Seuta

Muxtar icma
Seuta
isp. Ceuta
سبتة (Sabtah)
Şəhərinin Monte Xakodan olan görünüşü.
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
isp. País Vasco

42°50′00″ şm. e. 2°41′00″ q. u.HGYO


Ölkə  İspaniya
İnzibati mərkəz Seuta şəhəri
Prezident Xuan Xesus Vivas
Tarixi və coğrafiyası
Sahəsi 185 km²
Hündürlük
10 ± 1 m
Saat qurşağı UTC+1
Əhalisi
Əhalisi 82,376 nəfər (2011[1])
Əhalinin sıxlığı 4,5 nəfər/km²
Rəqəmsal identifikatorlar
ISO kodu ES-PV
Telefon kodu +34 94
Poçt indeksi 51001–51005
Avtomobil nömrəsi CE
Rəsmi sayt
Seuta xəritədə
Seuta xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Seuta (isp. Ceuta; ərəb. سبتة‎)[2] - İspaniyanın Şimali Afrikada yerləşən ərazisi. İspaniya konstitusiyasına görə Melilya ilə birlikdə muxtar statusa malikdir. Mərakeş ilə sərhəd olan şəhərin ərazisi 19 km²'dir. Aralıq dənizi ilə 20 km, Mərakeş ilə 8 km sərhəd zonası mövcuddur. Pireney yarımadasına 14 km məsafədə yerləşir. Seuta 1995-ci ilin 14 mart tarixinə qədər Kadiz muxtar bölgəsinin tərkibində olmuş və həmin tarixdən sonra muxtar ərazi statusu almışdır. İspaniya Avropa İttifaqına daxil olmamışdan əvvəl Seuta, MelilyaKanar adaları azad liman statusuna malik idi.

2011-ci ilin məlumatına əsasən 82 min nəfər əhalisi vardır. Dini inanc baxımından xristianlarmüsəlmanlar üstünlük təşkil edirlər. Şəhər əhalisinin 54 mini xristian, 16 mini müsəlman, 600-700 civarında yəhudi və 500 nəfərə yaxını sindlərdən ibarətdir. Mərakeş Seuta və Melilyanın tarixi əraziləri olduğunu iddia edir.[3][4] Ərazidə ilk insan məskənləri eramızdan əvvəl V əsrdə formalaşmağa başlamışdır. Müsəlman hakimiyyətinin sona çatması isə 1415-ci ilin 14 avqust tarixinə təsadüf edir. Xuan Xesus Vivas 2001-ci ilin 8 fevral tarixindən muxtariyyətin prezidentidir.[5]

Seuta Kral Divarlarının görünüşü.
Seuta liman şəhərinin 1572-ci ilə aid təsviri.

Seutada ilk insan məskənlərinin eramızdan əvvəl V əsrdə yarandığı təxmin edilir. Karfagen şəhər dövlətinin ərazi ilə ticarət əlaqələrinin olduğu və yerləşdiyi coğrafi şəraitlə əlaqədar bir çox ticarət gəmilərinin Seutadan keçdiyi məlumdur. Seuta şəhərinin mərkəzində Abyla tarixi şəhər-koloniyasının xarabalıqları yerləşməkdədir. Arxeoloji qazıntılar zamanıda məlum olmuşdur ki, Seuta ərazisindəki, ilk insan məskənləri Abyla və ətrafında mövcud olmuşdur. Abyla adına yunan və latın dilində yazılmış bir çox mənbələrdə rast gəlinir. Qədim Yunan yazılarında şəhər müxtəlif (q.yun. Ἀβύλη, Ἀβύλα, Ἀβλύξ, Ἀβίλη στήλη – Abyle, Abila və ya Ablyx) ad formaları ilə xatırlanır.

Seuta Cəbəllütariq ilə birlikdə məşhur Herakl sütunlarına ev sahibliyi etməsi ilə də tarixdə xatırlanır.[6] Ərazi sonralar romalılar tərəfindən ətrafında yerləşən yeddi kiçik dağın şərəfinə (lat. Septem Fratres) Yeddi Qardaşlar olaraq adlandırılmışdır. Roma coğrafiyaşünası, tarixçisi Pomponi Melanın əsərlərində də bu ərazinin adı çəkilir.

