Delft

Şəhər
Delft
Delft
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
52°00′42″ şm. e. 4°21′33″ ş. u.HGYO
Ölkə Niderland Niderland
Region [[Cənubi Hollandiya]]
Tarixi və coğrafiyası
Əsası qoyulub 1246
Sahəsi
Mərkəzin hündürlüyü 0 m
Əhalisi
Əhalisi
  • 109.435 nəf. (1 noyabr 2023)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 2600–2629
Digər
delft.nl
Delft xəritədə
Delft
Delft
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Delft— (nid. Delft) Hollandiyada yerləşən bir şəhər və bələdiyədir.  Əhalisi (may 2013-cü il əhalisinin təxmininə görə) 98727 nəfərdir.Şimal dənizi sahilindən 10 km məsafədə, Sxi çayı sahilində, HaaqaRotterdam şəhərləri arasında yerləşir. RotterdamHaaqaAmsterdam avtomobil və RotterdamLeydenAmsterdam dəmiryol magistralları Delftdən keçir.[2]

Əsası 11 əsrdə qoyulmuşdur. 1246 ildə şəhər statusunu almışdır. 13–14 əsrlərdə mahud və pivə istehsalına görə şəhərin iqtisadiyyatı yüksəlmişdi. 1389-cu ildə Delft məhsullarının ixracı üçün Maas çayının mənsəbindəki Delftxaven portu ilə kanallar vasitəsilə birləşdirilmişdi. 1428-ci ildən (faktiki olaraq 1433-cü ildən) 1477-ci ilədək Burqundiya hersoqlarına (bax Burqundiya hersoqluğu), 1477-ci ildən (qəti olaraq 1482 ildən) Habsburqlara məxsus olmuşdur; Hollandiya əyalətinin iri və iqtisadi cəhətdən inkişaf etmiş şəhərlərindən biri idi.[2]

1512-ci ildən Müqəddəs Roma imperiyasının tərkibində olmuşdur. 1536-ci ildə baş vermiş yanğın nəticəsində dağıntılara məruz qalmışdır. Niderland inqilabı (16 əsr) zamanı İspaniya ilə mübarizədə mühüm rol oynamışdır. 1579-cu il Utrext uniyasına əsasən Birləşmiş əyalətlər respublikasının tərkibinə keçmişdir. Saxsı istehsalı və Hollandiya Ost-Hind şirkəti palatasının fəaliyyəti 17-ci əsrdə Delftin iqtisadi inkişafına səbəb oldu. 16-cı əsrdən başlıca ixtisaslaşmış sahə keramika istehsalı idi, 17-ci əsrdə Delftin saxsı məmulatların (30-dan çox manufaktura fəaliyyət göstərirdi) hazırlanması üzrə Avropanın aparıcı mərkəzinə çevrildi. 1654-cü ildə Birləşmiş əyalətlərin Delftdə yerləşən əsas arsenalında baş vermiş partlayış şəhərin orta əsrlərə aid hissəsini dağıtdı.[2]

18-ci əsrin sonlarından ingilis çinisi (basma şəkilli) ilə rəqabət apara bilmədiyindən istehsalın tənəzzülü başlandı. Sahənin dirçəlişi 1876-cı ildə keramikanın seriyalı istehsalı ilə bağlı idi.1795-ci ildə Delft fransızlar tərəfindən tutularaq Bataviya respublikasına daxil edildi;18061810 illərdə Hollandiya krallığına,18101813-cü illərdə Fransa imperiyasına qatıldı. 1814-cü ildən Niderland krallığının Hollandiya əyalətinin (1840-cı ildən Cənubi Hollandiya) tərkibindədir. İkinci dünya müharibəsi illərində Almaniya tərəfindən işğal edilmişdi (19401945).[2]

Şəhər memarlığı

[redaktə | mənbəni redaktə et]

Delft kanalları və orta əsr tikililəri ilə özünün qədim “suda şəhər” görünüşünü saxlamışdır. Aude-Delft kanalı sahilində Brabant qotikası üslubunda Aude-kerk (Qədim kilsə, 13–16-cı əsrlər) kilsəsi, keçmiş monastır (təqr. 1400; 1948-ci ildən “Prin-senhof” şəhər muzeyi, Delft məktəbinin boyakarlıq kolleksiyası), fasadları 16–18-ci əsrlərə aid evlər yerləşir. “Nyive-kerk" (Yeni kilsə, inşasına 14 əsrin sonundan başlanılmışdı, son qotika üslubunda), qotik qülləli Ratuşa (1619–1620, X. de Keyser,son İntibah üslubunda) Markt meydanındadır.[2]

Şərq qapısı (təqr. 1400, 16-cı əsrdə yenidən tikilmişdir), yerli özünüidarə binası (təqr. 1530), “Ost-Hind evi” (17–18-ci əsrin əvvəlləri) şəhərin diqqətəlayiq abidələridir. H. Qrotsiyə (1886, heykəltaraş F.L. Strakke), Q. van Ostenə (1958; heykəltaraş A. Teuvisse) abidələr qoyulmuşdur.[2]

Şəhərdə L. van Mertenin evi (1909-cu ildə yaradılmışdır; tətbiqi sənət, o cümlədən Delft saxsısı kolleksiyası), Hərbi muzey (17-ci əsrə aid arsenalın binasında),19-cu əsr rəssamı P. Tetar van Elvenin muzeyi və s., teatr fəaliyyət göstərir. 1987-ci il -dən teatr festivalı keçirilir.[2]

