Busan Beynəlxalq Film Festivalı

2009-cu ildə keçirilən 14-cü Busan Beynəlxalq Film Festivalının açılış mərasimi (Busan Yaxta Mərkəzi)

Busan Beynəlxalq Film Festivalı ( kor. 부산국제영화제, ing. Busan İnternational Film Festival, BIFF[1]) — hər il payızda Koreya Respublikasının Busan şəhərində, Busan Film Mərkəzində keçirilən beynəlxalq film festivalıdır. Tokyo və Honkonq Beynəlxalq Film Festivalları ilə yanaşı, Asiyanın ən böyük film festivalı hesab olunur.[1] Bu film festivalı Film İstehsalçıları Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİABF) tərəfindən rəsmi olaraq tanınır.

15-ci Busan Beynəlxalq Film Festivalı, Əl İzi, Juliette Binoche
15-ci Busan Beynəlxalq Film Festivalı, Əl izi, Villem Dafoe

Busan Beynəlxalq Film Festivalı Koreya film sənayesinin tənəzzülə uğradığı dövrdə bu sahənin dirçəlişinə nail olmaq üçün təsis edilmişdir. Yeni müəllifləri kəşf edib onlara dəstək verərək Asiya filmlərinin gələcək imkanlarını araşdırmaq məqsədilə 1996-cı ildə təsis edilmiş və nəinki Koreya, hətta ümumilikdə Asiya filmlərinin inkişafına töhfə vermişdir. Festivalın əsas məqsədi Asiya filmlərinin dirçəlişinə nail olmaq, Busan vizual sənayesini canlandırmaq və turistləri cəlb etməkdir.[2] Bu festival dünyanın müxtəlif yerlərindən gələn aktyorlar, rejissorlar, prodüserlər, film-video mütəxəssisləri və tamaşaçıların birlikdə səmimi ünsiyyət qura biləcəyi mühitə malikdir. Busan Beynəlxalq Film Festivalının açılış mərasimi hər il Heunde Yaxta Stadionunda keçirilir.

İl Nömrə Başlama tarixi Bitmə tarixi Açılış filmi Bağlanış filmi Nümayiş olunan filmlər Tamaşaçı sayı Qeyd
1996-cı il 1 13 Sentyabr 21 Sentyabr Sirr və Yalan Musanın yağış buludu 31 ölkə 169 film 184,071 nəfər
1997-ci il 2 10 Oktyabr 18 Oktyabr Çin qutusu On səkkiz bahar 33 ölkə 163 film 170,206 nəfər
1998-ci il 3 24 Sentyabr 1 Oktyabr Sükut Dr. Akagi 41 ölkə 211 film 192,547

nəfər

Busan Tanıtım Planı

(PPP)nın təsisi

1999-cu il 4 14 Oktyabr 23 Oktyabr Nanə şəkəri Stolun siyirməsindəki nağıl kitabı 53 ölkə 207 film 180,914

nəfər

2000-ci il 5 6 Oktyabr 14 Oktyabr Güləşçilər Sevgi əhvalı 55 ölkə 207 film 181,708

nəfər

2001-ci il 6 9 Noyabr 17 Noyabr Sonuncu şahid Suriyothai 60 ölkə 201 film 143,103

nəfər

2002-ci il 7 14 Noyabr 23 Noyabr Sahil Mühafizəsi Gəlinciklər 55 ölkə 226 film 167,349

nəfər

2003-cü il 8 2 Oktyabr 10 Oktyabr Doppelganger Akasiya 61 ölkə

243 film

165,103

nəfər

Asiya Film Sənayesi Mərkəzi (AFIC)nin təsisi
2004-cü il 9 7 Oktyabr 15 Oktyabr 2046 Al-qırmızı məktub 63 film 262 film 166,164 nəfər
2005-ci il 10 6 Oktyabr 14 Oktyabr Üç dəfə Toy kampaniyası 73 ölkə 307 film 192,970 nəfər Asiya Film Akademiyası (AFA)nın idarəsi
2006-cı il 11 12 Oktyabr 20 Oktyabr Payıza doğru Dəli daş 62 ölkə 246 film 162,835

nəfər

Asiya Film Bazarı (AFM)nın təsisi
2007-ci il 12 4 Oktyabr 12 Oktyabr Məclis Evangelion 1.0: Sən tək (deyil)sən 64 ölkə 275 film 198,603