Vandalların hücumlarından sonra ərazi Romanın nəzarəti altından çıxır. Bizans imperiyasının tərkibində liman məntəqəsi kimi formalaşan şəhər eyni zamanda xristianlığında önəmli mərkəzlərindən birinə çevirlmişdi.[7] VII əsrdə Əməvilərin ərazini işğal etmək cəhdləri uğursuzluqla nəticələnir. Bərbər müsəlman sərkərdəsi Tariq İbn Ziyad vesqotlara qarşı mübarizə apararkən ərazidən hazırlıq mərkəzi kimi istifadə etmişdir.

Seutanın knyazı Juliyanın ölümündən sonra bölgənin nəzarəti tamamilə bərbər tayfalarının əlinə keçir. 740-cı ildə baş tutan xaricilərin üsyanı zamanı şəhər tamamilə dağıdılır. Seuta IX əsrə qədər bərpa edilməmiş və xaraba vəziyyətində qalmışdır. Yalnız IX əsrdə hakimiyyətə gəlmiş və qısa müddət mövcud olmuş Banu sülaləsinin rəhbəri Majakas şəhəri yenidən bərpa etmişdir.[8] Majakasın nəvəsi İdrisilər sülaləsi ilə münasibətlərini inkişaf etdirməsinə baxmayaraq, 931-ci ildə Banu sülaləsinin hakimiyyətinə I Kordova Xəlifəsi III Əbdürrəhman tərəfindən son qoyuldu.

927-ci ildə Seuta, Melilya ilə birlikdə Əndəlüslü mavrların nəzarətinə keçmişdi. 951-ci ildə Tanjer şəhəridə bu sıraya qoşulmuşdur. 1031-ci ildə Kordova xilafətinin dağılması ilə ərazidə müsəlmanların nüfuzu zəifləməyə başladı. Şimali Afrikada mövcud olan müsəlman bölgələri artıq bir necə tayfanın arasında bölünmüş vəziyyətdə idarə olunurdu. 1084-cü ildən 1147-ci ilə qədər ərazi Əlmüvəhhidilər sülaləsinin nəzarəti altında idarə olunmuşdur. 1232-ci ildə İbn Hudun üsyanı istisna olmaqla ərazi növbəti dəfə Tunis mənşəli Hafsilər hakimiyyətə gəldikdə əl dəyişdirmişdir. Hafsilərin Qərb ərazilərindəki mövqelərinin sürətlə zəifləməsindən sonra şəhər üzərindək üstünlükləri azalmağa başlamışdır.

1249-cu ildə Seuta tamamilə Hafsilərin nəzarəti altından çıxmışdır. Bundan sonrakı dövr ərzində vahid hakimiyyət yaradılmamış, sadəcə Qranada əmirliyi və Fas Krallığının maraqları daxilində bölgə idarə edilmişdir. Portuqaliya krallığı ilə Merinlər xanədanlığı arasında 1415-ci ilin 21 avqust tarixində baş tutan Seuta müharibəsi nəticəsində Portuqaliya krallığının kralı I Juannın rəhbərlik etdiyi ordu qalib gəlir və bununla da Seutada müsəlman hökmdarlığı tamamilə başa çatır. 1418-ci ildə Qranada əmirliyi və Merinlərin birləşmiş ordusu tərəfindən şəhər mühasirəyə alınsada nəticə əldə olunmur. İspaniya kralı II Filippin hakimiyyəti dönəmində Seuta İberiya ittifaqı daxilində idarə olunmağa başlanır.

Seuta XX əsrin əvvəllərində.

Bu dönəmlər artıq Seutanın portuqal təsirindən çıxıb ispan təsirinə düşdüyü dövr kimi də xarakterizə edilir. XV əsrdən etibarın şəhərdə ispan kökənli tacirlərin və sakinlərin sayı çoxalmağa başlamışdır.[9] 1668-ci ilin 1 yanvar tarixində imzalanmış Lissabon şəhərində eyni adlı müqavilə imzalanır. Müqaviləyə əsasən Portuqaliya imperiyası Seutanın İspaniya imperiyasının ərazisinə qatılmasına razılıq verirdi. 1694-cü ildən 1727-ci ilə qədər şəhər Mərakeş kralı İsmail İbn Şərifin ordusu tərəfindən mühasirədə saxlanılsada bir nəticə əldə olunmamışdır. Tarixin ən uzun mühasirələrindən biri kimi qəbul edilən bu mühasirədə əsas döyüşlər şəhərin qala divarları yaxınlığında gedirdi. Mühasirədən sonra şəhərdə demək olar ki, portuqal izləri tamamilə aradan çıxmış və öz yerini ispan-ərəb irsinə ötürmüşdür. Seutada portuqal izlərinin itməsinə baxmayaraq muxtariyyətin bu gün ki, gerbində Portuqaliya bayrağının mərkəzində əks olunan simvolun eynisi əks olunmuşdur.

