İlçə | |
Vize | |
---|---|
Vize | |
41°34′25″ şm. e. 27°45′55″ ş. u.HGYO | |
Ölkə | |
Tabesində | Kırklareli |
Region | Marmara bölgəsi |
Başçı | Ercan Özalp |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 168 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 39400 |
Digər | |
Vize Belediyesi Vize Kaymakamlığı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Vize — Kırklarelinin təbiətində, İstanbuldan 140 km məsafədə tarixi və təbii gözəllikləri ilə önə çıxan bir ilçədir. "Cittaslow" deyilən sakit şəhər adı ilə Türkiyədəki 10 ilçədən biri olmuşdur. 2015 Türkiyə statistika qurumunun məlumatlarına görə rayon əhalisi 13.095 nəfərdir. Vize eyni zamanda Bolqarıstan şəhərlərinə bənzər Frakiyadakı Qara dəniz ilçələrindən biridir. Vize Yunanıstan və Bolqarıstan ilə mədəniyyət və turist mübadiləsini davam etdirən Balkan ilçəsidir.
Tarixdə fərqli adlarla tanınan şəhər Buzia, Bizye, Bida, Biza, Vuza, Vizii və nəhayət, Vize kimi tanınır. Adının kökü Buzasdan gəlir, Bizas Poseydonun bir oğlunun adıdır. Eyni zamanda Buzas Frak dilində keçi deməkdir və Frakiyalılar üçün bu çox işlədilən bir addır. Həmçinin Byzas adının əfsanəvi bir Frakiya kralının adından gəldiyi deyilir ki, bu da Byzas su pərisi Semestranın oğludur.
Vizedə ilk dəfə Frakyalıların bir qolu olan Astaylar məskunlaşmışdı. Sonralar farslar, romalılar, keltlər, Peçeneqlər, Bizanslılar, Bolqarlar üstünlük təşkil etdilər və nəhayət, Osmanlı hakimiyyəti və türk hökmranlığı başladı. 1369-cu ildə Osmanlı hökmranlığı altına keçən qəsəbə, Rumeli əyalətinin bir sancağı olan Vize sancağının mərkəzi idi.
1892-ci ildə Ədirnə Vilayət Mətbəəsinin müdiri Şövkət Dağdevirəntərəfindən yazılmış səlnamədə aşağıdakı məlumatlar öz əksini tapır:
Kırkkilise sancağının qəzası Vize qəsəbəsinə aid olan 47 kənddə 4466 ailədə 23595 sakin var və əksəriyyəti islam və yunandır. Saray, Yenice, Örencik, Hasboğa mahalları Vizeyə bağlıdır. Vize hökumət evi 108 pilləli bir təpədə yerləşir. Vizedə 7 məscid var. Bunlardan Qazi Süleyman Paşa tərəfindən inşa edilən məscid Ayasofya modelindədir. Digərlərini Saka Baba, Həsən bəy və Ferhat bəy tikdirdi. İlçədə 13 sağlam, 27 dağılmış məscid, 2 hökumət sarayı, 33 məktəb, 2 yararsız imarət, 1 teleqrafxana, 1 dərviş lojası, 5 kirəmitxana, 46 fəvvarə 1 metropoliten, 18 kilsə və monastır, 301 ev sahəsi, 42 otlaq, 775 çəmənlik, 17759 tarla, 28 bağça, 3926 üzüm bağı, 6 təsərrüfat, 1522 anbar və ot biçimi, 1 içki fabriki, 25 dəyirman, 10 qonaq evi, 2 hamam, 31 çörəkxana, 35 İslam, 18 xristian qəbiristanlığı, 72 xırman yeri, 3 əkin sahəsi, 376 mağaza vardı. |
Vize qəzası əhali cədvəli 1892 | |||
Qadın | Kişi | Ümumi | |
Müsəlmanlar | 4.828 | 5.467 | 10.295 |
Yunanlar | 5.928 | 6.182 | 12.110 |
Ermənilər | 1 | 1 | |
Bolqarlar | 514 | 523 | 1.037 |
Qaraçılar | 74 | 78 | 152 |
Ümumi | 11.344 | 12.251 | 23.595 |
İl | Ümumi | Şəhər | Kənd |
---|---|---|---|
1965 | 31.658 | 6.766 | 25.535 |
1970 | 36.909 | 14.716 | 24.892 |
1975 | 32.449 | 13.466 | 24.246 |
1980 | 35.198 | 9.730 | 25.468 |
1985 | 34.659 | 10.082 | 24.577 |
2000 | 32.276 | 10.628 | 21.648 |
2007 | 30.348 | 11.908 | 18.440 |
2008 | 30.086 | 28.989 | 18.120 |
2009 | 28.913 | 11.447 | 17.466 |
2010 | 29.153 | 12.196 | 16.957 |
2011 | 28.611 | 12.317 | 16.294 |
2012 | 28.228 | 12.543 | 15.685 |
2013 | 27.899 | 12.631 | 15.268 |
2014 | 27.700 | 12.887 | 14.813 |
2015 | 27.422 | 13.095 | 14.327 |
2016 | 27.556 | 13.484 | 14.072 |
Vize ilçəsi 1-ci Vyana səfəri zamanı Qanuni Sultan Süleymanın istifadə etdiyi "Avyolu güzergahı"nda yerləşir. Bu yer müasir zamanda adını dəyişərək "Sultanlar yolu" adı ilə təbiət, mədəniyyət və tarix həvəskarlarının istifadəsinə verilmişdir. Sultanlar yolu nişanları Vizedə və ətrafında yolu yenidən kəşf edən Sedat Çakır tərəfindən edildi. Sultanlar yolu Vyana-Simmerinqdən İstanbulda Süleymaniyyə məscidi və Topqapı sarayına qədər 2133 kilometrlik bir yoldur.
Əhəmiyyətli tarixi abidələr arasında Ayasofya kilsəsi Türkiyədə tanınan tək antik teatr, qaya rəsmləri, monastır, qala divarları, fəvvarələr vardır. İlçədə yerləşən 1620 m. olan Yenesu mağarası Frakiyanın 3-cü ən böyük mağarasıdır.