Ernö Rubik | |
---|---|
Ernő Rubik | |
Doğum tarixi | |
Doğum yeri | Budapeşt, Macarıstan |
Vətəndaşlığı | Macarıstan |
Milliyyəti | Macar |
Elm sahələri | Memarlıq, Heykəltəraşlıq |
Elmi adı | Professor |
İş yeri | Rubik Studiyası |
Təhsili | Budapeşt Tətbiqi İncəsənət Universiteti |
Tanınır | Rubik kubunun kəşfi |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Ernö Rubik və ya Rubik Ernö (mac. Ernő Rubik, 13 iyul 1944[1][2][…], Budapeşt) – macar mühəndis, heykəltaraş. O, Rubik kubu da daxil olmaqla, Rubik sehiri, Rubik ilanı kimi mexaniki tapmacaların kəşfi ilə məşhurdur.
Ernö Rubik 1944-cü il iyul ayının 13-də Macarıstanın paytaxtı Budapeştdə anadan olmuşdur. Atası mexanik və təyyarə mühəndisi, anası isə yazıçı idi. Bu səbəbdən o, ailədən gələn ənənələrə sadiq qalaraq əvvəl memarlıq və mühəndis, daha sonra sənət memarlığı , heykəltaraşlıq təhsili almışdır. 1958–1962-ci illərdə Budapeşt İncəsənət məktəbində heykəltaraşlıq ixtisasına yiyələndikdən sonra, 1962–1967-ci illərdə Budapeşt Texnologiya Universitetində dərs almağa başladı. 1967-ci ildə Macarıstan Tətbiqi İncəsənət Universitetinin "interyer və dizayn" fakülətsinə daxil oldu.[3]
1971–1975-ci illərdə memar olaraq fəaliyyət göstərmişdir. Daha sonra Budapeşt Tətbiqi İncəsənət Universitetinin professoru oldu.[4]
Rubik onu məşhurlaşdıran kəşfini 1974-cü ildə etmişdir.[5] O, Rubik kubunu dərslərində rənglərin və fiqurların geormetrik olaraq dəyişməsini izah edərkən kəşf etmişdi. Rubik kubunda 26 kiçik kub birləşərək böyük kubu əmələ gətirir. Rubik kubun ilkin modelini hazırlayarkən onun 6 üzündəki rəngləri eyniləşdirməyin heç də asan olmadığı qənaətinə gəlmişdi. Kubun lisenziyasının almaq üçün 1975-ci ilin yanvar ayında etdiyi müraciətə elə həmin il müsbət cavab aldı. 1977-ci ildə satışa buraxılan Rubik kubları bir neçə il ərzində bütün dünyada gənclərin ən sevimli oyunlarından birinə çevrildi. Rubik kubları tarixə ən məşhur Macar kəşfi kimi düşmüşdür.
1980-ci illərin əvvəllərində Rubik oyun və tapmaca jurnalı olan "És játék" (və Oyunlar) adlı jurnalın redaktoru vəzifəsində çalışmağa başlamışdı. Çox keçmədən Ernö Rubik 1983-cü ildə Rubik Studiyasını yaratdı. Studiya yeni oyunlar və fərqli əşyalar ixtira etmək məqsədilə yaradılmışdı. "Rubik ilanı" və "sehirli bucaqlar" oyunları da bu studiyanın kəfşlərindəndir. 1987-ci ildə Macarıstan Mühəndislər Akademiyasının prezidenti vəzifəsinə təyin edildi. Akademiyada çalışdığı zaman Macar Mühəndislər Birliyinin dəstəyi ilə Rubik Beynəlxalq Fondu yaratdı. Fond tələbələri texniki və tətbiqi incəsənət sahələrində təhsil almaq üçün təqaüdlə təmin edirdi. 2009-cu ildə Cənubi Koreyanın Kiemyung Universitetinin fəxri professoru adına layiq görüldü.[6]