nəfər

Asiya Film Fondu (ACF)nun təsisi
2008-ci il 13 2 Oktyabr 10 Oktyabr Stalinin hədiyyəsi Mən xoşbəxtəm 60 ölkə 315 film 198,818 nəfər
2009-cu il 14 8 Oktaybr 16 Oktyabr Sabahın xeyir Prezident Küləyin səsi 70 ölkə 355 film 173,516

nəfər

2010-cu il 15 7 Oktyabr 15 Oktyabr Yemişan ağacı altında Kameliya 67 ölkə 306 film 182,046

nəfər

2011-ci il 16 6 Oktyabr 14 Oktyabr Yalnız o qız Anamın salnaməsi 70 ölkə 307 film 196,177

nəfər[3]

İngilis dilində ad dəyişikliyi, Busan Film Mərkəzinin açılışı
2012-ci il 17 4 Oktyabr 13 Oktyabr Soyuq Müharibə Televizor 75 ölkə 304 film 221,002

nəfər

Asiya Aktyorlar Akademiyası (AAA)nın idarəsi
2013-cü il 18 3 Oktyabr 12 Oktyabr Vara: Xeyir-dua Şam yeməyi 70 ölkə 299 film 217,865

nəfər[4]

2014-cü il 19 2 Oktyabr 11 Oktyabr İzdihamda cənnət Quldurun maaş günü 79 ölkə 312 film 226,473

nəfər[5]

2015-ci il 20 1 Oktyabr 10 Oktyabr Zubaan Dağlar hayqırır 75 ölkə 304 film 227,377

nəfər[6]

2016-cı il 21 6 Oktyabr 15 Oktyabr Boş xəyallar Qara külək 69 ölkə 299 film 165,149

nəfər[7]

2017-ci il 22 12 Oktyabr 21 Oktyabr Şüşə bağça Sevgi təhsili 76 ölkə 300 film 192,991

nəfər

2018-ci il 23 4 Oktyabr 13 Oktyabr Gözəl günlər İp Manın vərəsəsi 79 ölkə 323 film 195,081

nəfər

2019-cu il 24 3 Oktyabr 12 Oktyabr At oğruları, Zamanın yolu Yonhiyə 85 ölkə 303 film

İngilis dilində ad dəyişikliyi

[redaktə | mənbəni redaktə et]

24 Fevral 2011-ci ildə Busan Beynəlxalq Film Festivalının Təşkilat Komitəsi tərəfindən müntəzəm olaraq keçirilən ümumi iclasda Təşkilat Komitəsi PIFF (Pusan İnternational Film Festival) adındakı P hərfinin B hərfi ilə əvəz edilərək BIFF (Busan İnternational Film Festival) olmasına səs verdi və festivalın ingilis dilindəki adında cüzi dəyişiklik edildi. Təşkilat komitəsi 2000-ci ildə yenilənən Romanlaşdırma (və ya latınlaşdırma) işarələr sisteminə əsəsən Busan adında edilən dəyişikliyə uyğun olaraq film festivalı və keçirildiyi şəhərin adındakı qarışıqlığı aradan qaldırdıqlarını və Busan Video Mərkəzinin latın əlifbası ilə adını "Busan Cinema Center" olaraq dəyişərək Film Festivalının adında düzəliş etdiklərini bildirdilər.

15-ci Busan Beynəlxalq Film Festivalının açılış filmi olan <Yemişan Ağacı altında> filminin aktyor heyəti

Busan Beynəlxalq Film Festivalının proqramı mövzuya uyğun olaraq əsasən 11 kateqoriyaya bölünür.

