Luiş Fiqu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
port. Luís Figo | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Luiş Felipe Madeyra Kaeyro Fiqo | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Portuqaliya, Lissabon, Almada | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Portuqaliya | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 181 sm | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 76 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücuma meyilli yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | İnter Milan | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəzifəsi | İdman direktoru | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Luiş Fiqu (port. Luís Figo; d. 4.11.1972, Almada, Lissabon, Portuqaliya) — keçmiş Portuqaliya futbolçusu, "İnter" Milan klubunun idman direktoru. Futbolçu kimi yarımmüdafiəçi mövqeyində çıxış etmişdir.
Fiqu Portuqaliya futbol tarixinin ən məşhur simalarındandır. Futbolçu karyerasına Portuqaliyanın Sportinq Lissabon klubunun aşağı yaş qruplarında başlayıb. 1989-1995-ci illərdə Sportinq Lissabon klubunun əsas heyətində çıxış edib. 1995-2000-ci illərdə İspaniyanın "Barselona", 2000-2005-ci illərdə isə "Real" Madrid klublarının formasını geyinib. 2005-2009-cu illərdə İtaliyanın "İnter" Milan klubunda çıxış edib. 1988-1994-cü illərdə Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarının heyətində, 1991-2006-cı illərdə Portuqaliya milli futbol komandasının heyətində çıxış edib. 2000-ci ildə Avropanın ən yaxşı futbolçusu adına,[1] 2001-ci ildə Dünyanın ən yaxşı oyunçusu adına layiq görülüb.[2] 1995-2000-ci illərdə ardıcıl 6 dəfə Portuqaliyada ilin futbolçusu seçilib.[3]
Fiqu 1 dəfə Portuqaliya Kubokunun, 4 dəfə İspaniya Çempionatının, 2 dəfə İspaniya Kubokunun, 3 dəfə İspaniya Superkubokunun, 1 dəfə UEFA Çempionlar Liqasının, 1 dəfə UEFA Kuboklar Kubokunun, 1 dəfə UEFA Superkubokunun, 1 dəfə Qitələrarası Kubokun, 4 dəfə İtaliya Çempionatının, 1 dəfə İtaliya Kubokunun və 3 dəfə İtaliya Superkubokunun qalibi olub. UEFA Çempionlar Liqasında 100 oyun keçirib.[4]
2009-cu ildə futbolçu karyerasını bitirib. Luiş Fiqu isveçli model Elen Svedin ilə evlidir, 3 qızı var.
28 yanvar 2015-ci ildə Fiqu FİFA prezidentliyinə namizəd olacağını açıqlasa da, daha sonra bundan imtina etdi.[5][6][7]
Luiş Fiqu 4 noyabr 1972-ci ildə Almadada anadan olub. Valideynləri Antonio Kaeyro Fiqu və Mariya Yoananın tək oğludur[8]. Üç bacısı var[2]. Fiqu uşaq yaşlarından futbola maraq göstərib, buna görə valideynləri onu futbol məktəbinə yazdırmağı qərara alıblar.[9] Luiş Fiqo futbola 11 yaşında U.F.K. Os Pastilhasın heyətində məşqlərlə başlayıb.[10]
1997-ci ildə Luiş Fiqu Flamenko şousunda isveçli model Elen Svedin ilə tanış olub[11]. 2001-ci ildə Luiş Fiqu ilə Elen Svedin evlənib,[12] onların toy şənliyi Albufeyra şəhərində dəniz kənarında olub.[11] 3 qızı var – Daniela (d. 1999), Martina (d. 2002) və Stella (d. 2004).[13][14] Luiş Fiqu 5 dildə səlis danışa bilir: portuqal, ispan, ingilis, italyan və fransız.[15]
Luiş Fiqu futbolçu karyerasına 1984-cü ildə vətəni Portuqaliyada Lissabon şəhərində başlayıb. İlk klubu Sportinq Lissabon olub.[2] Əvvəlcə bu klubun 19 yaşadək futbolçularından ibarət komandada oynayıb, daha sonra 1989-cu ildə əsas komandaya keçib.[16] 1990-cı ildə 17 yaşında Maritimo klubuna qarşı keçirilən oyunda Sportinqin heyətində debüt edib. Bu həm də, onun ilk qələbəsi olub, Lissabonda keçirilən oyun 1-0 hesabı ilə Sportinqin xeyrinə başa çatıb. Bu oyunda Fiqu cəmi 3 dəqiqə meydanda olub.[17] 1989–1990 mövsümündə Fiqu Sportinqin heyətində cəmi 3 oyun keçirib və qol vurmayıb.[18] Növbəti mövsüm də "Sportinq"in heyətində 3 oyuna çıxıb və qol vurmayıb
18 sentyabr 1991-ci ildə karyerasında ilk dəfə qitəmiqyaslı yarışlarda meydana çıxıb, Fiqunun debütü UEFA Kubokunun birinci mərhələsində "Sportinq"-"Dinamo" Buxarest oyununda baş tutub, bu oyunda 90 dəqiqə meydanda olub, oyun 1-0 hesabı ilə Sportinqin xeyrinə başa çatıb.[19] 7 dekabr 1991-ci ildə səfərdə Torreense klubuna qarşı keçirilən oyunda Sportinqin heyətində ilk qolunu vurub, oyun 1-2 hesabı ilə Sportinqin xeyrinə başa çatıb.[20] 5 aprel 1992-ci ildə "Vitoriya" Gimarayeş klubun ilə qarşılaşmada karyerası ərzində ilk dəfə 90-cı dəqiqədə qırmızı vərəqə alaraq son dəqiqələrdə komandasını azlıqda qoyub.[21] 1991–1992 mövsümündə 43 oyunda meydanda olub və 1 qol vurub.
