Paolo Sorrentino | |
---|---|
Paolo Sorrentino | |
| |
Doğum tarixi | |
Doğum yeri | Napoli, İtaliya |
Vətəndaşlığı | İtaliya |
Uşağı | 2 |
Milliyyəti | italyan |
Fəaliyyəti | aktyor, ssenarist, rejissor. |
Fəaliyyət illəri | 1994-cü ildən |
Mükafatları | Ən yaxşı əcnəbi dildə film üzrə Oskar mükafatı - 2013 |
Vikianbarda əlaqəli mediafayllar |
Paolo Sorrentino (d. 31 may 1970, Napoli) — italyan rejissor, aktyor və ssenarist.
Sorrentinonun yazdığı ilk film ssenarisi olan "Polvere di Napoli" 1998-ci ildə yayımlanmışdır. 1998-ci ildə "L'amore non ha confini" və 2001-ci ildə "La notte lunga" qısa filmlərini idarə etmişdir. Uzun metrajlı ilk filmi "L'uomo in più ile Nastro D'Argento" ən yaxşı gənc rejissor mükafatı qazanmışdır.
2004-cü ildə rejissorluq etdiyi "Sevginin Qarşılığı" (Le conseguenze dell'amore) ilə beynəlxalq arena tanındı. Mafiya tərəfindən idarə olunan biznesmenin həyatından bəhs edən film Kann Festivalında Qızıl Palma üçün yarışdı.
Sonrakı filmi "Ailə dostu" (L'amico di famiglia) 2006-cı ildə London və Kann Film Festivallarında göstərilmişdir. İki il sonra "Il Divo" filmi ilə Kann Festivalında mükafat qazandı.
İlk dəfə Nanni Morettinin "Il Caimano" aktyor kimi çıxış etmişdir.
Ssenarisini Umberto Kontarello ilə birlikde yazdığı və rejissorluq etdiyi "Bu yer olmalıdır" filmində Sean Penn ilə işlədi. Film 2011-ci ildə Kann Festivalında yarışmışdır.
2013-cü ildə ən yaxşı əcnəbi dilli filmə görə Oskara layiq görülmüşdür.