Martiros Saryan | |
---|---|
erm. Մարտիրոս Սարյան | |
Doğum adı | Martiros Sergeyeviç Saryan |
Doğum tarixi | |
Doğum yeri | Rostov-na-Donu, Rusiya imperiyası |
Vəfat tarixi | (92 yaşında) |
Vəfat yeri | İrəvan, Ermənistan SSR |
Dəfn yeri |
|
Milliyyəti | erməni |
Vətəndaşlığı | SSRİ |
Fəaliyyəti | rəssam, siyasətçi, illüstrasiyaçı[d] |
Təhsili | Moskva boyakarlıq, heykəltəraşlıq və memarlıq məktəbi |
Janrlar | peyzaj, portret, natürmort, qrafika, illüstrasiya |
Tələbələri | Minas Avetisyan |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Martiros Sergeyeviç Saryan ( erm. Մարտիրոս Սարյան ; 28 fevral 1880 — 5 may 1972) — erməni sovet boyakarı. SSRİ xalq rəssamı (1960).
Martiros Saryan 28 fevral 1880-ci ildə Rostov-na-Donda anadan olub. 1895-ci ildə şəhər məktəbini bitirmiş, 1897 — 1904-cü illərdə Moskva boyakarlıq, memarlıq və heykəltəraşlıq məktəbində Valentin Serov və Konstantin Korovindən təhsil almışdır. "Mavi qızılgül" (Голубая роза) "Rus rəssamları ittifaqı" (Союз русских художников), "İncəsənət dünyası" (Мир искусства) rəssamlıq birliklərinin üzvü olmuşdur. Erkən əsərlərində Şərq motivləri kompozisiyasının dekorativliyi ilə üzvi əlaqələndirilmişdir. 1910-1913-cü illərdə Türkiyə, Misir və İrana səyahət etmiş, bu ölkələrin həyat və təbiətinə dair tablolar çəkmişdir. Saryan Azərbaycan rəssamları Əzim Əzimzadə və Mikayıl Abdullayev ilə yaradıcılıq əlaqəsi saxlamışdır. 1954-cü ildə Mikayıl Abdullayevin portretini çəkmişdir. SSRİ Ali Sovetinin (2-4-cü çağırış) deputatı olmuşdur. Martiros Saryan 1972-ci ildə İrəvanda vəfat edib.