1936-1939-cu illəri əhatə edən İspaniya vətəndaş müharibəsində Fransisko Frankonun qalib gəlməsi ilə İspaniya üçün yeni bir dövr başlamışdır. Seuta üsyan hərəkatlarının ilk başladığı nöqtələrdən biri idi və buradakı üsyanlar amansızlıqla yatırılmışdır. Frankoya bağlı birlikləri şəhərdə baş verən üsyanları yatırılması ilə bölgə üzərindəki nəzarət bərpa olunmuşdur. Sonrakı dövrlərdə Seutada Fransisko Frankonun şərəfinə heykəl uçaldılmışdır.[10]

1956-cı ildə İspaniya rəsmi şəkildə Mərakeşin müstəqilliyini tanıdıqda Seuta və Plazas de soberanía adı verilən ərazilərin İspaniya torpağı və ölkənin ayrılmaz tərkib hissəsi olduğunu bəyan etdi. Mərakeş bu qərarla razılaşmadı. Əndəlus tarixi vilayətinə daxil olan Seuta XX əsr boyunca Kadiz Muxtar Vilayətinin şəhəri olmuşdur. İspaniya sahillərindən cəmi 20 km məsafədə yerləşən şəhərdə XX əsrdən etibarən ispan və bərbər-ərəb mədəniyyətləri ahəngdar şəkildə inkişaf etməyə başlamışdır.

2001-ci ildən bəri muxtariyyətin prezidenti olan Xuan Xesus Vivas.

XVII İspaniya Kralı I Xuan Karlosun 2007-ci ilin 5 noyabr tarixində Seutaya rəsmi səfər etməsi şəhərdə böyük maraqla qarşılansada, Mərakeş tərəfində ciddi etirazlar və mitinqlərə səbəb olmuşdur.[11] Bu səfər son 80 ildə İspaniya rəsmiləri tərəfindən edilmiş ən yüksək səviyyəli səfər hesab olunur. 2010-cu ildən etibarən Seuta və Melilyada Qurban bayramı rəsmi bayram kimi qeyd olunmağa başlanmışdır. Belə ki, bayram günləri şəhərdə tətil hesab olunur. Rekonkistadan sonra ilk dəfə olaraq Seutada qeyri-xristian dini bayramı rəhbərlik səviyyəsində qeyd edilməkdədir.[12][13]

Seuta qərb sərhədlərindən qonşu olduğu Mərakeş ilə Monte Anyera təpələri ilə əhatələnmişdir. Mərakeşlə sərhəd bölgələrdəki dağlarda eyni zamanda hərbi məqsədlər üçün inşa edilmiş qala yerləşir. Limana baxan Almina yarımadasındakı Monte Xakoda yunan əsatirlərində xatırlanan Herakl sütunlarının var olduğu ehtimal olunur.

Seuta 1995-ci ildən etibarən Melilya ilə birlikdə muxtariyyət statusuna sahibdir.[14] Rəsmi yazışmalarda şəhərin rəsmi adı kimi (isp. Ciudad Autónoma de Ceuta) Seuta Muxtar Şəhəri göstərilir və şəhər standart İspaniya şəhərlərindən fərqlənmir. Seuta Avropa İttifaqının sahəsinə daxildir. İspaniyanın 1986-cı ildə Avropa İttifaqına qoşulmasına qədər şəhər azad liman zonasına daxil idi. 2006-cı ilin məlumatlarına əsasən şəhərdə 75,861 nəfər əhali məskunlaşıb.

1979-cu ildən etibarən hər dörd ildən bir şəhər şurasında mövcud olan 25 nəfərlik məclis üçün seçkilər keçirilir. Ərazi muxtar bölgə olduğundan seçilmiş ən ali şəxsdə prezident statusu daşıyır və bölgənin idarə olunmasında yüksək söz sahibidir. 2011-ci ildə keçirilən seçkilər zamanı Xalq Partiyası 25 mümkün yerdən 18 yeri əldə edərək Seutada başa keçmişdir. Xalq Partiyasından olan Xuan Xesus Vivas 2001-ci ilin 8 fevral tarixindən Seuta Muxtariyyətinin Prezidenti kimi fəaliyyət göstərməkdədir.

