İnfanta Eulaliya

İnfanta Eulaliya
Şəxsi məlumatlar
Doğum tarixi 12 fevral 1864(1864-02-12)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 mart 1958(1958-03-08)[1][2][…] (94 yaşında)
Fəaliyyəti yazıçı
Atası Fransisko Asis Burbon
Anası II İzabella
Həyat yoldaşı Orleanlı Antonio Filipp
Uşaqları Orleanlı İnfant Alfonso
Orleanlı İnfant Luiz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnfanta Eulaliya (isp. María Eulalia Francisca de Asís Margarita Roberta Isabel Francisca de Paula Cristina María de la Piedad) (12 fevral 1864[1][2][…], Madrid8 mart 1958[1][2][…]) – İspaniya kraliçası II İzabellanın qızı, İspaniya infantası.

4 yaşında ikən anasıyla birlikdə Parisə sürgünə getdi və ilk təhsilini burada aldı. III Napoleonun devrilməsindən sonra sürgündəki ailəsiylə birlikdə Cenevrəyə köçdü. 1875-ci ildə İspaniyada monarxiyanın bərpa edilməsi və qardaşı XII Alfonsonun taxta çıxmasıyla o və bacıları Madridə qayıtdı. Burada geri qalan təhsili böyük bacısı İzabellanın nəzarəti altında tamamlandı.

6 mart 1886-cı ildə xalası oğlu Orleanlı Antonio Filipplə evləndi. Əslində bir il öncə planlaşdırılan toy mərasimi Eulaliyanın qardaşı XII Alfonsonun ölümü səbəbilə təxirə salındı. Cütlüyün bu nigahdan 2 oğlu dünyaya gəldi. İkinci oğlunun doğumundan sonra cütlük ayrıldı və Eulaliya qalan ömrünü İspaniyaParisdəki mülklərində keçirdi.

1893-cü ilin mayında Eulaliya ABŞ-yə səyahət etdi. Burada prezident Qrover Klivlend tərəfindən Ağ evdə qarşılandı və ABŞ-nin müxtəlif əyalətlərinə səfər etdi. 9 fevral 1958-ci ildə keçirdiyi ürək tutmasının ardından Eulaliya 8 martda vəfat etdi.

  • García Luapre, Pilar. Eulalia de Borbón, Infanta de España: lo que no dijo en sus memorias. Madrid: Compañía Literaria, 1995. ISBN 84-8213-021-8
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Lundy D. R. Maria Eulalia de Asis de la Piedad de Borbón y de Borbón, Infanta de España // The Peerage (ing.).