Xəlil Rüfət Paşa (sədrəzəm)

Xəlil Rüfət Paşa
7 noyabr 1895 – 9 noyabr 1901
ƏvvəlkiMehmed Kamil Paşa
SonrakıMehmed Səid Paşa
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Saloniki, Osmanlı imperiyası
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası İbrahim ağa
Dini Sünni, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xəlil Rüfət Paşa (d. 1820 - ö. 9 noyabr 1901) — II Əbdülhəmidin səltənətində 6 il 2 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.

1820-ci ildə Saloniki vilayətinin Lika kəndində dünyaya gəlmişdir. Atası əslən hərbçi ailəsinə mənsub olan İbrahim ağadır. 3 yaşında ikən ailəsi Sərəz bölgəsinə təyin edildi və ilk təhsilini burada aldı. 1844-cü ildə Sərəzdə şəhər idarəsinə maaşsız olaraq işə qəbul oldu. 1851-ci ildə bu idarənin rəisi, daha sonra isə Vilayət məclisində eyni vəzifədə fəaliyyət göstərdi. 1868-ci ilədək həm Balkan yarımadasında, həm də Anadolunun fərqli bölgələrində xidmət göstərdi və divan katibliyinə qədər yüksəldi. Bu xidmət illərində Mithat Paşa ilə yaxın əlaqələr qurdu və onun təcrübələrindən yararlandı.

1868-ci ildə Varna, 1869-cu ildə Trikala, 1873-cü ildə isə Vidin sancağının idarəsinə gətirildi. 1875-ci ildə Rumeli bəylərbəyi seçilən Xəlil Rüfət Paşa 1876-cı ildə vəzir rütbəsiylə Dunay valiliyinə gətirildi. Ardından sırayla Hələb, Kosova, Saloniki valisi olaraq xidmət göstərdi. Ancaq son təyinat bölgəsi olan Salonikidə artan quldurluq fəaliyyəti səbəbilə 1880-ci ildə istehfa etdi. Həmin il Nafiyə komitəsinə üzv, 1882-ci ildə isə Sivas valisi təyin edildi. Burada bölgənin kənd təsərrüfatı, təhsil və memarlığına təkan verdi. 2 il sonra Krit valiliyinə təyin edilsə də, Sivasda qaldı.[1] Bəzi şayələrin yayılmasının ardından 1885-ci ildə vəzifədən alınıb Aydın, 1886-cı ildə isə Bağdad valiliyinə təyin edildi. Ancaq maddi vəziyyətinin pis olmasını səbəb göstərməsinin ardından Bağdada göndərilmədi. 1887-ci ildə Monastır, 1889-cu ildə isə ikinci dəfə Aydın valisi oldu. İzmirdə önəmli miqyasda memarlıq və abadlıq işləri gördü. 1891-ci ildə Daxili işlər nazirliyinə, 1895-ci ildə isə əlavə olaraq Dövlət şurası rəisliyinə vəkil olaraq təyin olundu.

7 noyabr 1895-ci ildə vəzifədən alınan Mehmed Kamil Paşanın yerinə sədarətə gətirildi. Uzun zamandır Bab-ı Əlidə baş verənləri saraya xəbər verən Xəlil Rüfət Paşa beləcə padşah tərəfindən mükafatlandırıldı. Bundan başqa sədarətə gətirilmə səbəbi olaraq təyinatından 3 gün öncə padşaha təqdim etdiyi “Devlet-i Ebed-müddet-i Aliyye-i Osmâniyye’nin Ahvâl-i Hâzırası” adlı layihənin də rolu oldu. Bu layihədə Osmanlı torpaqlarında yaşayan ermənibolqarların yaratdığı çətinliklərdən, ölkədəki iqtisadi böhranın dərinləşməsindən bəhs edilir və Xarici işlər nazirliyinin fəaliyyəti tənqid olunurdu.