1992–1993 mövsümündə 42 oyuna 1 qol, 1993–1994 mövsümündə isə 35 oyuna 8 qol vurub.
Bir müddət sonra Fiqu "Sportinq"in əsas oyunçularından birinə çevrilib. 1993–1994 və 1994–1995 mövsümləri daha uğurlu keçib. 1994–1995 mövsümündə "Sportinq"in kapitanı olub.[22] 17 sentyabr 1994-cü ildə Maritimoya qarşı oyunda 10 və 26-cı dəqiqələrdə qol vuraraq ilk dublunu rəsmiləşdirib və komandasının 2-0 hesablı qələbəsini təmin edib.[23] 1994–1995 mövsümündə 43 oyunda meydana çıxıb və 10 qol vurub.
Sportinqin heyətində çıxış edərkən Portuqaliya yığması ilə 16 yaşadək futbolçular arasında avropa və 20 yaşadək futbolçular arasında dünya çempionatının qalibi olub. Əsas millidə də ilk oyununa Sportinq heyətində çıxış edərkən çıxıb.[22] 28 may 1995-ci ildə Vitoriya Qimarayeş klubuna qarşı oyun Fiqunun Sportinqdə keçirdiyi son oyun olub.[24] Fiqu Sportinqin heyətində 6 nömrəli futbolkada çıxış edib.[25] Fiqo burada 6 mövsüm keçirib.[26] Sporinqin heyətində 1 dəfə Portuqaliya kubokunun sahibi olub.[27]
"Sportinq"dən sonra futbolçu daha iddialı və güclü kluba keçməyi qərara alıb. "Sportinq"də çıxış edərkən göstərdiyi liderlik qabiliyyəti və futbolçu bacarıqları, digər top klubların Fiqu ilə maraqlanmağına səbəb olmuşdu.[10] 1995-ci ildə Fiqo 2 italyan klubu ilə Yuventus və Parma ilə müqavilə imzaladı. Bu hadisə problemlərə səbəb oldu və FİFA tərəfindən Fiquya İtaliya A seriyası klublarına transfer olunmağına iki illik qadağa qoyuldu.[22][26] 1995-ci ildə Barselonanın hollandiyalı baş məşqçisi Yohan Kruyfun istəyi ilə 2.5 milyon avroya Sportinq Lissabon klubundan Barselonaya transfer olundu.[28]
Barselonada ilk oyununu 9 sentyabr 1995-ci ildə Merida klubuna qarşı keçirib, oyun 2-2 hesabı ilə başa çatıb.[17] Bundan 3 gün sonra 12 sentyabrda UEFA Kubokunun ilk mərhələsində səfərdə İsrailin Hapoel Beer Şeva klubu ilə qarşılaşmada 65 və 81-ci dəqiqələrdə qol vuraraq Barselona karyerasında ilk qolunu vurmuş və dubl etmişdir, oyun 0-7 hesabı ilə Barselonanın xeyrinə başa çatıb.[29] 29 sentyabr 1995-ci ildə Real Zaraqoza ilə səfər oyununda Barselonanın heyətində La Liqada debüt edib,[30] Fiqu debüt oyununda fərqlənməyi bacarıb, 21-ci dəqiqədə qol vuraraq hesabı 1-1 edib. Oyun 3-5 hesabı ilə Barselonanın xeyrinə başa çatıb.[31] 19 mart 1996-cı ildə ilk oyunu 2-2 hesabı ilə başa çatmış UEFA Kubokunun 1/4 final qarşılaşmasında 23-cü dəqiqədə PSV Eyndhoven klubuna qol vuraraq, komandasının mərhələni keçməsinə kömək etmişdir.[32] 16 aprel 1996-cı ildə ilk oyunu 2-2[33] hesabı ilə başa çatan yarımfinal mərhələsinin cavab oyununda Bayern Münhen 115 min tamaşaçı qarşısında meydana çıxıb, bu oyunda Barselona 2-1 hesabı ilə məğlub olub.[34]