Mərakeşlə sərhəd bölgədə yerləşən kiçik Benzu qəsəbəsi. Arxa fonda görünən Jebel Musa dağları Mərakeş ərazisində yerləşir.

Seuta Məsclisində mövcud olan 25 yerdən 4 yerə İspaniya Sosialist İşçi Partiyası və yenə də 4 yerə Kaballas koalisiyası sahibdir.[15] Seuta inzibati baxımdan 63 məhəllə vahidindən ibarətdir. Bu vahidlər ispan dilində (isp. barriadas) olaraq adlandırılır.[16][17][18] Seutanın əhalisi az olduğundan İspaniyanın əsas qanunverici orqanı olan Deputatlar Konqresində cəmi 1 nəfərlə təmsil olunur[19]

Mərakeş ilə olan problemlər

[redaktə | mənbəni redaktə et]

Mərakeş tarixdə olan faktları əsas gətirərək Seuta və Melilya ərazilərinin tarixi torpaqları olduğunu və həmin torpaqların zamanla portuqallar və daha sonrakı dövrlərdə ispanlar tərəfindən işğal edildiyini bəyan edir[3]. Mərakeş öz iddialarında həmin ərazilər başda olmaqla daha bir necə mübahisəli ərazidə İspaniyanın suverenliyini tanımır.

Böyük Mərakeş millətçi ideyasına görə Qərbi Səhra, ƏlcəzairMalinin bəzi inzibati vahidləri və Seuta və Melilya əraziləri də Mərakeşə birləşdirilməlidir.

İstər Seutada, istərsə də Melilyada olan toplumlar hər iki şəhərin iki dövlət arasında problemli ərazi kimi təqdim edilməsinə qarşıdır və rəyi sorşulanların əksəriyyəti Mərakeşdən daha çox İspaniyanın nəzarəti altında qalmağa üstünlük verdiklərini bəyan ediblər.[20]

İspaniya hökumətinin məsələyə rəsmi münasibəti Seutanın İspaniyanın ayrılmaz tərkibi hissəsi olmasıdır. Belə ki, hökumət Seuta və ya Melilyanı İspaniyanın hər hansısa başqa bir şəhərindən fərqləndirmədiklərini və mübahisə predimeti kimi görmədiklərini bəyan ediblər. Buna misal olaraq Pireney yarımadasında yerləşən və İspaniya ilə Böyük Britaniya arasında mübahisəli ərazi sayılan Cəbəllütariq torpağını göstərmək olar. Belə ki, Cəbəllütariq Böyük Britaniyanın nəzarəti altında olsa da, rəsmən Böyük Britaniyaya daxil deyil və Böyük Britaniyanın dəniz əraziləri adlanan qrupa daxildir.[4]

Oxşar vəziyyət isə İspaniya ilə Seuta arasında mövcud deyil. XV əsrdən etibarən Seutada ərəb-bərbər təsirinin azalması və zamanla həmin təsirin portuqal və daha sonra ispan mühiti ilə əvəzlənməsi nəticəsində Seuta qərb şəhərləri stilində inkişaf etməyə başlamışdır. Rəsmi Mərakeş isə şəhərdə uzun müddət portuqal-ispan idarəetmə sisteminin olmasına baxmayaraq ərazinin tarixi torpaqları olduğunu iddia edir. XX əsrin ortalarından etibarən daha da güclənməyə başlayan Böyük Mərakeş millətçi ideyasına görə Mərakeşin əslində sahib olmalı olduğu ərazilər indikindən bir necə dəfə böyükdür. Belə ki, Qərbi Səhra, ƏlcəzairMalinin bəzi inzibati vahidləri və hal-hazırda İspaniyanın nəzarəti altında olan Seuta və Melilya kim muxtariyyətlər Böyük Mərakeşə daxildir.[21][22]

Seutanın istər müsəlman, istər xristian istərsə də digər dinə mənsub olan əhalisinin mütləq əskəriyyəti ərazinin Mərakeş tərəfindən idarə edilməsinə qarşıdır. Bunun səbəbi kimi iqtisadi məsələlər göstərilsə də bir digər əsas səbəbində İspaniyanın Mərakeşdən fərqli olaraq Şengen zonasına daxil olan ölkə olması və Seutada yaşayan vətəndaşlarında İspaniya vətəndaşlığına sahib olması göstərilir.[3]

Gündəlik həyat

[redaktə | mənbəni redaktə et]
Muley Əl Mehdi məscidi Seutanın müsəlman icmasına xidmət göstərməkdədir.
XV əsrdə tikilmiş Seuta kafedralı şəhərin mərkəzi hissəsində yerləşir.

