redyard Kiplinq on üç cild təşkil edən novellaların, dörd romanın, uşaqlar üçün yazılmış üç hekayələr kitabının, çoxsaylı məqalələrin, yol qeydlərinin və yüzlərlə şerin müəllifi kimi tanınırdı. O, həm də Britaniyanın ədəbi yaradıcılığı müqabilində ən çox qazanan yazıçısı idi.

İsveç Akademiyası "dünya miqyasında tanınan məşhur sənətkar" adlandırdığı Kiplinqi "parlaq müşahidə qabiliyyətinə, təxəyyülünün təkrarsızlığına, ideyalarının yetkinliyinə və diqqətəlayiq təhkiyə istedadına görə" mükafatlandırmışdı. Müəllif təntənəli təqdimat mərasiminə qatılsa da, ənənəvi Nobel mühazirəsi ilə çıxış etməkdən boyun qaçırmışdı.

1907-ci il, ümumiyyətlə, Kiplinqə düşərli olmuşdu. Həmin il o, Kembric, Oksford, Edinburq universitetlərinin fəxri doktoru seçilmiş, həmçinin Paris, Strasburq, Afina və Toronto universitetlərinin mükafatını almışdı.

Tədqiqatçıların fikrincə, Nobel mükafatı Kiplinq üçün ruhlandırıcı stimula çevrilməmişdi. Əksinə, yaradıcılığında müəyyən tənəzzül ünsürləri meydana çıxmış, Nobel laureatı kimi yazıb-yaratdığı otuz ilə yaxın müddət ərzində ortaya samballı əsər qoya bilməmişdi. Həyatının son illərində və ölümündən sonra isə onun yaradıcılığına maraq, ümumiyyətlə, azalmışdı. Bu həm Kiplinqin müstəmləkəçilik və böyükdövlətçiliyə əsaslanan siyasi baxışları, həm də getdikcə mücərrədləşən çağdaş ədəbiyyat fonunda onun əsərlərinin sadəliyi, hətta bəsitliyi ilə izah edilir.

Kiplinqin yeganə oğlu Birinci Dünya müharibəsində həlak olmuşdu. Bundan əvvəl isə yazıçı sevimli qızını itirmişdi. Təbii ki, şəxsi planda yaşanan bu faciələr də onun yaradıcılığına təsirsiz qalmamışdı. Övladlarının ölümündən sonra Redyard və Karolina Kiplinq Beynəlxalq Qırmızı Xaç Komitəsində işləmiş, müharibə qurbanlarının ailələrinə və zərərdidələrə yardım göstərməyə çalışmışdılar.

1917-ci ildə Kiplinq "Yaradılmışların müxtəlifliyi" adlı şeirlər və hekayələr məcmuəsi çap etdirmişdi. 1926 və 1932-ci illərdə müəllifin daha iki hekayələr kitabı işıq üzü görmüşdü. Lakin Henri Ceymsin bir vaxtlar "ingilis Balzakı" adlandırdığı Kiplinq həmin əsərlərlə yenidən sənət Olimpinə yüksələ bilməmişdi.

Kiplinq Vestministr abbatlığındakı məzarlığın Şairlər guşəsində dəfn olunub.

Onun əsərlərindən bəzi nümunələr Azərbaycan dilinə tərcümə edilmişdir.