Barselonada ilk mövsümdə 53 oyunda meydanda oldu və 9 qol vurdu, həm Fiqu üçün həm də klub üçün həmin mövsüm uğurlu keçdi.[35] Fiqu zaman keçdikcə Barselona azarkeşlərinin rəğbətini qazandı. Onun xarizması və liderlik qabiliyyəti Barselonanın kapitanlıq sarğısını daşımağına səbəb oldu. Barselona tarixində kapitanın legioner futbolçu olmağı nadir rast gəlinən hal idi.[26]
14 may 1997-ci ildə UEFA Kuboklar Kubokunun finalında Fransanın Pari Sen-Jermen klubuna qarşı oyunda start heyətində meydana çıxıb və oyunu əvəzolunmadan keçirib, bu oyunda 1-0 hesabı ilə qalib gələn Barselona kuboka sahib çıxıb.[36] 1996–1997 mövsümündə Barselonanın heyətində 53 oyun keçirdi və 9 qol vurdu. UEFA Çempionlar Liqasında ilk qolunu 17 sentyabr 1997-ci ildə qrup mərhələsində İngiltərənin Nyukasl Yunayted klubu ilə səfər oyununda vurmuşdu, bu oyunda Barselona 3-2 hesabı ilə məğlub olmuşdu.[37] 1997–1998 mövsümündə 46 oyun keçirib və 6 qol vurub.
1998–1999 mövsümündə 50 oyunda meydana çıxıb və 9 qol vurub. 1999-cu ildə dünyada ilin oyunçusu mükafatında 5-ci oldu.[38] Fiqunun Barselonada son oyunu 14 may 2000-ci ildə La Liqada Real Sosyedada qarşı olub, bu oyunda 66-cı dəqiqədə əvəzlənib, oyun 0-0 hesabı ilə başa çatıb.[39] Barselonada son mövsümdə 47 oyunda meydana çıxıb və 14 qol vurub.
Fiqu Barselonanın heyətində 2 dəfə İspaniya Çempionatının, 2 dəfə İspaniya Kubokunun, 1 dəfə İspaniya Superkubokunun, 1 dəfə UEFA Kuboklar Kubokunun və 1 dəfə UEFA Superkubokunun qalibi olub.[10] Fiqu burada 4 mövsüm keçirdi. Futbolçu 172 dəfə Barselonanın heyətində meydana çıxıb və 30 qol vurub.
2000-ci ildə Real Madrid klubunda prezident seçkilərində namizəd olan Florentino Perez ulduz futbolçuların Real Madridə transfer olunacağını söz verdi. Perezin prezident seçilməsindən sonra komandaya qoşulan ilk futbolçu Fiqu oldu. 2000-ci ildə gözlənilmədən 60 milyon avroya Barselonadan Real Madridə keçdi.[41] Razılaşmaya əsasən, Fiqu burada ildə 4 milyon avro qazanırdı.[42] Bu transfer dünya futbolu tarixinin ən bahalı transferlərindən biridir.[43] Fiqunun gəlişi ilə Real Madridin prezidenti Florentino Perezin Qalaktikos erası başladı[35].