Xristianlıq Seutada ən çox ardıcılı olan din kimi önə çıxır.[23][24] Şəhər mərkəzində yerləşən tarixi bazilika xarabalıqlarında burada dini məbədin mövcud olduğunu göstərir.[25] 1415-ci ildə Seutanın müsəlman olan bərbərlərin nəzarəti altından çıxmasından sonra xristianlıq bölgədə sürətlə yayılmağa başlamışdır. Belə ki, istər portuqallar istərsə ispanların hakimiyyəti dönəmində şəhərdə çoxlu sayda kilsələr, kafederallar və dini dərslərin keçirildiyi seminariyalar inşa olunmuşdur.

Portuqal fəthindən sonra mərkəz hissədə tikilmiş Seuta kafedralı tikilən məbədlərə misal göstərilə bilər. Kafedral bu gündə fəaliyyət göstərməkdədir. XVII əsrdən etibarən tikilmiş məbədlərdə Barokko memarlığı ilə Neoklassik memarlığın vəhdəti hiss olunur. Xristianlıqla yanaşı İslam dini də Seutada tarixən mövcud olmuş və XV əsrdə baş verən hadisələrdən sonra öz mövqeyini nisbətən zəiflətsədə bölgə üzərindəki mövcudluğunu itirməmişdir. Seutada müsəlmanlar üçün bir necə məscid fəaliyyət göstərməkdədir və bölgədə müsəlman icmasına məxsus böyük qəbristanlıqda mövcuddur.

Muxtariyyətdə pul vahidi kimi Avropa ölkələrinin əksəriyyətində istifadə olunan Avroadan istifadə olunur. Seuta İspaniyada aşağı dərəcəli vergilərin alındığı bölgələr qruplar daxildir.[26] Seuta Melilya ilə birlikdə İspaniyanın Şimali Afrika bölgəsində yerləşən iki liman şəhərindən biridir. Limanlardan orta əsrlərdə hərbi məqsədlər üçün istifadə edilsə də bu gün əsasən neft və ticarət gəmilərinin tədarük məntəqəsi kimi fəaliyyət göstərir. Eyni zamanda balıqçılıqda Seutada geniş yayılmışdır. Muxtariyyətin əsas gəlirləri limandan əldə olunan gəlirlər və daxili pərakəndə obyektlərdən əldə olunan gəlirlər olmaqla iki hissəyə bölünmüşdür.

Ərazinin kiçik olması səbəbindən bölgədə, hava limanı fəaliyyət göstərmir və hava daşınmaları zamanı Seuta Helikopter Meydançasından istifadə olunur. İki il ərzində hava nəqiliyyatı ilə a 20,233 nəfər sərnişin daşınmışdır. Seutaya ən yaxın hava limanı 39 km məsafədə Mərakeşin ərazisində yerləşən Sania Ramel Hava Limanıdır. Şəhər daxili bir necə istiqamətə xətt avtobusları fəaliyyət göstərir və xətt avtobus ilə Mərakeşə keçmək mümkün deyil. Seuta və Mərakeş arasında cəmi bir yerdə sərhəd keçid məntəqəsi xidməti mövcuddur. Qalan bütün ərazilər keçid üçün qapadılmışdır.

Seutanın özünün ali təhsil mərkəzi olmasada Qranada Universitetinin kampüsü fəaliyyət göstərməkdədir. Belə ki, Qranada Universitetindən iki ixtisas üzrə (TibbiÜmumi Elmlər) Seutada təhsil almaq mümkündür. İbtidai və orta təhsil yalnız ispan dilində keçirilir. Seutada ümumiyyətlə iki dilin tədris olunduğu məktəb fəaliyyət göstərmir.

