Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsi

Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsi
Xəritə
55°42′00″ şm. e. 37°31′46″ ş. u.HGYO
Əsası qoyulub 23 iyul 1938
Şəhər Moskva
Ölkə
Sayt geogr.msu.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsi (rus. Географический факультет Московский государственный университет имени М. В. Ломоносова) — M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fakültələrindən biri.

Fakültənin əsası 23 iyul 1938-ci ildə qoyulmuşdur[1]. Fakültənin yaradıcısı Moskva Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmiş rus fiziki coğrafiyaşünası, geomorfoloq, kartoqraf Aleksandr Borzovdur[2].

Tədris proqramı 4 təhsil fənnindən ibarətdir - humanitar, fundamental təbii və fundamental coğrafiya kursları, ixtisaslaşma üzrə təlim kursları.

Hər il 15 kafedrada 1100-dən çox tələbə və 200-ə yaxın magistr təhsil alır, təxminən 230 mütəxəssis Coğrafiya fakültəsindən məzun olur.

Fakültədə 9 tədqiqat laboratoriyası, 5 təhsil və elmi baza, 28 kafedral laboratoriyası fəaliyyət göstərir. Bütün coğrafi ixtisaslar üzrə doktorluq və magistr dissertasiyalarını qəbul edən 4 ixtisaslaşdırılmış şurası var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]