  • Qala təqdimatı (Gala Presentation) çağdaş əfsanəvi rejissorların yeni filmləri ilə tanış ola bilmək üçün nəzərdə tutulan kateqoriya olub burada tanınmış rejissorların yeni və ya mübahisəli filmləri təqdim edilir. Bu, qeyri-rəqabətli kateqoriyadır.
  • Asiya Filmlərinə baxış (A Window on Asian Cinema) Asiyanın təcrübəli kinorejissorlarının yeni və ya mübahisəli filmlərinin təqdim edildiyi kateqoriyadır. Asiya filmlərinin dünya arenasına çıxması üçün platforma rolunu oynayan Busan Beynəlxalq Film Festivalında Asiya Filmlərinə baxış bu axını daha geniş və dərindən dərk etməyə yardım edir.
  • Yeni dalğa anlamını verən Yeni cərəyanlar (New Currents) film aləminə təzəcə daxil olan asiyalı kinorejissorların birinci və ya ikinci uzunmetrajlı filmlərinin rəqabət platformudur. Bu, Asiyada yeni istedadları kəşf etməkdən daha çox, həmçinin Asiya kinosunda yeni axınları müəyyən edən zəminlər də yaradır.
  • Koreya Filminin Bugünü (Korean Cinema Today) Koreya filmlərini ictimaiyyətə təqdim edən kateqoriyadır. Müfəssəl olaraq panoram və vision alt kateqoriyalarına bölünür. Panorama kateqoriyasında əfsanəvi rejissorların yeni və aktual filmləri təqdim olunur.
  • Digər tərəfdən, Vision kateqoriyasında Koreya müstəqil filmləri əsas götürülür və yeni rejissorların işləri təqdim olunur.
  • Retrospektiv Koreya Filmi (Korean Cinema Retrospective) kateqoriyası Koreya film tarixinə keçən xüsusi rejissorlar və ya əhəmiyyətli mövzuların retrospektivliyi vasitəsilə Koreya Film tarixinə yeni işıq salan kateqoriya olaraq hər il müxtəlif mövzuda təqdim olunur.
  • Dünya Filmi (World Cinema) kateqoriyasında Asiyadan olmayan digər önəmli dünya rejissorlarının yeni və ya aktual filmləri təqdim olunur.
  • Gələcəyə İşıq (Flash Forward) asiyalı olmayan yeni rejissorların ilk və ya ikinci uzunmetrajlı filmlərinin rəqabət kateqoriyası olaraq qeyri-Asiya filmlərinin gələcəyini qiymətləndirir.
  • Geniş Bucaq (Wide Angle) qısametrajlı filmlər, animasiyalar, sənədli filmlər, eksperimental filmlər və s.in təqdim olunduğu qismən rəqabətli kateqoriyadır. Müfəssəl olaraq Koreya qısametraflı filmləri (rəqabətli), Asiya qısametrajlı filmləri (rəqabətli), qısa metrajlı filmlərin vitrini (qeyri-rəqabətli), sənədli filmlər (rəqabətli), cinekids (qeyri-rəqabətli), animasiya vitrini (qeyri-rəqabətli) olaraq 7 alt kateqoriyaya bölünür.
  • Açıq Kinoteatr (Open Cinema) kateqoriyası bədii və ictimai keyfiyyətlərin hər ikisini özündə cəmləşdirən yeni və ya beynəlxalq marağa səbəb olan aktual filmlərin xüsusi açıq hava kinoteatrında nümayiş olunduğu proqramdır.
  • Gecə Ehtirası (Midnight Passion) kateqoriyasında yeni qorxu filmləri, elmi fantastik filmlər, kult filmləri və s. təqdim edilir. Bu kateqoriya gecə yarısından etibarən başlayır və ardıcıl olaraq 3 film təqdim olunur.
  • Xüsusi Plan proqramı hər il həmin il üçün planlaşdırılan xüsusi sərgilərin nümayiş edildiyi kateqoriyadır. 2019-cu ildə keçirilən 24-cü Film Festivalında "Koreya filminin 100 illik tarixi, 10 möhtəşəm film" və 'Nəzər və yaddaş - Asiyalı 3 qadın rejissor' mövzusunda xüsusi sərgi keçirilmişdir.

Busan Beynəlxalq Film Festivalı qismən rəqabətli film festivalı olaraq müxtəlif kateqoriyalarda mükafatlar təqdim edir. Mükafatlara misal olaraq Yeni Cərəyanlar Mükafatını, Sonje Mükafatını, Busan Beynəlxalq Film Festivalının Mesenat mükafatını və s.-i göstərmək olar.