  • Departament nəğmələri (1886, şeirlər toplusu)
  • Dağların sadə hekayələri (1888, toplu)
  • Üç əsgər (1888, toplu)
  • The Story of the Gadsbys (1888, roman)
  • In Black and White (1888)
  • Under the Deodars (1888)
  • The Phantom Rickshaw and other Eerie Tales (1888)
This collection contained the short story The Man Who Would Be King
  • Vi-Villi-Vinki (1888, toplu)
Topluda Me-e, yaramaz quzu hekayəsi də var
  • Life’s Handicap (1891)
  • İşıq söndü (1891, roman)
  • American Notes (1891, non-fiction)
  • Kazarma nəğmələri (1892, şeirlər)
  • Naulaka: Qərb və Şərq haqqında hekayət (1892, roman, U. Balestyerlə birlikdə yazıb)
  • Bir qucaq uydurma (1893, toplu)
  • Cəngəlliklər kitabı (1894)
    • Mauqlinin qardaşları (hekayə)
    • Hunting-Song of the Seeonee Pack (şeir)
    • Piton Kaanın ovu (M) (hekayə)
    • Bandar-loqların yol nəğməsi (şeir)
    • Pələng! Pələng! (hekayə)
    • Mowgli’s Song That He Sang at the Council Rock When He Danced on Shere Khan’s Hide (poem)
    • Ağ pişikciyəz (hekayə)
    • Lukannon (poem)
    • Rikki-Tikki-Tavi (hekayə)
    • Darzee’s Chaunt (Sung in Honour of Rikki-Tikki-Tavi) (poem)
    • Balaca Tumai (hekayə)
    • Shiv and the Grasshopper (The Song That Toomai’s Mother Sang to the Baby) (poem)
    • Zati alilərinin nökərləri (hekayə)
    • Parade-Song of the Camp Animals (poem)
  • Cəngəlliklərin ikinci kitabı (1895)
    • Cəngəlliyə necə qorxu gəldi (hekayə)
    • Cəngəlliklərin qanunu (şeir)
    • Purun Bhaqatın möcüzəsi" (hekayə)
    • Kəbirin nəğməsi" (poema)
    • Cəngəlliklərin hücumu" (hekayə)
    • Mowgli’s Song Against People" (poem)
    • Qəbirqazanlar" (hekayə)
    • A Ripple Song" (poem)
    • Padşah ankası" (hekayə)
    • The Song of the Little Hunter" (poem)
    • Kvikvern" (hekayə)
    • Angutivaun Taina (poem)
    • Kürən itlər (hekayə)
    • Chil’s Song (poem)
    • Bahar (hekayə)
    • The Outsong (poem)
  • Cəsur kapitanlar (1896, yeniyetmələr üçün roman)
  • Yeddi dəniz (1896, şeirlər toplusu)
  • Ağ tezislər (1896, şeirlər toplusu)
  • Günün işləri (1898, toplu)
  • A Fleet in Being (1898)
  • Stalki və К° (1899, bir neçə novelladan ibarət roman)
  • Dənizdən dənizə (yol qeydləri) (1899, reportyor prozası)
  • Beş millət (1903, şeirlər toplusu)
  • Kim (1901, roman)
  • Elə-belə yazılmış nağıllar (1902)
    • Niyə kit ancaq xırda balıqları yeyir
    • Dəvənin belində donqar necə əmələ gəldi
    • Kərgədanın dərisində qırışlar necə əmələ gəldi
    • Bəbir necə xallı oldu
    • Fil balası
    • Qoca kenqurunun xahişi
    • Armadillər necə yarandılar
    • Birinci məktub necə yazıldı
    • Birinci əlifba necə tərtib olundu
    • Dəniz krabı, hansı ki, dənizlə oynayırdı
    • Pişik, hansı ki, harda istəyirdi veyillənirdi
    • Kəpənək, hansı ki, ayağını yerə çırpdı
  • Yollar və kəşflər (1904, toplu)
  • Puk təpəsindən gələn Pak (Puck of Pook’s Hill, 1906, nağıllar, şeirlər və hekayələr)
    • Vilandın qılıncı (Weiland’s Sword)
    • Pakın nəğməsi (Puck’s Song, şeir)
    • Ağaclara himn (Tree Song, şeir)
    • Manordakı gənc adamlar (Young Men at the Manor)
    • Ser Riçardın nəğməsi (Sir Richard’s Song, şeir)
    • Şərəfli macəra cəngavərləri (The Knights of the Joyous Venture)
    • Daniyalı qadının arfa müşayiəti ilə oxunmuş nəğməsi (Harp Song of the Dane Women, şeir)
    • Torkildin nəğməsi (Thorkild’s Song, şeir)
    • Qocalar Pevensidə (Old Men at Pevensey)
    • Vilandın qılıncındakı runalar (The Runes on Weland’s Sword, şeir)
