Sultan Şahcahan | |
---|---|
fars. شهابالدین مُحمَّد شاهجهان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 yanvar 1592[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 1 fevral 1666 (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | monarx |
Atası | Sultan Cahangir |
Həyat yoldaşları |
|
Uşaqları |
|
Ailəsi | Baburlu sülaləsi |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Sultan Şahcahan (15 yanvar 1592[1], Lahor qalası[d], Lahor, Böyük Moğol imperiyası – 1 fevral 1666, Aqra qalası, Aqra, Böyük Moğol imperiyası) — Hindistanda olan Babur İmperiyasının hökmdarı (1628–1658).
Sultan Şahcahan atası və xanlığın qurucusu Babur Şah tərəfindən Əmir Teymurun, ana tərəfindənsə Cuci Xan vasitəsilə Çingiz Xanın nəvəsidir. İllər boyunca varisi olduğu Teymur İmperatorluğunu yenidən qurmağa başlamış, bu məqsədlə də dəfələrlə Mavərənnəhrə səfərlər etmişdir. Babası Teymurun xəyallarındalı şəhər olan Səmərqəndi 3 dəfə geri almış, lakin yenidən itirmişdir. Hindistana səfərlər planlamış və sələfləri tərəfindən Hindistanən xeyli hissəsi tutulmuşdur.
Şahcahanın mirzənin taxta çıxa bilməsi üçün hər şeydən əvvəl taxt-tac qovğasına başlayan qardaşlarını məğlub etməsi lazım gəlmişdi. Mübarizədə qalib gəldikdən sonra imperatorluğun parçalanmasının və bundan sonrakı taxt-tac qovğalarının qarşısını almaq üçün öz soyundan olan bütün kişiləri öldürtdü. Bundan sonra əfqan əmirlərinin üsyanlarını yatırtdı. Dövlətabad, Qolqanda, Micapur və Tibeti aldı. Avropalılar onun zamanında Hindistanla əlaqələrini daha da artırdılar.
Şah Cahanın dörd oğlu vardı. Onların idarəçi kimi yetişmələri və taxta çıxmağa hazırlanmaları üçün müxtəlif bölgələrə əmir qoydu. Ancaq 1658-ci ildə Şah Cahan ağır xəstələndikdə ölməmişdən əvvəl uşaqları arasında taxt-tac çəkişməsi başladı. Bunlardan Övrəngzib (Aləmgir) 1658-ci ildə atasını taxtdan saldı, az sonra da qardaşı Muradı həbs etdi və 1-ci Aləmgir adı ilə taxta çıxdı.
Sultan Şahcahan zamanında imperatorluq siyasət, sənət və memarlıqda ən parlaq çağını yaşadı. Səfəvilərə qarşı birləşmək üçün Osmanlı padşahı IV Mehmedə elçi göndərildisə də, bir nəticə vermədi. Ancaq İstanbuldan göndərilən memarlar dünyanın ən gözəl, ən möhtəşəm türbəsi olan Tac-Mahalı tikdilər. Memarbaşı Osmanlı memarlarından Mehmet İsa əfəndi idi.
Sultan Şahcahan bu türbəni çox sevdiyi və uşaq üstündə ölmüş arvadı Banu Bəyim (Mümtaz Mahal) üçün tikdirmişdi. Özü də orada yatır.
Şahcahan həm də əfsanəvi eşqi ilə tanınır. Həyat yoldaşı Ərcümənt Banunun atası həm krallığın soylu şəxslərindən biri, həm də Şahcahanın ögey anası Nur Cahanın qardaşı idi. Mümtaz Mahal isə Şahcahanın üçüncü həm də ən çox sevdiyi arvadı idi. Mümtaz Mahal 14-cü qızlarını dünyaya gətirdiyi vaxt 1631-ci ildə vəfat etmişdir. Bundan sonra Şah Cahan Aqra şəhərində əfsanəvi Tac Mahal məzarını tikdirmişdir. Atalarının memarlıqda istifadə etdiyi sarı qum daş əvəzinə Şah Cahan bu tikintidə ağ mərmərdən istifadə etmişdir. 1632-ci ildə inşasına başlanan bu əfsanəvi memarlıq əsəri 20 il sonra, 1652-də başa çatdırılmışdır. Bu əsəri meydana gətirənlər Memar Sinanın şagirdləri olan İsa Mehmet Çələbi və ona yardım etmək üçün dəvət alaraq Səmərqənddən Aqraya gələn Mehmet Şerifdir. Qübbənin tikilməsində vəzifələndirilən insan yenə Memar Sinanın şagirdi İsmayıl Çələbi idi. Divardakı mərmərə oyularaq yazılanlarsa Səttar Əfənfinin hünəri idi.
Şahcahan bir çox üsyanların, daxili çəkişmələrin, atalarından qalan problemlərin arasında olsa da sənətakarlığa, mədəniyyətə dəyər vermişdir. Belə ki, onun dövründə Babur və Teymurlu mədəniyyəti özünün ən yaxşı çağını yaşayırdı. O bir çox şairə, miniatür sənətçilərinə yardım etmiş, onlara dəstək olmuşdur. Amma şübhəsiz ki, ən böyük dəstəyi memarlığa vermişdir. Ölkədə bir çox məscidlər, qalalar, saraylar, mədrəsələr və başqa bir çox tikilililər inşa etdirmişdir. Şahcahanabad, bugünkü adıyla Dehli şəhəri də onun tərəfindən tikilmişdir.
Bütün bunlara baxmayaraq xanlıq içində gedən hakimiyyət uğrunda mübarizə onun ölməmişdən əvvəl taxtdan enməsinə səbəb olmuşdur. Tac Mahalın inşasından qısa müddət sonra oğlu Aləmgir (Avrangazab) tərəfindən guya əqli problemləri olduğu üçün taxtdan salınmış, Aqra Qalasında otaq həbsinə məhkum edilmişdir. Rəvayətə görə ömrünün geri qalan hissəsini buradakı kiçik pəncərədən Tac Mahalı izləməklə keçirmişdir. Ölümündən sonra da Tac Mahalda, sevimli həyat yoldaşı Mümtaz Mahalın yanında dəfn edilmişdir.