Bəhram Rəcəbzadə | |||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Bəhram Xudaverdi oğlu Rəcəbzadə | |||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||
Tam adı | Bəhram Xudaverdi oğlu Rəcəbzadə | ||||||||||||||||||||||
Doğum adı | Bəhram Xudaverdi oğlu Rəcəbzadə | ||||||||||||||||||||||
Ləqəbi | Altın Kurt | ||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||
Doğum yeri | Urmiya,Qərbi Azərbaycan ostanı | ||||||||||||||||||||||
Boyu | 187 sm. | ||||||||||||||||||||||
Çəkisi | 100 kq. | ||||||||||||||||||||||
İdman növü | Kikboksinq | ||||||||||||||||||||||
Karyera illəri | 2016 - | ||||||||||||||||||||||
Məşqçisi | Çingiz Eyvazov | ||||||||||||||||||||||
Medallar
|
Bəhram Xudaverdi oğlu Rəcəbzadə (3 avqust 1991, Urmiya) — "Altın Kurt" ləqəbli peşəkar Azərbaycan kikboksçusu. Kikboksinq üzrə 3 qat İran və 8 qat super liqa (İran və Türkiyə) çempionu, 3 qat Azərbaycan çempionu, 2009-cu ildə Antalyada keçirilmiş WOF açıq Avropa və 2011-ci il WOF ağır çəkidə (91+) dünya çempionu[1], Asiya çempionu, Avropa 2-cisi, WKF-nın dünya kəməri sahibi, 2013-cü ildə Afinada keçirilmiş WPKA dünya versiya üzrə dünya kəmərinin sahibi, əməkdar məşqçi. [2][3]2019-dan "Glory" kikboksinq ilə müqaviləlidir.
Bəhram Rəcəbzadə 1991-ci ildə Qərbi Azərbaycan ostanının Urmiya şəhərində anadan olub. 7 yaşından etibarən idmanla məşğul olmağa başlayıb. Ilk nailiyyəti 10 yaşında olub. Kikboksinq üzrə 3 qat İran çempionu və 8 qat super liqa çempionudur. O, 2009-cu il WOF açıq Avropa, 2011-ci il WOF dünya çempionudur. WKF-nın dünya kəməri sahibidir. 2013-cü ildə WPKA dünya (Afina), 2016-cı ildə isə kikboksinq üzrə Azərbaycan çempionu olmuşdur. 2015-ci ilin dekabrında Orion İdman Klubunun dəvəti ilə Azərbaycana dəvət olunub və hazırda Azərbaycanı təmsil edir[4].[3] Profisional 58 döyüşdən 57 qələbəsi vardır. 2016-cı ildə ailə həyatı qurub, həyat yoldaşı da idmançıdır. Övladı yoxdur.[5]
2019-cu ildə Rəcəbzadə GLORY ilə müqavilə imzalayıb. O, Glory 69: Düsseldorf oyununda Sergey Maslobojevə qarşı debüt etdi və yekdil qərarla döyüşü uduzdu.