Real Madriddə ilk oyununu 25 avqust 2000-ci ildə UEFA Super Kubokunun final oyununda Türkiyənin Qalatasaray klubuna qarşı keçirmişdi, 120 dəqiqə davam edən görüşdə Real Madrid 2-1 hesabı ilə məğlub olub.[44] 9 sentyabr 2000-ci ildə Valensiyaya qarşı keçirilən oyunda Real Madridin heyətində ilk qolunu vurub, oyun 2-1 hesabı ilə Real Madrinin qələbəsi ilə başa çatıb.[45] 17 oktyabr 2000-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsində Almaniyanın Bayern Leverkusen klubuna qarşı oyunda 4 və 24-cü dəqiqələrdə ilk iki qolun məhsuldar ötürməsini vermiş, 87-ci dəqiqədə isə 11 metrlik cərimə zərbəsindən sonuncu qolu özü vurmuşdur, bu oyunda "Real Madrid" 5-3 hesabı ilə qələbə qazanıb.[46]
Bir çox Barselona azarkeşi bu transferə görə Fiquya qəzəbləndilər. Həmçinin Real azarkeşləri də Fiqunun əzəli rəqibləri olan Barselonadan gəldiyi üçün futbolçunu qəbul edə bilmirdilər.[10] 21 oktyabr 2000-ci ildə Nou Kampda 100000 azarkeş qarşısında ilk dəfə Barselonaya qarşı oyunda meydana çıxmışdı. Bu oyunda Barselona azarkeşlərə Fiquya təzyiq etdilər, onun ünvanına "xain" və başqa şüarlar səsləndirirdilər.[38] Fiqu bu oyunda 66-cı dəqiqədə əvəzləndi və oyundan sonra "həyatımın ən pis günü idi" açıqlamasını verdi.[47]
Fiqu həm Barselonada, həm də Real Madriddə oynamış azsaylı futbolçulardan biri olub. Futbolçunun Real Madriddə ilk mövsümü çox çətin keçdi. Çətin ildən sonra Fiqunun Real Madriddəki karyerasında uğurlu dönəm başladı. Növbəti üç mövsümdə o, Visente del Boskenin başçılıq etdiyi komandanın əsas heyət oyunçularından birinə çevrildi.[26]
UEFA Çempionlar Liqası 2000/2001 mövsümünün yarımfinal mərhələsində Almaniyanın Bayern Münhen klubuna qarşı keçirilən oyunlarda Real Madridin yeganə qolunun müəllifi olub, iki oyunun nəticəsinə görə (0-1, 2-1) Real Madrid mübarizəni dayandırıb.[48] 2000–2001 mövsümündə Real Madridin heyətində 49 oyunda meydana çıxıb və 14 qol vurub 2001–2002 mövsümündə UEFA Çempionlar Liqasının final oyununda Real Madridin əsas heyətində meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib, bu oyunda Real Madrid Bayern Leverkusen klubuna 2-1 hesabı ilə qalib gələrək kuboka sahib çıxıb.[49] 2001–2002 mövsümündə komandanın heyətində 44 oyunda meydana çıxıb və 11 qol vurub.
Çempionlar Liqasının qalibi olduqdan sonra 30 avqust 2002-ci ildə Niderlandın Feyenoord klubuna qarşı keçirilən superkubok oyununda Real Madridin heyətində meydana çıxıb və oyunu əvəz olunmadan keçirib. Bu oyunda 3-1 hesabı ilə qalib gələn Real Madrid kubokun sahibi olub.[50] 25 sentyabr 2002-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Real Madridin Belçikanın Genk klubunu 6-0 hesabı ilə darmadağın etdiyi qarşılaşmada 55-ci dəqiqədə komandasının 3-cü qolunu vurub.[51] 6 oktyabr 2002-ci ildə La Liqanın 5-ci turunda Real Madrid-Alaves qarşılaşmasında 30 və 71-ci dəqiqələrdə 2 qol vuraraq komandasının qələbəsində böyük rol oynamışdı, oyun 5-2 hesabı ilə Real Madridin xeyrinə başa çatmışdı.[52] Həmin mövsümün 18-ci turunda 19 yanvar 2003-cü ildə Atletiko Madrid ilə qarşılaşmada Real Madridin 0-1 hesabı ilə geri düşdüyü oyunda oyunda ardıcıl 2 qol vuraraq hesabı 2-1 etmişdir, oyunun yekun nəticəsi 2-2 olmuşdur.[53] 2002–2003 mövsümünündə 48 oyuna 12 qol vurub.
13 sentyabr 2003-cü ildə La Liqanın 3-cü turunda Real Vallodolidlə qarşılaşmada 58-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən qol vuraraq hesabı 4-0 etmişdir, oyun 7-2 hesabı ilə Real Madridin xeyrinə başa çatmışdı. Bu qol həm də Fiqunun 2003–2004 mövsümündə ilk qolu idi.[54] Fiqu 2003–2004 mövsümündə Real Madridin heyətində 55 oyunda meydanda olub və 13 qol vurub. 8 sentyabr 2004-cü ildə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Romaya qarşı keçirilən oyunda komandasının 39-cu dəqiqədə ilk və 72-ci dəqiqədə üçüncü qolunun ötürməsini verib, 53-cü dəqiqədə isə ikinci qolu özü vurub. Bu oyun 4-3 hesabı ilə Real Madridin xeyrinə başa çatıb.[55]
Fiqu Real Madridin heyətində sonuncu dəfə 28 may 2005-ci ildə Real Zaraqozaya qarşı oyunda meydana çıxıb.[56] Real Madridin heyətində sonuncu mövsümdə 43 oyunda meydana çıxıb və 7 qol vurub.