Yeni Cərəyanlar Mükafatı (New Currents Award) Asiya film rəqabət sektoru olan Yeni Cərəyanlar kateqoriyasında nümayiş olunan uzunmetrajlı filmlərdən ikisinə ayrı-ayrılıqda 30.000 dollar olaraq verilir. Məqsəd dünya şöhrətli mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qalib filmlərin seçilərək Asiyanın istedadlı gənc rejissorlarını kəşf etmək və həvəsləndirməkdir. Sonje Mükafatı (Sonje Award) Geniş Bucaq rəqabət kateqoriyasına dəvət olunan koreyalı və asiyalı kinorejissorların qısametrajlı filmlərindən ən yaxşısını seçərək rejissoruna növbəti filmi ərsəyə gətirə bilməsi üçün 10 milyon von qazandıran mükafatdır. Busan Beynəlxalq Film Festivalının Mesenat Mükafatı Geniş Bucaq rəqabət kateqoriyasına dəvət olunan koreyalı və asiyalı kinorejissorların sənədli filmlərindən ən yaxşısını seçərək rejissoruna növbəti filmi ərsəyə gətirə bilməsi üçün 10 milyon dolların təqdim olunduğu mükafatdır. Keçirildiyi birinci ildən 2007-ci ilə qədər Unpa mükafatı (Woonpa Award), 2008-ci ildən 2010-cu ilə qədər isə Busan Beynəlxalq Film Festivalının Mesenat Mükafatı olaraq adlandırılmışdır.

BNK Busan Bankı mükafatı (Busan Bank Award) 2009-cu ildə təsis edilən mükafat olub, Gələcəyə İşıq kateqoriyasında nümayiş olunan filmlərdən ən yaxşısına Busan Bankı tərəfindən 20.000 dollar mükafat olaraq verilir.[8] 20 min dollardan 10 min dolları rejissora verilir, digər 10 min dolları isə filmin ölkədaxili nümayişi üçün xərclənir. Məqsəd qeyri-Asiya ölkələrindən olan gənc rejissorları kəşf etmək və həvəsləndirməkdir. 2012-ci ilə qədər Gələcəyə İşıq Mükafatı (Flash Forward Award) olaraq adlanmışdır.

15-ci Busan Beynəlxalq Film Festivalı, Master Class, Carlos Saura

FIPRESCI mükafatı (Beynəlxalq Film Tənqidçiləri Federasiyası mükafatı, FIPRESCI Award) Yeni Cərəyanlar kateqoriyasındakı əsərlər arasından möhtəşəm kinematik keyfiyyətlərə və təşəbbüskar bədii xüsusiyyətlərə malik olan filmə verilir. NETPAC mükafatı (Asiya Filmlərinin Təbliği Şəbəkəsinin mükafatı, The Network for the Promotion of Asian Cinema Award) Koreya Filminin bu günü-gələcəyi kateqoriyasında nümayiş olunan ən yaxşı Koreya filminə verilir.

Busan Cinephile Mükafatı (Busan Cinephile Award) 2011-ci ildə təsis edilmiş mükafat olub, tələbələrdən ibarət olan münsiflər heyəti tərəfindən Geniş Bucaq kateqoriyasında sənədli film vitrinlərində təqdim olunan filmlərin qiymətləndirilməsindən sonra ən yaxşı filmə 5 milyon von məbləğində təqdim olunur. Busan şəhərində 6 kinematoqrafiya fakültəsindən 60 tələbə münsiflər heyəti kimi iştirak edir. Vətəndaş Tənqidçilər mükafatı (Citizen Critics' Award) 2011-ci ildə təsis edilən mükafat olub, Busan Film Mərkəzi Sinematekin mülki tənqidçilərindən ibarət olan münsiflər heyəti tərəfindən Koreya Filminin Bugünü və Gələcəyi kateqoriyasında seçilən ən yaxşı filmə təqdim olunur. Mükafat həmin filmin rejissoruna yeni film ərsəyə gətirə bilməsi üçün 10 milyon von məbləğində verilir.

