Çiro İmmobile | |
---|---|
it. Ciro Immobile | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 20 fevral 1990[1][2][…] (34 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 182 sm[3] |
Çəkisi | 85 kq[4] |
Mövqeyi | hücumçu |
Klub haqqında məlumat | |
Klub | |
Vikianbarda əlaqəli mediafayllar |
Çiro İmmobile (it. Ciro Immobile, 20 fevral 1990[1][2][…], Torre-Annunsiata[d], Kampaniya) — İtaliyalı peşəkar futbolçu, "Beşiktaş" klubu və İtaliya milli komandasının hücumçusu.
Futbolçu 20 fevral 1990-cı ildə İtaliyada, Neapol şəhəri yaxınlığında kiçik Torre Annunziata şəhərində dünyaya gəlib.[5]
Çiro 2002-ci ildə 12 yaşında olarkən "Sorrento" klubunun uşaq komandasına qoşulub.
İtsedadlı Çiro 2008-ci ildə "Yuventus" skautlarının diqqətini cəlb edir və futbolçu "Yuventus"un gənclər komandasına qoşulur. Çiro 2009-cu ilin mart ayının 14-də, "Bolonya" ilə oyunun 89-cu dəqiqəsində Del Pyeronu əvəz edərək meydana daxil olur və Yuventusun heyətində A Seriyasında debut edir. Ancaq "Yuventus"da möhkəmlənə bilməyən futbolçu ardıcıl olaraq "Siena", "Qrosetto" və "Peskara" klublarına icarəyə verilir.
"Peskara"da İmmobilenin ulduzu parlayır və 2011/12 mövsumundə bu klubda 37 oyuna 28 qol vuraraq klubun A Seriyasında yüksəlməsinə yardımçı olur. Növbəti mövsum "Cenoa" klubu futbolçunun transfer hüququnun yarısını "Yuventus"dan alır və futbolçu "Cenoa" klubuna qoşulur.
2013-cü ildə "Torino" klubu futbolçunu transfer edir. "Torino" ilə 2013/14 mövsumundə İtaliya çempionatının bombardiri olur.
Futbolçu 2014-cü ilin yayında 19 milyon avroya Almaniyanın "Borussiya Dortmund" klubuna transfer olunur. Ancaq orda uğurlu olmayan futbolçu İspaniyanın "Sevilya" və İtaliyanın "Torino" klublarına icarəyə verilir. Ancaq bu klublardada uğurlu olmayan futbolçu 27 iyul 2016-cı il tarixində "Latsio"ya transfer olunur və orada təkrar ulduza çevrilir.
2008-ci ildən 2014-cü ilə kimi İtaliyanın müxtəlif aşağı yaş komandalarında çıxış edən futbolçu, 6 mart 2014-cü ildə İtaliya — İspaniya (0–1) oyununda İtaliya milli komandasında debut edir.
Klub | Mövsum | Liqa | Kubok | Qitə | Digər | Cəmi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dvizion | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Yuventus | 2008–09 | A Seriyası | 1 | 0 | 0 | 0 | 0 | 0 | — | 1 | 0 | |
2009–10 | 2 | 0 | 1 | 0 | 1 | 0 | — | 4 | 0 | |||
Cəmi | 3 | 0 | 1 | 0 | 1 | 0 | 0 | 0 | 5 | 0 | ||
Siena (icarə) | 2010–11 | B Seriyası | 4 | 1 | 2 | 1 | — | — | 6 | 2 | ||
Qrosseto (icarə) | 2010–11 | 16 | 1 | 0 | 0 | — | — | 16 | 1 | |||
Peskara (icarə) | 2011–12 | 37 | 28 | 0 | 0 | — | — | 37 | 28 | |||
Cenoa | 2012–13 | A Seriyası | 33 | 5 | 1 | 0 | — | — | 34 | 5 | ||
Torino | 2013–14 | 33 | 22 | 1 | 1 | — | — | 34 | 23 | |||
Borussiya Dortmund | 2014–15 | Bundesliqa | 24 | 3 | 3 | 3 | 6 | 4 | 1 | 0 | 34 | 10 |
Sevilya (icarə) | 2015–16 | La Liqa | 8 | 2 | 3 | 2 | 3 | 0 | 1 | 0 | 15 | 4 |
Torino (icarə) | 2015–16 | A Seriyası | 14 | 5 | 0 | 0 | — | — | 14 | 5 | ||
Latsiyo | 2016–17 | 36 | 23 | 5 | 3 | — | — | 41 | 26 | |||
2017–18 | 33 | 29 | 4 | 2 | 9 | 8 | 1 | 2 | 47 | 41 | ||
2018–19 | 36 | 15 | 5 | 3 | 5 | 1 | — | 46 | 19 | |||
2019–20 | 37 | 36 | 2 | 1 | 4 | 2 | 1 | 0 | 44 | 39 | ||
2020–21 | 19 | 14 | 1 | 0 | 4 | 5 | — | 24 | 19 | |||
2021–22 | 31 | 27 | 2 | 1 | 7 | 4 | — | 40 | 32 | |||
2022–23 | 16 | 7 | 1 | 0 | 1 | 1 | — | 21 | 8 | |||
Cəmi | 224 | 157 | 20 | 10 | 34 | 21 | 2 | 2 | 202 | 190 | ||
Klub Karyerasında cəmi | 396 | 224 | 31 | 17 | 44 | 25 | 5 | 2 | 476 | 222 |
İtaliya Milli komandasındakı statistikası | ||
---|---|---|
İl | Oyun | Qol |
2014 | 9 | 1 |
2015 | 3 | 0 |
2016 | 8 | 4 |
2017 | 10 | 2 |
2018 | 5 | 0 |
2019 | 4 | 3 |
2020 | 3 | 0 |
2021 | 12 | 5 |
2022 | 1 | 0 |
Cəmi | 55 | 15 |
"Yuventus"
"Peskara"
"Borussiya Dortmund"
"Latsio"
İtaliya millisi