Kənd | |
Sarvanlar | |
---|---|
40°03′31″ şm. e. 44°23′11″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Zəngibasar mahalı |
Rayon | Zəngibasar rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 828 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Sarvanlar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.[1]
Toponim kəngərli qədim türk tayfasından olan sarvanlar etnonimi[2] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Rayon mərkəzindən 6 km cənub-qərbdə, Araz çayının yaxınlığında yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonunun tərkibində olmuşdur. Kəndin ilk adı Ulya Sarvanlar olmuşdur[3].
Qafqazın 5 verstlik xəritəsində də kəndin adı Sarvanlar ulya kimi göstərilir[4].
Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə adı dəyişdirilib Sis qoyulmuşdur.
Kənddə 1831-ci ildə 153 nəfər, 1873-cü ildə 970 nəfər, 1886-cı ildə 1024 nəfər, 1897-ci ildə 953 nəfər, 1904 - cü ildə 1465 nəfər, 1914-cü ildə 1910 nəfər, 1916-cı ildə 801 nəfər yalnız azərbaycanlı yaşamışdır[5].
1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 372 nəfər, 1926-cı ildə 418 nəfər, 1931-ci ildə 404 nəfər yalnız azərbaycanlı yaşamışdır[5]. Kəndin sakinləri 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə zorla Azərbaycana köçürülmüşdür. 1950-ci illərdə onlar yenidən öz kəndlərinə qayıtmış və 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti tərəfindən qırğınlarla deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayır.