Polett Qoddar | |
---|---|
ing. Paulette Goddard | |
Doğum adı | Marion Goddard Levy |
Digər adı | Marion Polin Levi |
Doğum tarixi | |
Doğum yeri | Kuins, Nyu-York, ABŞ |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Tiçino, İsveçrə |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Həyat yoldaşı |
|
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1929–1972 |
IMDb | ID0002104 |
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Polett Qoddar (ing. Paulette Goddard) — ABŞ aktrisası və prodüser.
Polett Qoddar (əsl adı: Marion Polin Levi) 3 iyun 1910-cu ildə Nyu-Yorkda anadan olmuşdur.
O, "Hal Roach Studios"la müqavilə imzalayır və "İspaniyadan olan uşaq" filminə çəkilir. 1932-ci ildə o, Çarli Çaplinlə tanış olur. Bir müddət keçmiş Çaplin Qoddarla birlikdə filmlər çəkməyi planlaşdırır. Beləliklə 1936-cı ildə "Yeni zamanlar" filmi meydana gəlir. Polett hətta az da olsa "Samuel Goldwyn Productions" şirkətində də bir neçə ekran əsərində çəkilir.
Bu zaman ərzində o, Çarli Çaplinlə birlikdə onun Beverli Hillsdəki evində yaşayır. Onların evlilik statusu olur və 1936-cı ildə Çində ailə həyatı qururlar.
Qoddarın növbəti işi "Paramount Pictures" kino şirkəti ilə olur. Bu şirkətlə müqavilə bağlayan Polett az sonra növbəti filminə çəkilir. 1939-cu ildə çəkilən bu filmin adı "Pişik və bülbül" adlanırdı.
Onun ən məşhur rolları Çarli Çaplinin çəkdiyi "Yeni zamanlar" (1936) və "Böyük diktator" (1940) filmlərdə olmuşdur. Məşhur "Küləklə sovrulanlar" filmində Skarlett O'Hara rolunu Polett ifa etməli idi [2]. Lakin Çaplinlə olan nikahının qeydiyyatının qeyri-müəyyən olması ilə bağlı müqavilə ləğv olunmuşdur.
"Böyük diktator" filminin uğurundan sonra elə həmin ildə (1940) Fred Estayrın "İkinci xor" müziklində çəkilir. Bu musiqili filmdə Polett əsas qadın rolunda çıxış edirdi. Polett Qoddar ilk və yeganə "Oskar"ını 1944-cü ildə almışdır.
1936-1942-ci illərdə Çarli Çaplinin, 1958-1970-ci illərdə isə Erix Mariya Remarkın həyat yoldaşı olmuşdur.
1950-ci illərdə onun karyerasında durğunluq yaranmışdır. 1958-ci ildə o, Remarka ərə gedir və onlar birlikdə İsveçrəyə köçürlər.
Polett Qoddar 1990-cı ildə 80 yaşının tamam olmasına 2 ay qalmış İsveçrədə vəfat etmişdir.
İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1929 | Yuxarı rəfdə | Berth Marks | qatar sərnişini |
1933 | Roma qalmaqalları | Roman Scandals | qız |
1936 | Yeni zamanlar | Modern Times | qız |
1938 | Bütün qəlbilə gənc | The Young in Heart | Lesli Saunders |
1939 | Qadınlar | The Women | Miriam Aarons |
1940 | Böyük diktator | The Great Dictator | Hanna |
1940 | İkinci xor | Second Chorus | Ellen Miller |
1941 | Dan yerinin ağarmasını ləngidin | Hold Back the Dawn | Anita Dikson |
1945 | Kitti | Kitty | Kitti |
1946 | Qulluqçunun gündəliyi | The Diary of a Chambermaid | Selestin |
1947 | Məğlubedilməz | Unconquered | Ebbi |
1948 | Şən yolumuzla | On Our Merry Way | Marta |
1949 | Anna Lukasta | Anna Lucasta | Anna Lukasta |
1952 | Bağdaddakı uşaqlar | Babes in Bagdad | Kira |
1953 | İezavelin günahları | Sins of Jezebel | İezavel |
1964 | Laqeydlik zamanı | Gli indifferenti | Mariya Qraziya |
.