Üçfutluq soğan

Üçfutluq soğan
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Allium tripedale

Üçfutluq soğan (lat. Allium tripedale) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir (CR A2c+3c; B2b (ii, iii, v)). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir, soğanağı şarvari, 1, 5 sm enindədir. Gövdə yoğun, bütöv, 50–80 sm hündürlüyündə, əsası sonuncu yarpağın ağ qını ilə örtülmüşdür. Yarpaqlar 10–15 mm enindədir. Çiçəkqrupu yarımkürəşəkilli, 4–5 sm uzunluğundadır. Erkəkcik çiçəkyanlığından qısadır. Qutucuq dairəvi, üçtilli, çiçəkyanlığından 2 dəfə qısadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələgəlmə dövrü iyun ayıdır. Soğanaqla, toxumla çoxalır. Mezokserofitdir. Soğanaqla və toxumla çoxalır. Orta, yuxarı və yüksək dağ qurşaqlarında rütubətli yerlərdə, çınqıllı, daşlı və otlu yamaclarda rast gəlinir. Dekorativ bitkidir.

Naxçıvanın dağlıq hissəsində (Ordubad rayonu, Soyuqdağ, Pəzməri kəndi yaxınlığında, Culfa rayonu, Dəmirlidağ (Nehrəm yurdu) yayılmışdır.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını sübut edir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın zəif təkrarlanması, növ sayının az olması, antropogen təsirlər (əhali tərəfindən yığılması, otarılma, tapdalanma).

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər işlənilməlidir. Yeni yayılma yerləri axtarılmalıdır.