Elm və təhsil

[redaktə | mənbəni redaktə et]

Texniki Universitet (1842 -ci ildə yaradılmışdır; binaları 19501960-cı illər; auditoriyalar korpusu 19611962-ci illər; memarlar Y.X.van den Bruk və Y.B. Bakema) Niderlandın aparıcı ali texnoloji təhsil müəssisəsidir.[2]

Ən iri elmi tədqiqat müəssisələri – mikrooptika (Texniki Universitetinin nəzdində), radiolokasiyatelekommunikasiya beynəlxalq tədqiqat mərkəzləridir.[2][3]

Şəhər iqtisadiyyatının ən mühüm sektoru xidmət sferasıdır (20-ci əsrin ortalarından sürətlə inkişaf edir; əsasən, işgüzar və peşəkar xidmətlər, elm və təhsil). Delftdə “Delft Instruments Group B.V.” holdinqinin mənzil-iqamətgahı, “Exact Soft -ware” şirkətinin (informasiya texnologiyaları), “Enraf Nonius” firmasının (fizioterapiya və reabilitasiya üçün innovasiya avadanlıqları; “Enraf B.V.”korporasiyasına daxildir) mərkəzi ofisləri yerləşir. “Arda Holding Delft B.V.”ölkədə ən iri investisiya şirkətlərindəndir.[3]

Şəhər inkişaf etmiş turizm infrastrukturuna malikdir. Sənayenin aparıcı sahəsi maşınqayırmadır, xüsusən onun elm -tutumlu və yüksəktexnologiyalı yarım -sahələri. Optika sənayesi ənənəvi olaraq inkişafdadır (17-ci əsrdən): “Delft Instruments Electro Optics”, “Delft ElectronicProducts” və “Delft Sensor Systems”(“Delft Instru ments Group B.V.” holdinqinə daxildir) firmalarının zavodları gecəgörmə cihazları, durbinlər, mikroskoplar və s. istehsal edir. Nəzarət-ölçmə və radioelektronika cihazları, proqram təminatı sistemləri (“Enraf B.V.” müəssisələri), kabel, polad konstruksiyalar(“Octatube” firması) və s. istehsal olunur.[3]

Delftin müasir çini-saxsı sənayesi müəssisələri arasında “De Porce ley ne Fles”Kral saxsı zavodu da (1650-ci illərdən qalan yeganə zavod) fəaliyyət göstərir. Kimya sənayesi lak-boya məhsullarının istehsalı üzrə ixtisaslaşmışdır. Yeyinti, tikiş, poliqrafiya sahələri müəssisələri var. Yaxınlığında kaolin çıxarılır.[3]

Görməli yerlər

[redaktə | mənbəni redaktə et]

Şəhər mərkəzində hələ də çox sayda qədim binalar var. Şəhər küçələrinin əksəriyyəti kanal tərəfindədir.Kanalın hər iki tərəfindəki küçələr kanal körpüləri ilə bir-birinə bağlıdır. Şəhərin bu özəlliyi bir çox turisti cəlb etməkdədir.

  • Oude Kerk (Köhnə Kilsəsi) : Bu kilsədə məşhur Hollandiyalıların qəbirləri var: Piet Hein , Johannes Vermeer , Anthony van Leeuenhoek .
  • Nieuwe Kerk (Yeni Kilsə ) : 1381-ci ildə tikilmişdir. Bu kilsədə, Hollandiyanın kral ailəsi üzvləri, eyni zamanda, hər biri 5000 kiloqram ağırlığında olan qəbirlərin üst hissəsini əhatə edən bir məzar daş ilə örtülü olan krallıq və queenlərin türbələri var.
  • Hugo Grotius heykəli : Neiuwe, Kerke yaxınlığında Mrarkt meydanında yerləşir.  Heykəltəraşı Franciscus Leonardus Stracké'dir.
  • Prinsenhof (Prince Sarayi) : 1403-cü ildə St Agata adına bir monastırdı. 1572-1584-cü illərdə Hollandiya şahzadəsi Willam Orange bu monastırda yaşayırdı və 1584-cü ildə bu monastırda öldürüldü. Bu səbəbdən bina "Hollandiya Şahzadəsi Sarayı" olaraq adlandırılmağa başlandı. Günümüze muzey kimi istifadə olunur.
  • Delft Stadhuis (Delft Şəhər İcra Hakimiyyəti) : Markt meydanında yerləşir.
  • Oostpoort (Dogu Şəhər Salonu) : 1400-cü ildə tikilmişdir. Şəhərin qedim divar qapılarından günümüze qədər gəlib çatan təkcə bir dənəsidir.
  • Gemeenlandshuis, Delfland və ya Huyterhuis : 1505-ci ildə inşa edilmişdir.1645-ci ildən Delfland Regional Su İşləri İdarəsinin qərargahıdır.
  • Koninklijk Nederlands Legermuseum : Royal Dutch Army milli muzeyi. Qurulduğu bina da Armamentarium olaraq bilinir.
  • Vermeer Mərkəzi : Yenilənmiş "St Luke Guild Evi"- də yerləşir.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. register of public bodies.
  2. 1 2 3 4 5 6 7 8 9 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 448. ISBN 978-9952-441-11-6.
  3. 1 2 3 4 5 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 449. ISBN 978-9952-441-11-6.