Xəlil Rüfət Paşanın sədarətə gətirilməsi həm əhali, həm də hökumət daxilində heyrətə səbəb olmuşdu. Çünki ölkə çətin vəziyyətdə idi və o, bu çətinlikləri həll edə biləcək siyasi gücə sahib deyildi. Bu isə hakimiyyəti tamamilə əlində cəmləmək istəyən Sultan Əbdülhəmidin ürəyincə oldu. Xəlil Rüfət Paşanın sədarət illəri ermənilərin tərtiblədiyi bank basqını, Osmanlı qələbəsi ilə bitən Osmanlı-Yunan müharibəsi (1897), Makedoniya iğtişaşları, Kritin Osmanlı idarəsindən çıxması, Fransanın yeni imtiyazlar qoparması və bunun digər ölkələr tərəfindən də istifadə edilməsi kimi hadisələrlə yadda qalmışdır.[2]

Dövlət şurası üzvü olan oğlu Cavid bəyin körpü üzərində Yanyalı Mustafa adlı bir alban milliyyətçi tərəfindən öldürülıməsi Xəlil Rüfət Paşanı dərindən sarsıtdı. Bu hadisənin ardından bir neçə dəfə istehfa vermək istəsə də, saray bu istehfaları qəbul etmədi. Ancaq xəstəliyinin artması və iş görə bilməməsi nəticəsində Ədliyyə naziri Əbdürrəhman Paşa sədarət vəkili təyin edildi. 9 noyabr 1901-ci ildə vəfat etdi və cənazəsi Əyyubsultanda yerləşən Mihrişah Sultan türbəsinin yaxınlığına dəfn edildi.

Müxtəlif Osmanlı və əcnəbi dövlət mükafatlarıyla təltif olunan Xəlil Rüfət Paşa əslində tam olaraq təhsil almamış, dövlət idarəsindəki bacarığını daha çox əyalətlərdə olan vəzifələrdə qazanmışdır. Onun əlindən tutan və himayəsinə alan isə ilk illərdə Mithat Paşa olmuş, daha sonra Sultan Əbdülhəmidin də gözünə girərək müxtəlif dövlət vəzifələrinə təyin olunmuşdur. Sivas valisi olduğu illərdə dediyi “Gedə bilmədiyin yer sənin deyil” sözünə inanaraq bölgədə yol infrastrukturunun inkişafına təkan verdi.[3] Sultan Əbdülhəmid taxtdan endirildikdən sonra Salonikidə tutulduğu illərdə həkimi Atıf Hüseyn bəyə mükəmməl bir tək sədrəzəm gördüyünü, onun da Xəlil Rüfət Paşa olduğunu demişdir.

  1. Lütfi F. Tuncel, Sivas Valisi Halil Rifat Paşa ve Tenbihnâmeleri, Ankara 1987;
  2. Mehmet Aldan, İz Bırakan Mülkî İdare Amirleri, Ankara 1990, s. 85-103;
  3. Mehmet Varinli, Halil Rifat Paşa, Sivas 1964;
  • BA, Sicill-i Ahvâl Defteri, nr. 1, 88;
  • Mehmed Memduh Paşa, Esvât-ı Sudûr, İzmir 1328, s. 45-47;
  • Said Paşa, Hâtırât, İstanbul 1328, II, 35, 68, 75, 102;
  • İbnülemin, Son Sadrıazamlar, III, 1535-1586;
  • Danişmend, Kronoloji, IV, 518;
  • Hayri Orhun v.dğr., Meşhur Valiler, Ankara 1969, s. 105-122;
  • a.mlf., “Halil Rifat Paşa”, Türk İdare Dergisi, LXI/379, Ankara 1988, s. 185-202;
  • Ali Fuad [Türkgeldi], “Halil Rifat Paşa”, SF, LXI/121-127/1595-1601 (1927), s. 226-229, 283-285, 298-301, 315-317, 328-330, 345-347, 363-365;
  • Mehmet Zeki Pakalın, “Halil Rifat Paşa”, YM, sy. 82 (1940), s. 13, 18;
  • Ali Birinci, “Halil Rifat Paşa’nın Tenbihnâmeleri”, Sivas Cumhuriyet Üniversitesi Fen-Edebiyat Fakültesi Sosyal Bilimler Dergisi, sy. 3, Sivas 1984, s. 13-24;
  • a.mlf. – A. Turan Alkan, “Halil Rifat Paşa’nın Hayatı, Eserleri, Şahsiyeti”, a.e., sy. 7 (Sivas 1986), s. 97-119.