KNN Tamaşaçı mükafatı (KNN Award) KNN (Korea New Network) Mədəniyyət Fondu tərəfindən Yeni Cərəyanlar kateqoriyasında nümayiş olunan filmlər arasında tamaşaçılar tərəfindən ən yaxşı rəyi alan filmə verilir. 2005-ci ilə qədər PSB Tamaşaçı mükafatı (PSB Award) olaraq adlandırılmışdır. Daemyung Mədəniyyət Dalğa Mükafatı (Daemyung Culture Wave Award) Daemyung Holdings Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Koreya müstəqil filmlərinin yayılma imkanını genişləndirmək məqsədilə 2014-cü ildə təsis edilmişdir. Bu mükafat Koreya Filminin Bugünü-Gələcəyi və Yeni Cərəyanlar kateqoriyasında seçilən Koreya filminin rejissoruna 20 milyon von məbləğində təqdim olunur və Daemyung Holdings Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən birbaşa təbliğ edilir. CGV İncəsənət Evi mükafatı (CGV Arthouse Award) CJ CGV İncəsənət Evi ilə olan əməkdaşlığa əsasən 2011-ci ildə təsis edilmişdir. Koreya Filminin Bugünü-Gələcəyi kateqoriyasında Koreya filmlərinin yeni perspektivlərini özündə əks etdirən müstəqil film, yeni və azbüdcəli filmlərin real təbliği və nümayişini təmin etmək məqsədi güdür. Təbliğ edənlərə nağd olaraq 10 milyon von ödənilir və CGV İncəsənət Evi Teatrı təbliğat üçün onların ixtiyarına verilir.

Bundan əlavə il ərzində Asiya film sənayesi və mədəniyyətinin inkişafında müstəsna fəaliyyət göstərən rejissorlara İlin Asiyalı Rejissoru Mükafatı (The Asian Filmmaker of the Year) təqdim olunur. Koreya Film Mükafatı (Korean Cinema Award) Koreya filmlərinin qlobal populyarlığının önəmini dərk edib onların beynəlxalq film arenasına çıxmasında öz töhfəsini verən şəxslərə verilir. İlin Aktyor və Aktrisası mükafatı (Actor & Actress of the Year) 2014-cü ildə təsis edilmişdir. Bu mükafat Koreya Filminin Bugünü-Gələcəyi kateqoriyasında yer alan uzunmetrajlı müstəqil Koreya filmlərində rol alan gənc aktyor və aktrisalara verilir.

Kinoteatr və Tədbir Zalı

[redaktə | mənbəni redaktə et]

Əvvəllər Nampo-dong rayonunda keçirilmiş, lakin Centum City-də Busan Film Mərkəzinin təsis edilməsi ilə festivalın keçirildiyi məkan Heunde-yə köçürülmüşdür. Filmlər Busan Film Mərkəzi də daxil olmaqla CGV Centum City, Lotte Cinema Centum City, Dongseo Universiteti Sohyang Teatrı və Heunde-gu yaxınlığında yerləşən Megabox Heunde (Jangsan) da nümayiş olunur. Heundae çimərliyində Busan Beynəlxalq Film Festivalı şəhərciyi salınır, BEXCO-da isə Asiya Film Bazarı keçirilir. Festivalın keçirildiyi müddətdə Heunde və Nampo-dongda yerləşən tədbir məkanları arasında avtobuslar fəaliyyət göstərir.Yalnız tarixi xüsusiyyətləri və Nampo-dong-un müqavimətini nəzərə alaraq 2012-ci il 17-ci Film Festivalından etibarən yenidən Nampo-dongda yerləşən Megabox Busan Kinoteatrında filmlər göstərilsə də, hal-hazırda orada film nümayiş olunmur.

Təşkilatın qurulması

[redaktə | mənbəni redaktə et]

1996-cı il 16 apreldə Mədəniyyət, İdman və Turizm Nazirliyinin korporativ qurumu olaraq təsis edilən Busan Beynəlxalq Film Festivalının Təşkilat Komitəsi film festivalının fəaliyyətinə rəhbərlik edir. Təşkilat Komitəsinin sədri Busan Şəhərinin icra hakimi təyin edilmişdir.[9] Sonradan özəl sistem olaraq dəyişmiş və Busan Beynəlxalq Film Festivalının sədri həmin statusu daşımışdır.

