Aydın Hüseynov (şahmatçı)

Aydın Hüseynov
azərb. Aydın Hüseynov
Ölkə
Doğum adı Aydın
Doğum tarixi
Doğum yeri Batumi, Gürcüstan SSR
Vəfat tarixi (46 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Titulu Qrosmeyster (1998)
Son reytinqi
  • 2.489 (oktyabr 2003)[2]
Maksimal reytinqi 2513 (Yanvar, 1999)[1]
FİDE nömrəsi 13400169

Aydın Hüseynov (31 avqust 1957, Batumi - 30 oktyabr 2003, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (1998).

Aydın «Burevestnik» klubda Vladimir Bağırovun qrupunda şahmatla məşğul olmağa başlayıb. Daha sonra Vladimir Makoqonovun qrupunda məşğul olub. Bütün şahmat karyerası boyunca Aydının məşqiçisi olmayıb. 1978-ci ildə idman ustası, 1995-ci ildə beynəlxalq usta, 1998-ci ildə isə beynəlxalq qrosmeyster titulunu qazanıb (Azərbaycan tarixində üçüncü qrosmeyster). 1991-1996-cı illər arasında Qatar Şahmat Federasiyasında məşqiçi kimi çalışıb. 2003-cü ilin 30 oktyabrında Bakı şəhərində vəfat edib.

Həyat yoldaşı- Elmira Əliyeva 13 dəfə Azərbaycan çempionu, beynəlxalq usta, idman ustası titulunu qazanan ilk azərbaycanlı qadın

Oğlu- Elmir Hüseynov beynəlxalq usta, Gənlər arasında Azərbaycan çempionu, 2007-ci ildə Şahmat üzrə Azərbaycan Çempionu

Zaqafqaziya Çempionatı

1982- Zaqafqaziya Çempionatı (Gəncə), birinci yer

1984- Zaqafqaziya Çempionatı (Tbilisi), üçüncü yer

1983- «Urojay» Cəmiyylərin Çempionatı, birinci yer

1987- SSRİ Çempionatı (Tümen), ikinci yer

1988-SSRİ Çempionatı (Ujqorod), ikinci yer

1990-SSRİ Çempionatı (Herson), ikinci yer

1996- Azərbaycan Çempinatı (Bakı), birinci yer

1983– Beynəlxalq turnir (Bakı), ikinci yer

1984– Beynəlxalq turnir (Çexiya) , birinci yer

1988– Beynəlxalq turnir (Polşa), birinci yer

1994– Beynəlxalq turnir (Özbəkistan), ikinci yer

1997– Beynəlxalq turnir (Azərbaycan, Zuğulba), birinci-ikinci yer

1998– Beynəlxalq turnir (Türkiyə, Ankara), birinci-ikinci yer

1999– Beynəlxalq turnir (Yunanıstan, Afina), ikinci-dördüncü yer

Aydın Hüseynov komanda turnirlərində Azərbaycanı demək olarki, 30 il təmsil edib:

1974 – SSRİ Spartakiada (məktəblər arası), birnci yer, birinci lövhə (7 oyundan 5.5 xal), Harri Kasparov ikinci lövhədə, komanda ikinci yer tutub

1990 – SSRİ Spartakiada, birinci yer ikinci lövhədə (9 oyundan 8 xal)

Aydın 1979 və 1983-cü ildə SSRİ Spartakiadasında Azərbaycanı təmsil edib. Həmçinin 1998-ci ildə Elistada keçirilən 33-cü Şahmat Olimpiadasında və 1997-ci ildə Xorvatiyanın Pula şəhərində keçirilən Avropa Şahmat Çempionatında iştirak edib.

  1. "FIDE rating history: Guseinov, Aidyn". www.olimpbase.org. 2022-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-09.
  2. FIDE Ratings and Statistics (ing.).