Algis Arlauskas | |
---|---|
lit. Algis Arlauskas isp. Algis Arlauskas | |
Doğum adı | Algis İozasoviç Arlauskas |
Digər adı | Algis Arlauskas-Pinedo |
Doğum tarixi | |
Doğum yeri | Moskva, RSFSR, SSRİ |
Milliyyəti | yarılitvalı-yarıispan[1] |
Vətəndaşlığı | SSRİ → Rusiya → İspaniya |
Həyat yoldaşı | Marina Şimanskaya[2][3] |
Uşaqları | 2 |
Atası | İozas Arlauskas[4] |
Anası | Karmen Pinedo[5] |
Fəaliyyəti |
aktyor rejissor ssenarist |
Fəaliyyət illəri | 1973-bu günə qədər |
Təhsili | ali |
IMDb | ID0035131 |
Vikianbarda əlaqəli mediafayllar |
Algis İozasoviç Arlauskas (lit. Algis Arlauskas; isp. Algis Arlauskas; 7 avqust 1957, Moskva) — Sovet və İspaniya kinoaktyoru, ssenaristi və rejissoru. Keçmiş SSRİ məkanında daha çox Leonid Qaydayın "İdman lotosu-82" filmində ifa etdiyi Kostya obrazı ilə tanınır.
Algis İozasoviç Arlauskas 7 avqust 1957-ci ildə Moskvada anadan olmuşdur. Atası litvalı, anası isə ispan olmuşdur. 1978-ci ildə Boris Şşukin adına Teatr İnstitutunu, 1987-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (hazırda S.A. Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti) rejissorluq fakültəsini bitirmişdir.
1982-ci ildə Leonid Qaydayın "İdman lotosu-82" filmində Kostya Lukov obrazını ifa edən Algis bu rolla SSRİ məkanında tanınmışdır.[6]
1991-ci ildə həyat yoldaşı aktrisa Marina Şimanskaya ilə Bilbaoya köçmüşdülər[3]. Orada Algis bir neçə layihəyə rejissorluq etmişdir. 2008-ci ildən ruslarla yeni kino layihələrinə imza atmağa başlamışdır.
İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1973 | Heç vaxt girməyəcəyin meşə | rus. Лес, в который ты никогда не войдешь | Kolya |
1973 | Şimal donanmasının şagirdi | rus. Юнга Северного флота | Volodya Çeryomin |
1977 | Olya üçün çiçəklər | rus. Цветы для Оли | |
1981 | Qadınları qoruyun | ukr. Бережіть жінок | Sergey Varnovski |
1982 | İdman lotosu-82 | rus. Спортлото-82 | Konstantin Lukov |
1984 | "Qreta" villasının sirri | rus. Тайна виллы «Грета» | müxbir |
1983 | Rüşvət. Jurnalist V. Svetkovun qeyd dəftərindən | rus. Взятка. Из блокнота журналиста В. Цветкова | |
1983 | Sevgiyə görə sevgilərlə | rus. Любовью за любовь | Klavdio |
1985 | Zəif duman | rus. Дымка | |
1986 | Böyük Pyotr | ing. Peter the Great | Feodosi ata |
1986 | Sizin yanınızda | rus. Рядом с вами | |
1996 | Sevgi çarxı | rus. Колесо любви | Pyer |
2004 | 913 | rus. 913 | |
2004 | Qoenkale | rus. Гоэнкале | Kopetas |
2007 | Kosmos | isp. Cosmos | |
2011- 2013 |
Gəmi | isp. El barco | Aleksandr |
2015 | Əbədi sevmək | isp. Amar es para siempre | Petrov |
2016 | Anna-detektiv | rus. Анна-детективъ | knyaz Razumovski |