Komitə sədri 2007-ci ildə 12-ci film festivalından etibarən həmsədr vəzifəsində olan kinematoqraf Li Yonggvan dır.[10] 2011-ci ildə 16-cı film festivalından etibarən birtərəfli olaraq komitə sədri vəzifəsini daşıyır.[11] 2015-ci ildə keçirilən müvəqqəti ümumi iclasda aktyor Kang Soo-youn həmsədr vəzifəsinə təyin olundu.[12] 1996-cı il 1-ci film festivalından 2010-cu il 15-ci film festivalına qədər komitə sədri vəzifəsini icra edən Kim Dongho "Unudulmuş mədəniyyət şəhəri olan Busanın kinematoqrafiya şəhəri olaraq inkişafında böyük rolu olan şəxs" kimi qiymətləndirilmiş və fəxri sədr olaraq özünə yer tutmuşdur.[13][14]

Əlaqədar tədbirlər

[redaktə | mənbəni redaktə et]
Asiya Film Bazarı
PPP (Busan Təbliğat Planı) iclası
Asiya Film Akademiyası
  • Asiya Film Bazarı: 2006-cı ildə Busan Beynəlxalq Film Festivalında sənaye mərkəzi olaraq təsis edilmişdir.
  • Asiya Film Fondu: Asiya Film Fondu daha müstəqil film istehsalına təkan verməyə və sabit istehsal mühitinin qurulmasına kömək edir. Müxtəlif mərhələlərdə və kateqoriyadakı layihələri dəstəkləyir.
  • Ssenari İnkişaf Fondu ssenari müəlliflərinə ssenarilərini tamamlamağa kömək etmək məqsədi daşıyır.
  • Post-İstehsalat Fondu Koreyanın post-istehsal şirkətləri və Koreya Film Şurasının dəstəyi ilə fəaliyyət göstərir. Bu fondla rejissorlar Koreyanın post-istehsal evləri ilə səs və DI üzərində işləmək üçün Koreyaya dəvət olunur.
  • Asiya Sənədlər Fondu Şəbəkəsi 2002-ci ildə qurulmuş və Busan bölgəsindəki altı universitet və korporasiya tərəfindən maliyyələşdirilmişdir. Busan Beynəlxalq Film Festivalı çərçivəsində sənədli filmlər üçün mühiti sabitləşdirmək məqsədilə master-klasslar keçirilir.
  • Asiya Film Akademiyası (AFA), Asiya kinosunun gələcəyinə dair perspektivli rejissorların toplaşdığı bir təhsil proqramıdır.

"Dalğıc Zəngi" filminin nümayişi ilə bağlı münaqişə

[redaktə | mənbəni redaktə et]

19-cu Busan Beynəlxalq Film Festivalında Saenuri partiyasının üzvü olan koreyalı siyasətçi və Busan şəhərinin icra başçısı Suh Byung-soo Sevol bərə qəzasından bəhs edən sənədli film "Dalğıc Zəngi"ni "Siyasi neytrallığa xələl gətirən əsər" adlandıraraq onun nümayişinin ləğvini tələb etsə də, Busan Beynəlxalq Film Festivalı planlaşdırıldığı kimi filmi nümayiş etdirmişdir.

2014-cü ilin sonunda Busan Şəhər İcra Hakimiyyəti Busan Beynəlxalq Film Festivalının təşkilat komitəsini təftiş etmiş, 23 yanvar 2015-ci ildə Busan Şəhər İcra Hakimiyyətinin yüksək rütbəli məmuru dəvət olunmuş filmlərin seçilməsi ilə bağlı qayda pozuntusu və.s kimi məsələləri komitə sədri Li Yong-gvana çatdıraraq dolayısilə onun istefasını tələb etmişdir.[15] Busan Beynəlxalq Film Festivalının təşkilat komitəsi proqramın seçilmə prosesinin qeyri-kafi olması ilə bağlı deyilənlərə "Film festivalına dəvət olunan filmlər müəyyən vaxt ərzində qəbul olunur və bir qrup münsiflər heyətinin qərarı ilə deyil, proqramçının kinoteatr və filmin perspektivinə əsaslanan subyektiv qərarına öncəlik verilir ki, buna da hörmət etmək lazımdır." deyərək iddia irəli sürmüşdür.[16] Film dünyası Busan şəhərinin icra başçısı Suh Byung-soo-nun "Dalğıc Zəngi" nümayişinin ləğvi ilə bağlı tələbini rədd edərək ona cavab olaraq güclü etiraz edirlər.[17] Rotterdam Beynəlxalq Film Festivalı və Berlin Beynəlxalq Film Festivalının komitə sədrləri Busan Beynəlxalq Film Festivalının müstəqil fəaliyyətinə dəstək verdiklərinə dair fikirlərini ifadə etmişlər.[18] Büdcəni 650 milyon von azaldıb, digər film festivallarına maliyyə dəstəyini artıraraq qisas alınmasına dair mübahisələr mövcuddur.[19]

