Loran Fabius | |
---|---|
fr. Laurent Fabius | |
Konstitusiya Şurası | |
Vəzifədədir | |
8 Mart 2016-cı ildən | |
Əvvəlki | Jan-Luis Debre |
Fransa Xarici İşlər naziri | |
16 May 2012 – 11 Fevral 2016 | |
Prezident | Jan-Mark Ero Manuel Valls |
Baş nazir | Fransua Hollande |
Əvvəlki | Alen Cuppe |
Fransa Maliyyə, İqtisadiyyat və Sənaye naziri | |
27 Mart 2000 – 6 May 2002 | |
Prezident | Lionel Jozepin |
Baş nazir | Jak Şirak |
Əvvəlki | Kristian Sautter |
Sonrakı | Françiz Mer |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
|
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, diplomat, mühazirəçi[d], xarici işlər naziri[d] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[1], Xarici İşlər Nazirlikləri[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Loran Fabius (fr. Laurent Pierre Emmanuel Fabius; 20 avqust 1946[2][3][…], Parisin 16-cı dairəsi[d]) — fransız siyasətçisi, Fransa Xarici İşlər naziri və Sosialist Partiyasının üzvü vəzifələrində çalışmış, 1984-1986-cı illərdə (37 yaşında) Fransanın Baş Naziri olmuşdur.
Loran Fabius 1946-cı ildə Parisdə sadə bir sənətkar ailəsində anadan olmuşdur. Fransanın ən nüfuzlu ali təhsil müəssisələrindən birini bitirdikdən sonra Fabius Dövlət Şurasının auditoriasında çalışdı. 1978-ci ildə ilk olaraq Sosialist Partiyasından Milli Məclisə üzv seçildi. Tezliklə Fabius Sosialist lideri Fransua Mitteranın daxili dairəsinə daxil oldu. 1981-ci ildə Mitteran prezident seçildikdə Fabius da Büdcə naziri oldu və iki il sonra Baş nazir oldu. O, bazar iqtisadiyyatına açıq olan "yeni" bir Fransız sosializmi müdafiə etdi. 1986-cı ildə parlament seçkilərində Sosialistlərin məğlubiyyətindən sonra təqaüdə çıxdı. 1988-ci ildə 41 yaşında Milli Məclisin sədri seçildi. Nəhayət, 1992-ci ildə Fabius SPF-nin birinci katibi oldu, lakin 1993-cü il parlament seçkilərində dağıdıcı bir məğlubiiyyətdən sonra ayrıldı. Fabius 1997-ci ildə yenidən Milli Məclisin sədri, sonra İqtisadiyyat naziri (2000-2002) Lionel Jozepin ofisində işləmişdir. Jozepin siyasətindən ayrılmasından sonra Fabius uğursuz olaraq SPF-nin katibi olmaq üçün çalışdı, daha sonra fikirlərini dəyişdiyini və partiyanın sol qanadına daxil ola bildi. O, Avropa Konstitusiyasının təsdiqinə qarşı çıxan sosialistlər düşərgəsinə rəhbərlik edib, lakin 1 dekabr 2004-cü ildə Konstitusiyaya zəmanət verirdi. Ancaq Fabius bundan sonra Konstitusiya müxalifət düşərgəsində hərəkət etdi və hətta hərəkətin lideri olaraq qəbul edildi. Fransızlar 2005-ci ildə keçirilmiş referundumda Avropa Konstitusiyasına qarşı səs verdikdə Partiyada qalmağa icazə verildi, lakin partiyanın Milli İcra Komitəsində vəzifələrindən çıxarıldı.2007-ci il seçkilərində Nikolya Sarkozinin uğursuz rəqibi olan Fabius bir zamanlar Sarkozinin həyat yoldaşı olan Karla Bruni ilə sıx əlaqədə idi. 16 may 2012-ci il Fransanın yeni Sosialist hökumətində Fransa Xarici İşlər naziri təyin edildi.[4] 2016 10 fevral tarixində Fransa prezidenti Fransu Hollande, Loran Fabius Fransa Xarici İşlər naziri vəzifəsinə istefa verdi və Konstitusiya Şurasının sədri tərəfindən təsdiq üçün Fransa Parlamentinə namizədliyini təqdim etdi.[5] Fevralın 18-də Fransa bu təyinatı təsdiqlədi.[6] Fabius 8 mart 2016-cı ildə məclisdə rəsmi olaraq başçılıq edirdi.[7]
Fabisun keçmiş həyat yoldaşı olan prodüser Françuaz Kastrodan iki övladı olur: Tom (1981) və Viktor (1983). Böyük oğlu Tom kazinodakı böyük zərərlərə görə Las Veqasdakı qumar müəssələrində çeklərin istifadəsində olan səhvlərə görə Nevada ştatında cinayət işinə başlamağa gətirib çıxardı. Bu xəbər ABŞ mətbuatında çox geçmədən geniş şəkildə yayıldı.[8]