Merton Miller | |
---|---|
ing. Merton Howard Miller | |
Doğum tarixi | |
Doğum yeri | Boston, Massaçusets ABŞ |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Çikaqo, İllinoys ABŞ |
Milliyyəti | ABŞ |
Elm sahəsi | iqtisadiyyat |
İş yerləri | Karnegi Mellon Universiteti, Çikaqo Universiteti |
Təhsili | |
Elmi rəhbəri | Frits Maçlub |
Üzvlüyü | |
Mükafatları | 1990 İqtisadiyyat üzrə Nobel mükafatı |
Merton Miller (ing. Merton Howard Miller) (16 may 1923 - 3 iyun 2000) — amerikalı iqtisadçı. 1990-cı ildə Harri Markovits və Vilyam Şarpla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Merton Miller Boston şəhərində vəkil Col Miller və evdar xanım Silviya Millerin övladı olaraq anadan olub.[2] İkinci Dünya müharibəsi dövründə Xəzinə Nazirliyinin vergi tədqiqatları bölməsində iqtisadçı olaraq işlədi və 1952-ci ildə Con Hopkins Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəldi. Doktorluq dərəcəsinə yüksəldikdən sonra ilk akademik vəzifəsini London İqtisadiyyat məktəbində köməkçi qonaq olaraq yerinə yetirdi.
Merton Miller 1958-ci ildə Karnegi Texnologiya İnstitutunda (indiki Karnegi Mellon Universiteti) həmkarı Franko Modilyani ilə birgə "Kapital xərcləri, Təşkilati maliyyə və İnvestisiya nəzəriyyəsi" (ing. The Cost of Capital, Corporate Finance and the Theory of Investment) adlı bir məqalə yazmışdı. Bu məqalədə ənənəvi təşkilati maliyyə düşüncəsinə son nəticədə qarşı çıxırlar, ənənəvi yanaşmaya görə bir qurum düzgün borc/kapital nisbətini taparaq kapital xərclərini azalda bilər. Miller-Modilyani teoreminə görə isə düzgün nisbət yoxdur, beləliklə qurum idarəçiləri vergi borcunu azaldaraq, qurumun dəqiq kapitalını maksimallaşdırmağa çalışmalıdırlar. Bunlar olarsa borc nisbəti azalacaqdır.
Miller 8 kitabın müəllifidir. 1975-ci ildə Ekonometrika Cəmiyyətinə üzv olmuş və 1976-cı ildə isə Amerikan Maliyyə Birliyinin sədri olmuşdur. 1961-ci ildən 1993-cü ildəki təqaüdə çıxdığı dövrə qədər Çikaqo Universiteti Müəssisə Fakültəsində (ing. University of Chicago Graduate School of Business) işləmişdi. O, həm də təqaüdə çıxandan sonra da uzun müddət burada dərk keçməyə davam etmişdi.
Merton Miller ilk həyat yoldaşı ölən Elenor Millerlə üç övlad sahibi olmuşdu: Pamela (1952), Merqot (1955) və Lusi (1958). Həyat yoldaşı vəfat etdikdən sonra isə Katerina Millerlə evlənmişdi.[3]