Robert Fogel

Robert Fogel
ing. Robert William Fogel
Doğum adı Robert William Fogel
Doğum tarixi
Doğum yeri Nyu York ABŞ ABŞ
Vəfat tarixi (86 yaşında)
Vəfat yeri İllinoys ABŞ ABŞ
Milliyyəti ABŞ ABŞ
Elm sahələri iqtisadi tarix, yeni iqtisadi tarix
İş yerləri Con Hopkins Universiteti, Roçester Universiteti, Çikaqo Universiteti
Təhsili
Elmi rəhbərləri Saymon Kuznes
Tanınır iqtisadi tarix, yeni iqtisadi tarix
Üzvlüyü
Mükafatları Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı (1993)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Robert Fogel (ing. Robert William Fogel; d. 1 iyul 1926 - ö. 11 iyun 2013) — amerikalı iqtisadçı. İqtisadi tarix və yeni iqtisadi tarixlə bağlı tədqiqatları ilə tanınır. 1993-cü ildə Duqlas Nortla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İsveç Kral Elmlər Akademiyası İqtisadiyyat üzrə Nobel mükafatının Duqlas Nort və Robert Fogelə verilməsinin səbəbini belə izah etmişdir: "İqtisadi və nəzəri dəyişmələri izah etmək üçün iqtisadi nəzəriyyə və kəmiyyət metodları tətbiq edərək iqtisadi tarix mövzusundakı tədqiqatları yenilədikləri üçün təltif olunurlar".

Robert Fogel Nyu York şəhərində rus-yəhudi əsilli ailənin övladı kimi anadan olub. Robert Fogel 1944-cü ildə məşhur məktəb olan Stuyvesent Yüksək Məktəbindən məzun oldu.[2] Sonra Kornell Universitetinə daxil olaraq burada tarix üzrə təhsil alıb. Həmin illərdə Gənc Amerikan Demokratlar birliyinin universitet yataqxanasında olan üzvlərinin rəhbəri olub. 1948-ci ildə məzun olduqdan sonra Kommunist partiyasının peşəkar təşkilatçısı oldu. 1960-cı ildə Kolumbiya Universitetində magistr, 1963-cü ildə isə Con Hopkins Universitetində doktorluq dərəcəsinə yüksəlir. Robert Fogel Con Hopkins Universitetində (1958-1959), Roçester Universitetində (1960-1965; 1968-1975), Çikaqo Universitetində (1964-1975; 1981) və Harvard Universitetində (1975-1981) mühazirələr dedi.

Robert Fogel İnid Kassandra Morqanla 1949-cu ildə evləmiş, 2 övlad sahibi olmuşdu.

  • The Union Pacific Railroad: A Case in Premature Enterprise, 1960.
  • Railroads and American Economic Growth: Essays in Econometric History, 1964.
  • Time on the Cross: The Economics of American Negro Slavery, 2 volumes, 1974. (Stenli İnqermanla birlikdə)
  • Without Consent or Contract: The Rise and Fall of American Slavery, 2 volumes, 1989.
  • Economic Growth, Population Theory and Physiology: The Bearings of Long-Term Processes on the Making of Economic Policy, 1994.
  • The Slavery Debates, 1952-1990: A Retrospective . Baton Rouge: Louisiana State University Press, 2003. 106 pp. ISBN 0-8071-2881-3.
  • The Fourth Great Awakening and the Future of Egalitarianism Chicago: University of Chicago Press, 2002
  • The Escape from Hunger and Premature Death, 1700-2100: Europe, America, and the Third World. New York: Cambridge University Press, 2004. 189pp. ISBN 0-521-80878-2.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.
  2. Lydialyle Gibson. The human equation. The University of Chicago Magazine. University of Chicago, May/June, 2007. 99/5.