Afrikadan olan miqrantlar

[redaktə | mənbəni redaktə et]

İspaniyanın 1986-cı ildə Avropa İttifaqına qoşulmasından sonra Seuta və Melilya bölgələri də Şengen zonasına daxil edilmişdir. Ərazinin yerləşdiyi coğrafi mövqe Avropaya daxil olmaq istəyən bir çox qeyri-leqal miqrant üçün böyük fürsət hesab olunur. Belə ki, qanunsuz miqrantlar Seutanı Avropanın giriş qapısı olaraq görürlər. Muxtariyyət ilə Mərakeşin sərhəd bölgələrində qanunsuz miqrantların mümkün keçidlərinin qarşısının alınması üçün intensiv tədbirlər görülür. Sərhəd bölgəsində 6 metr hündürlüyü olan maneə çəpərləri mövcuddur. Görülən bütün tədbirlərə baxmayaraq hər il yüzlərlə miqrant quraşdırılmış maneələri aşaraq Seutaya daxil olmağı bacarır.[27]

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. "Decision Spain >> Resources >> Municipalities without testimony >> Ceuta + Melilla". Old.e-decision.org. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 August 2016.
  2. Ceuta Arxivləşdirilib 2016-05-27 at the Wayback Machine. Oxford Dictionaries.
  3. 1 2 3 "Spain's North African enclaves: Gibraltar in reverse?". The Economist. 21 February 2002. 2012-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-03.
  4. 1 2 Tremlett, Giles. "A rocky relationship | World news | guardian.co.uk". London: Guardian. 12 June 2003. 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-17.
  5. "Juan Jesús Vivas Lara - Juan Jesús Vivas Lara". ELPAÍS.com. 29 June 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 July 2010.
  6. A Latin Dictionary. Founded on Andrews' edition of Freund's Latin dictionary. revised, enlarged, and in great part rewritten by. Charlton T. Lewis, Ph.D. and. Charles Short, LL.D. (Oxford:Clarendon Press, 1879), "Abyla" [1] Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine
  7. "Roman basilica article, with related Video". 2022-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-21.
  8. Hamilton Alexander Rosskeen Gibb; Johannes Hendrik Kramers; Bernard Lewis; Charles Pellat; Joseph Schacht. The Encyclopaedia of Islam. Brill. 1994. səh. 690. 28 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2013.
  9. Griffin, H. Ceuta Mini Guide. Mirage. 2010. ISBN 978-0-9543335-3-9. 2012-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-21.
  10. "Franco monument now part of a rubbish dump in Ceuta". 7 December 2012 tarixində orijinalından arxivləşdirilib.
  11. "Ceuta y Melilla son España, dice Juan Carlos I; Sebta y Melilia son nuestras, responde Mohamed VI". Blogs.periodistadigital.com. 22 February 1999. 2011-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-17.
  12. "Muslim Holiday in Ceuta and Melilla". Spainforvisitors.com. 2011-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-03.
  13. "Public Holidays and Bank Holidays for Spain". Qppstudio.net. 2011-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-03.
  14. "Ley Orgánica 1/1995, de 13 de marzo, Estatuto de Autonomía de Ceuta". Noticias.juridicas.com. 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-17.
  15. "Resultados Electorales en Ceuta: Elecciones Municipales 2011 en EL PAÍS". Resultados.elpais.com. 28 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 August 2016.
  16. "elpueblodeceuta.es". elpueblodeceuta.es. 20 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-17.
  17. "Arxivlənmiş surət". 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-24.
  18. "Códigos postales de Ceuta en Ceuta". Codigo-postal.info. 2012-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-17.
  19. "Arxivlənmiş surət". 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-09-02.
  20. * François Papet-Périn, "La mer d'Alboran ou Le contentieux territorial hispano-marocain sur les deux bornes européennes de Ceuta et Melilla". Tome 1, 794 p., tome 2, 308 p., thèse de doctorat d'histoire contemporaine soutenue en 2012 à Paris 1-Sorbonne sous la direction de Pierre Vermeren.
  21. Torres García. "La frontera terrestre argelino-marroquí: de herencia colonial a instrumento de presión". Hao. Spring 2013. səh. 9. 12 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 August 2013.
  22. "Cable sobre el mensaje de Mohamed VI tras la visita a Ceuta y Melilla de los Reyes de España". El País. 13 December 2010. 14 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2014.
  23. Walter E. Kaegi. Muslim Expansion and Byzantine Collapse in North Africa. Cambridge University Press. 4 November 2010. səh. 256. ISBN 978-0-521-19677-2.
  24. A Cyclopædia of Biblical Literature. 2. John Kitto, William Lindsay Alexander. 1864. səh. 350.
  25. "Christian Ceuta". 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-24.
  26. "Economic Data of Ceuta, de ceutna digital". Ceuta.es. 2010-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-17.
  27. "Hundreds of migrants storm fence to reach Spanish enclave of Ceuta". BBC. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-24.