Robin Qosens

Robin Qosens
Ümumi məlumatlar
Tam adı Robin Everardus Qosens[1]
Doğum tarixi (30 yaş)
Doğum yeri Emmerix-am-Rayn, Almaniya
Vətəndaşlığı
Boyu 184
Çəkisi 76 kq
Mövqeyi Sol cinah müdafiəçi
Klub haqqında məlumat
Klub İtaliya Atalanta
Nömrəsi 8
Karyerası
Gənclik karyerası
2000—2007 Almaniya Fortuna Elten
2007—2009 Almaniya Boxolt
2009—2012 Almaniya Rede
2012—2014 Niderland Vitess
Klub karyerası[* 1]
2014—2015 Niderland Vitess 0 (0)
2014—2015  Niderland Dordrext 47 (3)
2015—2017 Niderland Herakles Almelo 60 (4)
2017—h.h İtaliya Atalanta 120 (25)
Milli yığma[* 2]
2020—h.h Almaniya Almaniya 13 (2)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Robin Everardus Qosens (5 iyul 1994, Emmerix-am-Rayn, Almaniya) — İtaliya A Seriyası təmsilçilərindən olan "Atalanta" klubunda və Almaniya milli futbol komandasında sol cinah müdafiəçisi kimi çıxış edən peşəkar Almaniya futbolçusu.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Qosens Almaniyanın Emmerix-am-Rayn şəhərində anadan olmuşdur. Fortuna Elten, BoxoltRede klublarda[2] çıxış etdikdən sonra 4 iyul 2012-ci ildə Vitess klubunun akademiyasına qəbul olmuşdur.[3] 13 avqust 2013-cü ildə o, klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır.[4] Bundan əvvəl Bundesliqa təmsilçilərindən olan "Borussiya Dortmund" klubunda baxışda olsa da, nəticə uğursuz olmuşdur.[5] Qosens özü bu hadisəni fiasko adlandırmışdır.[6]

14 yanvar 2014-cü ildə Qosens mövsüm sonuna qədər Dordrext klubuna icarəyə verilmişdir.[7] O, peşəkar karyerasında debütünü üç gün sonra Ekselsior klubuna qarşı oyunda etmiş və komandası rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.[8]

Qosens peşəkar karyerasında ilk qolunu 7 fevralda Emmen klubuna qarşı oyunda vursa da, komandası rəqibinə 1-6 hesabı ilə məğlub olmuşdur.[9] Pley-off mərhələsi də daxil olmaqla mövsüm sonuna qədər Qosens 20 görüşdə meydana çıxdı. Komanda ikinci yeri tutaraq on doqquz illik fasilədən sonra yenidən Erediviziyaya vəsiqə qazandı.

29 may 2014-cü ildə Qosens icarə müddətini daha bir il uzatdı.[10] O, Erediviziyada debütünü 9 avqustda Herenveen klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə komanda rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.[11] O, liqada ilk qolunu 20 sentyabrda Ekselsior klubuna qarşı oyunda vurmuş və komandası rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.[12]

Herakles Almelo

[redaktə | mənbəni redaktə et]

4 iyun 2015-ci ildə Qosens azad agent kimi Erediviziya təmsilçilərindən olan Herakles Almelo klubu ilə müqavilə imzalamışdır.[13]

2 iyun 2017-ci ildə Qosens İtaliya A Seriyası təmsilçilərindən olan "Atalanta" klubu ilə müqavilə imzalamışdır.[14] 18 sentyabr 2019-cu ildə "Dinamo Zaqreb" klubuna qarşı oyunda Çempionlar Liqasında debüt etmişdir.[15] O, turnirdə ilk qolunu 11 dekabr 2019-cu ildə "Şaxtyor Donetsk" klubuna qarşı oyunda vurmuş və komandası rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.[16] 25 noyabr 2020-ci ildə Enfild stadionunda keçirilən "Liverpul" klubuna qarşı oyunda ikinci qoluna imza atmışdır.[17]

Qosens həm hücumda, həm də müdafiədə üstün çıxışı ilə özünü İtaliya A Seriyasının ən yaxşı cinah müdafiəçilərindən biri kimi isbatlamışdır. 2019-20 mövsümündə 9 qol vuran Qosens "Atalanta" klubunun mövsümdə ən çox qol vuran oyunçularından olmuşdur. Bu nəticə müdafiəçi üçün ən yüksək göstəricilərdən hesab olunur.

