The Smashing Pumpkins | |
---|---|
The Smashing Pumpkins (2007) | |
Əsas məlumatlar | |
Üslub |
alternativ rok qranj (ilkin dövr) |
Fəaliyyət illəri |
1988—2000 2006—h.h. |
Ölkə |
![]() |
Şəhər | Çikaqo, İllinoys |
Leybl |
Caroline Records Virgin Records Hut Records Constantinople Records Martha's Music Rocket Science BMG |
Heyət |
Billi Korqan Ceff Şreder Nikol Fiorentino Mayk Bern |
Keçmiş üzvlər |
Cimmi Çemberlin Ceyms İxa Melissa Auf der Maur D'arsi Retski |
Digər layihələr |
Starchildren Zwan Spirits in the Sky |
www.smashingpumpkins.com | |
![]() |
The Smashing Pumpkins — 1998-ci ildə Çikaqoda yaranmış alternativ rok qrupudur.
Qrup yapon mühacir Ceyms İxa və Billi Korqanın tanışlığı nəticəsində yaranmışdır. Öz ilk duet kompozisiyalarını Çikaqaodakı polyak barında səsləndirdilər. Qrupun bəstə yazarı, vokalist və gitaristi Billi Korqandır. 2000-ci ildə dağılan qrup 2006-cı ildə üzv dəyişikliyi ilə yenidən bir ara gəlmişdir.
1993-cü ildə çıxardıqları "Siamese Dream" albomu qrupun birinci şah əsəri oldu və ABŞ-də 4 milyondan çox satdı. Bu albom Böyük Britaniyada da qrupun ən məşhur albomu oldu. 1995-ci ilin sonunda "Mellon Collie And The Infinite Sadness" albomu ABŞ-nin hit-paradlarında birinci sıraya və Böyük Britaniyada ilk dəfə üçüncü sıraya yüksəldi. Bu almob ilə qrup Qremmi mükafatına namizəd göstərilir. "Tonight" klipi MTV-nin 6 mükafatına layiq görülür. 1997-ci ildə Mett Uoker qrupdan ayrılır. The Smashing Pumpkins trioya çevrilir. 1998-ci ilin başlanğıcında Ceyms İxa "Let It Come Down" adlı solo akustik albomunu çıxardır. 1998-ci ildə Melissa Auf Der Maur qrupa gəlir. 1999-cu ildə isə D'arsi aktyor karyerasına başlamaq üçün qrupdan ayrılır.
20 mart 2009-cu il qrupun rəsmi saytında istifadəyə verildi. Djimmi Çemberlen kollektivi tərk etdi, və Billi Korqan yeni studiya albomunun üzərində işə başlamağa hazırlaşdı.
19 iyun 2012-ci il EMI Label Services şirkətinin dəstəyi ilə qrupun "Oceania" adlı yeni albomu çıxacaq.