Bununla bağlı olaraq 2017-ci ildə Park Youngsoo-nun başçılıq etdiyi xüsusi yoxlama qrupu Pak Kın He hökumətinin mədəniyyət və incəsənət dünyası ilə bağlı qara siyahısının tərtibi şübhəsi ilə birlikdə Busan Beynəlxalq Film Festivalının büdcəsinin azaldılmasına dair göstərişin olub-olmamasına dair araşdırma aparır.[20]

  1. 1 2 이은주, 월드·국제 프리미어 132편… 亞최고 재확인 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, 서울신문, 2014년 10월 3일
  2. 김형근, 金東虎 부산국제영화제 집행위원장 인터뷰 Arxivləşdirilib 2021-09-05 at the Wayback Machine, 연합뉴스, 1998년 9월 22일
  3. 부산국제영화제 폐막… 아시아 최대를 넘어 세계로 Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine, 《세계일보》, 2011년 10월 16일 확인.
  4. 현화영, 부산국제영화제 폐막… 관객 21만 동원 Arxivləşdirilib 2013-10-15 at the Wayback Machine, 세계일보, 2013년 10월 12일
  5. [1] Arxivləşdirilib 2020-07-25 at the Wayback Machine'제19회 부산국제영화제' 폐막…역대 최대 관객수 기록,《news1》
  6. 김연지, 스무살 BIFF, 비온 뒤 더 단단하게 굳었다 Arxivləşdirilib 2022-04-10 at the Wayback Machine, 일간스포츠, 2015년 10월 10일
  7. "[ON+View┃영화] 악재 속에 지켜낸 '제21회 부산국제영화제'". 대한민국 IT포털의 중심! 이티뉴스 (koreya). 17 oktyabr 2016. 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2021.
  8. 2012년까지는 3만 달러, 2010년까지는 2만 달러
  9. 성하훈, 부산시-부산영화제 한시적 휴전? "불씨는 여전" Arxivləşdirilib 2022-04-10 at the Wayback Machine, 오마이뉴스, 2015년 2월 25일
  10. 김현록, 부산국제영화제 김동호-이용관 공동위원장 체제로 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, 스타뉴스, 2007년 2월 24일
  11. 유재혁, '영화의 전당' 건립…亞 최대 영화제 키운 주역 Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine, 한국경제, 2011년 10월 12일
  12. 부산국제영화제 공동집행위원장 및 부집행위원장 위촉! Arxivləşdirilib 2018-01-19 at the Wayback Machine, 부산국제영화제 보도자료, 2015년 7월 16일
  13. 김호일, PIFF '이용관 체제'로 Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine, 부산일보, 2010년 10월 6일
  14. 박창수, 김동호씨 부산영화제조직위 명예 집행위원장 위촉 Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine, 연합뉴스, 2010년 11월 17일
  15. 황선윤·정현목, 부산영화제 '다이빙벨' 상영 탓? 부산시, 이용관 위원장 사퇴 압박 Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine, 중앙일보, 2015년 1월 26일
  16. 이광형, 부산시 BIFF 위원장 사퇴 권고… 영화계 집단 반발 등 파문 확산 Arxivləşdirilib 2022-04-10 at the Wayback Machine, 국민일보, 2015년 1월 27일
  17. 이호진·김효정·김종우, 영화계 "BIFF·부산 촬영 전면 보이콧" Arxivləşdirilib 2020-07-05 at the Wayback Machine, 부산일보, 2015년 1월 25일
  18. "해외 영화제에서도…"부산국제영화제 독립성 보장하라"". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-14.
  19. "영진위의 보복? 부산영화제 지원 대폭 삭감". 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-14.
  20. "Arxivlənmiş surət". 2018-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  •  (ko) Busan Beynəlxalq Film Festivalı rəsmi saytı
  •  (ko) Busan Beynəlxalq Film FestivalıFacebook səhifəsi
  •  (ko) 부산국제영화제의 채널
  •  (ko) Kino Zalının rəsmi saytı
  •  (ko) Asiya Film Marketinin rəsmi saytı Arxivləşdirilib 2010-08-23 at the Wayback Machine