Milli karyerası

[redaktə | mənbəni redaktə et]

25 avqust 2020-ci ildə Qosens ilk dəfə Almaniya milli futbol komandasına dəvət almışdır.[18] O, milli ilə debütünü 3 sentyabrda 2020-21 UEFA Millətlər Liqası çərçivəsində İspaniya millisinə qarşı oyunda etmişdir.[19]

19 may 2021-ci ildə Qosens UEFA Avro 2020 turnirində iştirak üçün milliyə çağırılmışdır.[20] 19 iyun 2021-ci ildə UEFA Avro 2020 çərçivəsində Portuqaliya millisinə qarşı oyunda Qosens bir qol və iki assist ilə yadda qalmışdır. Həmin görüşdə Almaniya millisi rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir.[21] O, həmçinin oyunun ən yaxşı oyunçusu mükafatına layiq görülmüşdür.[22]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Qosens Almaniyada anadan olmuşdur. Anası Almaniya, atası isə Niderland vətəndaşıdır. Qosens həm Almaniya, həm də Niderland pasportuna sahibdir.[23] O, "Şalke 04" azərkeşidir.[24] Məktəbi bitirdikdən sonra polis akademiyasına müraciət etsə də, sonradan bu fikrindən daşınmışdır.[25]

Karyera statistikası

[redaktə | mənbəni redaktə et]
23 may 2021 tarixində yenilənib[26]
Klub Mövsüm Liqa Kubok Avropa Digər Ümumi
Diviziya Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Dordrext (icarə) 2013–14 Eerste Diviziya 16 1 0 0 4 0 20 1
2014–15 Erediviziya 31 2 2 0 33 2
Ümuni 47 3 2 0 4 0 53 3
Herakles Almelo 2015–16 Erediviziya 32 2 3 1 3 0 38 3
2016–17 28 2 2 0 2 0 32 2
Ümumi 60 4 5 1 2 0 3 0 70 5
Atalanta 2017–18 Serie A 21 1 2 0 3 1 26 2
2018–19 28 3 3 0 5 0 36 3
2019–20 34 9 1 0 8 1 43 10
2020–21 32 11 5 0 7 1 44 12
Ümumi 115 24 11 0 23 3 149 27
Ümumi karyera 222 31 18 1 25 3 7 0 272 35

