Omiya Ardiya | |||
---|---|---|---|
Ölkə | |||
Ləqəb(lər) | Sincablar (yap. Risu) | ||
Yaranma tarixi | 1969 | ||
Stadionu | NAK-5 Omiya stadionu | ||
Tutumu | 15.500 | ||
Sahibi | NTT Group | ||
Prezidenti | Şiqeru Suzuki | ||
Menecer | Hiroki Şibuya | ||
Baş məşqçisi | |||
Liqa | Futbol üzrə Yaponiya çempionatı | ||
2022 | 19., J2 | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
Omiya Ardiya (大宮アルディージャ, Ōmiya Arudīja?) — Yaponiyanın Saytama şəhərinin Omiya rayonunu təmsil edən və futbol üzrə Yaponiya çempionatında çıxış edən peşəkar futbol klubu. Saytama şəhərini çempionatda təmsil edən digər futbol klubu "Urava Red Daymonds" klubudur. Klub Yaponiya çempionatına ilk dəfə 2004-cü ildə aşağı divizyonda 2-ci yeri tutduqdan sonra yüksəlmiş və 2014-cü ilə qədər aşağı divizyona düşməmişdir. 2014-cü ildə aşağı divizyona düşmüş, lakin 2015-ci ildə birinci yeri tutaraq yenə elitaya qayıtmışdır.
Klub ev oyunlarını NAK-5 Omiya stadionunda (Nack5スタジアム大宮, Nakku-faibu Sutajiamu Ōmiya?) keçirir. Bu stadion Omiya Park Futbol Stadionu kimi də tanınır. Tutumu 15.500 nəfərdir.
Klub əslində 1964-cü ildə keçmiş Urava şəhərində qurulmuşdu. 1969-cu ildə NTT Kanto Futbol Klubu adı ilə tanınmağa başlamışdır. 1987-ci ildə ilk dəfə Yaponiya ikinci divizyonuna yüksəlmişdir. Klub daha sonra Yaponiya futbol piramidasında ikinci yerdə olan Yaponiya Futbol Liqasına qatılmışdır.[1]
1998-ci ildə klub NTT İdman Cəmiyyəti ilə birləşmişdir. "Ardiya" sözü ispan dilində "sincab" mənasını verən "ardilla" sözündən yaranmışdır. Sincab Omiyanın və klub ev oyunlarını keçirdiyi stadionun yerləşdiyi parkın talismanı hesab olunur.[1][2]
Klubun "Urava Red Daymonds" klubuna qarşı keçirdiyi oyunlar "Saytama derbisi" kimi tanınır.[3]
2005-2007-ci illərdə əsas stadionunda aparılan genişləndirmə işlərinə görə klub ev oyunlarını Saytama 2002 stadionunda və Urava Komaba stadionunda keçirmişdir. 2007-ci ilin oktyabrında genişləndirmə işləri başa çatmışdır. 11 noyabr 2007-ci ildə stadionun yenidən açılış oyununda Yaponiya çempionatı çərçivəsində "Omiya Ardiya" və "Oita Trinita" (1:2) klubları üz-üzə gəlmişdirlər.[4]
Mövsüm | Div. | Kom. | Yer | Tamaşaçı | Cey-liqa kuboku | İmperator kuboku |
---|---|---|---|---|---|---|
1999 | J2 | 10 | 6 | 2,674 | 1-ci mərhələ | 3-cü mərhələ |
2000 | J2 | 11 | 4 | 3,477 | 1-ci mərhələ | 3-cü mərhələ |
2001 | J2 | 12 | 5 | 3,864 | 1-ci mərhələ | 1-ci mərhələ |
2002 | J2 | 12 | 6 | 5,266 | – | 4-cü mərhələ |
2003 | J2 | 12 | 6 | 5,058 | – | 3-cü mərhələ |
2004 | J2 | 12 | 2 | 6,108 | – | 5-ci mərhələ |
2005 | J1 | 18 | 13 | 9,980 | 1/4 final | Yarımfinal |
2006 | J1 | 18 | 12 | 10,234 | qrup | 5-ci mərhələ |
2007 | J1 | 18 | 15 | 11,465 | qrup | 4-cü mərhələ |
2008 | J1 | 18 | 12 | 9,350 | qrup | 5-ci mərhələ |
2009 | J1 | 18 | 13 | 13,707 | qrup | 3-cü mərhələ |
2010 | J1 | 18 | 12 | 11,064 | qrup | 4-cü mərhələ |
2011 | J1 | 18 | 13 | 12,221 | 2-ci mərhələ | 2-ci mərhələ |
2012 | J1 | 18 | 13 | 10,637 | qrup | 4-cü mərhələ |
2013 | J1 | 18 | 14 | 11,138 | qrup | 2-ci mərhələ |
2014 | J1 | 18 | 16 | 10,811 | qrup | 1/4 final |
2015 | J2 | 22 | 1 | 9,490 | – | 3-cü mərhələ |
2016 | J1 | 18 |
Son tarix: 21 yanvar 2016[5]
|
|
|
‡ müvəqqəti baş məşqçiləri göstərir.