    • On üçüncünün senturionu (Centurion of the Thirtieth)
    • Nə səltənətlər, taxt-taclar, paytaxtlar... (Cities and Thrones and Powers, şeir)
    • Britaniya-Roma nəğməsi (British Roman Song, şeir)
    • Nəhəng divarda (On the Great Wall)
    • Rimini (Rimini, şeir),
    • Mitraya nəğmə (Song to Mithras, şeir)
    • Qanadlı şlemlər (The Winged Hats)
    • Piktlərin nəğməsi (Pict Song, şeir)
    • Hal o' the Draft
    • Öz vətənində peyğəmbər(Prophets at Home, şeir)
    • Qaçaqmalçının nəğməsi (Smuggler’s Song, şeir)
    • Dimçerçdən qaçış (Dymchurch Flit)
    • Arı oğlanın nəğməsi (The Bee Boy’s Song, şeir)
    • İngiltərənin üç hissəsi haqqında nəğmə (A Three-Part Song, şeir)
    • Xəzinə və qanun (The Treasure and the Law)
    • Beşinci çay haqqında nəğmə (Song of the Fifth River, şeir)
    • Uşaq nəğməsi (he Children’s Song, şeir)
  • The Brushwood Boy (1907)
  • Təsir və əks təsir (1909, toplu)
  • Mükafatlar və pərilər (1910, nağıllar, şeirlər, hekayələr)
    • Soyuq dəmir (Cold Iron, şeir)
    • Gözmuncuğu (a Charm, şeir)
    • Qloriana (Gloriana)
    • İki kirvə (Two Cousins, şeir)
    • Müşahidə borusu (The Looking-Glass, şeir)
    • The Wrong Thing
    • Doğruçu nəğmə (A Truthful Song, şeir)
    • Hökmdar Henrix VII və gəmi komandası (King Henry VII and the Shipwrights, şeir)
    • Markleyk ifritələri (Marklake Witches)
    • Meşə cığırı (The Way through the Woods, şeir)
    • Bruklend yolu (Brookland Road, şeir)
    • Bıçaq və əhəngli təpələr (The Knife and the Naked Chalk)
    • Şərqdən Qərbə doğru (The Run of the Downs, şeir)
    • Çobanların nəğməsi (Song of the Men’s Side, şeir)
    • Dördkünc ayaqqabı qardaşım (Brother Square-Toes)
    • Filadelfiya (Philadelphia, şeir)
    • Ooo, əgər... (If—, şeir)
    • Öz acığına rahib (a Priest in Spite of Himself)
    • Müqəddəs Yelenanın laylası (St Helena Lullaby, şeir)
    • Ən dürüst kasıb (Poor Honest Men, şeir)
    • Müqəddəs Uilfridin müraciəti
    • Eddinin xidməti(Eddi’s Service, şeir)
    • Qırmızı gəmi haqqında nəğmə (Song of the Red War-Boat, şeir)
    • Tibb doktoru (a Doctor of Medicine)
    • Astroloqun nəğməsi (Astrologer’s Song, şeir)
    • Bizim əcdadlarımız (Our Fathers of Old, şeir)
    • Sadə Saymon(Simple Simon)
    • Mininci adam (The Thousandth Man, şeir)
    • Frenkinin ticarəti (Frankie’s Trade, şeir)
    • Ədalər ağacı (The Tree of Justice)
    • "The Ballad of Minepit Shaw" (şeir)
    • Yeni il nəğməsi (a Carol, şeir)
  • A History of England (1911, non-fiction) with Charles Robert Leslie Fletcher
  • Songs from Books (1912)
  • The Fringes of the Fleet (1915, non-fiction)
  • Sea Warfare (1916, non-fiction)
  • Ən müxtəlif varlıqlar (1917, toplu)
  • The Years Between (1919, poetry)
  • Land and Sea Tales for Scouts and Guides (1923)
  • Böyük müharibə zamanı İrlandiya qvardiyaçıları (1923, publisistika)
  • Debet və kredit (1926, toplu)
  • A Book of Words (1928, non-fiction)
  • Thy Servant a Dog (1930)
  • Məhdudiyyətlər və yenilənmələr (1932, toplu)
  • Bir az özüm haqqında (1937, avtobioqrafiya)
  • The Muse among the Motors (poetry)
  • Əgər... (şeir)
  • Ağların vaxtı (şeir)
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Rudyard Kipling // Internet Broadway Database (ing.). 2000.
  3. 1 2 http://web.archive.org/web/20170323100843/http://jeugdliteratuur.org/auteurs/rudyard-kipling.
  4. 1 2 Western Gazette (alm.). 1936. burax. 10355. S. 9.
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]