Milli komanda qolları

[redaktə | mənbəni redaktə et]
19 iyun 2021 tarixində yenilənib[27]
Almaniya
İl Oyun Qol
2020 4 0
2021 5 2
Ümumi 9 2
Nəticələr və qollar Almaniya hesablamasının birinci siyahısındadır.[27]
Robin Qosensin milli komandada vurduğu qolların siyahısı
No. Tarix Məkan Oyun Rəqib Hesab Nəticə Turnir
1 7 iyun 2021 Merkur Spiel-Arena, Düsseldorf, Almaniya 7  Latviya 1–0 7–1 Yoldaşlıq oyunu
2 19 iyun 2021 Allianz Arena, Münhen, Almaniya 9  Portuqaliya 4–1 4–2 UEFA Avro 2020
  1. "Campionato Serie A TIM 2019/2020: Atalanta B.C. vs S.P.A.L." (PDF). Atalanta FK (italyan). 2020. səh. 4. Archived from the original on 28 January 2022. İstifadə tarixi: 4 September 2020.
  2. "Unlikely hero Robin Gosens shows Germany anything is possible". The Guardian. 19 June 2021. 28 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2021.
  3. "Robin Gosens wechselt zu Vitesse Arnhem" [Robin Goshen moves to Vitesse Arnhem] (alman). FuPa. 4 July 2012. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2015.
  4. "Nachwuchs-Fußballer Robin Gosens unterschreibt Vertrag bei Vitesse Arnheim" [Young footballer Robin Gosens signs contract with Vitesse Arnhem] (alman). WAZ. 13 August 2013. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2015.
  5. "Robin Gosens: "Amateur football is part of my DNA"". dfb.de. 20 December 2020. 28 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2021.
  6. "Atalantas Robin Gosens: Probetraining beim BVB "war ein Fiasko" | Goal.com". www.goal.com. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-06.
  7. "Gosens op huurbasis naar FC Dordrecht" [Gosens loaned to FC Dordrecht] (holland). Vitesse's official website. 14 January 2014. 24 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2015.
  8. "Boeiende regioderby eindigt onbeslist (1–1)" [Fascinating local derby ends in a draw (1–1)] (holland). RTV Rijnmond. 17 January 2014. 15 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2015.
  9. "FC Dordrecht ruim langs FC Emmen" [FC Dordrecht ease past FC Emmen] (holland). RTV Rijnmond. 7 February 2014. 9 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2015.
  10. "Robin Gosens en Mo Hamdaoui op huurbasis naar FC Dordrecht" [Robin Gosens and Mo Hamdaoui loaned to FC Dordrecht] (holland). Vitesse's official website. 29 May 2014. 28 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2015.
  11. "Eredivisie: Heerenveen 1–2 FC Dordrecht". Total Dutch Football. 9 August 2014. 30 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2015.
  12. "Rijnmondse streekderby onbeslist" [Rijnmond derby ends undecided] (holland). Goal.com. 20 September 2014. 9 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2015.
  13. Heracles heeft de smaak te pakken en legt transfervrije Vitessenaar vast Arxivləşdirilib 2018-04-10 at the Wayback Machine (Dutch). Voetbalprimeur. 4 June 2015
  14. "Robin Gosens all'Atalanta" [Robin Gosens to Atalanta] (holland). Atalanta's official website. 2 June 2017. 21 October 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 June 2017.
  15. "Atalanta v Dinamo Zagreb" (ingilis). 2019-11-26. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-12.
  16. "Shakhtar Donetsk 0–3 Atalanta". BBC Sport. 11 December 2019. 28 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2021.
  17. "Liverpool 0–2 Atalanta". BBC Sport. 25 November 2020. 28 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2021.
  18. "Germany squad announcement: Atalanta's Robin Gosens wins first call up | DW | 25.08.2020". DW.COM. 2020-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-19.
  19. "90.+6! Gaya gleicht erst in der Schlusssekunde aus" (alman). kicker.de. 3 September 2020.
  20. "JOACHIM LÖW ANNOUNCES HIS SQUAD FOR EURO 2020". dfb.de. 19 May 2021. 18 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2021.
  21. "Gosens inspires resurgent Germany to thrilling 4-2 victory over Portugal". The Guardian. 19 June 2021. 20 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2021.
  22. "Portugal 2-4 Germany: Slick Germans stun holders". UEFA. 19 June 2021. 20 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2021.
  23. "Robin Gosens overweegt voor Nederlands elftal te kiezen". www.soccernews.nl. 2021-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-19.
  24. Daniel Sobolewski. "FC Schalke 04: Transfer-Hammer bahnt sich an! S04 mit Serie-A-Star einig". DerWesten. Funke Mediengruppe GmbH & Co. KGaA. 2019-07-06. 2019-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-07.
  25. Fardau Wagenaar. "Oud-Heraclied Robin Gosens wordt genoemd bij Oranje, maar is toch Duits?". Algemeen Dagblad (Dutsch). DPG Media. 2019-03-08. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-28.
  26. "R. Gosens". Soccerway. 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 January 2018.
  27. 1 2 "Robin Gosens". European Football. 25 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 June 2021.
  28. "Gran Galà del Calcio: The winners". Football Italia. 19 March 2021. 19 March 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 March 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]