Real Madridin heyətində Fiqu 2 dəfə İspaniya Çempionatının, 2 dəfə İspaniya Kubokunun, 1 dəfə UEFA Çempionlar Liqasının, 1 dəfə UEFA Superkubokunun və 1 dəfə Qitələrarası Kubokun qalibi olub. Real Madridin heyətində 164 oyun keçirib, 36 qol vurub.
Luiş Fiqu 2005-ci ilin yayında azad agent kimi Real Madriddən İnterə keçdi.[57] Fiqu, nəhayət ki, İtaliya A Seriyasında oynamaq imkanı əldə etdi.
Luiş Fiqu İnterin heyətində ilk oyununu 28 avqust 2005-ci ildə Trevizo klubuna qarşı keçirib, bu oyunda İnter 3-0 hesabı ilə qələbə qazanıb.[17] 20 noyabr 2005-ci ildə İtaliya A Seriyasının 12-ci turunda Parmaya qarşı oyunda 71-ci dəqiqədə hesabı açaraq komandasında ilk qolunu vurmuşdu və 11 dəqiqə sonra əvəzlənmişdir, oyun İnterin 2-0 hesablı qələbəsi ilə başa çatmışdı.[58] Bundan 3 gün noyabrın 23-ü sonra İnterin heyətində UEFA Çempionlar Liqasında ilk və yeganə qolunu Slovakiyanın Petrzalka komandasının qapısından keçirmişdi.[59] 2005-2006-cı illər mövsümündə İnterin heyətində 45 oyuna 6 qol vurub.
Fiqu 2006-cı ildə İtaliya Superkubokunun finalında Romaya qarşı keçirilən oyunda, əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində qol vuraraq kuboku İnterə qazandırmışdı, oyun 4-3 hesabı ilə İnterin xeyrinə başa çatmışdı.[60]
2007-ci ildə İtaliya Kuboku uğrunda yarışın finalında Romaya qarşı oyunlarında İnterin heyətində meydana çıxıb. 9 may 2007-ci ildə Romada keçirilən oyunda 52-ci dəqiqədə əvəzlənib, bu oyunda İnter 6-2 hesabı ilə məğlub olub, 17 may 2007-ci ildə Milanda keçirilən cavab qarşılaşmasında isə 86-cı dəqiqədə əvəzlənib, bu oyunda İnter 2-1 hesabı ilə qələbə qazanmasına baxmayaraq bu kuboku qazanmağa imkan verməyib.[61] 2006–2007 mövsümündə İnterin heyətində 47 oyun keçirib və 3 qol vurub. 2007-ci ildə İnterlə imzaladığı müqavilə başa çatırdı, Fiqu klubla razılığa gələ bildi və müqaviləni 2008-ci ilin iyununa kimi uzatdı.[62]
19 avqust 2007-ci ildə Roma ilə İtaliya Superkuboku oyununda 52-ci dəqiqədə meydana daxil olmuşdur, oyun 0-1 hesabı ilə Romanın xeyrinə başa çatmışdı.[63] UEFA Çempionlar Liqası 2007/2008-ci illər mövsümündə qrup mərhələsində 23 oktyabr 2007-ci ildə Rusiyanın ÇSKA Moskva klubu ilə keçirilən görüşdə meydana çıxaraq bu turnirdə 100-cü oyununu keçirmişdir. O, bu həddi keçən 6-cı oyunçu olub.[64][65] 2008-ci ildə müqaviləsini daha bir il uzadaraq İnterdə qalmağa qərar verib.[66] 2007–2008 mövsümünün sonlarında aprel ayında Latsioya qarşı keçirilən oyunda 39-cu dəqiqədə zədələnmiş və Bolzoni ilə əvəz edilmişdir, bununla da Fiqu mövsümü başa vurmuşdu.[67] Həmin mövsüm 21 oyunda meydana çıxıb və cəmi 1 qola imza atıb.
24 avqust 2008-ci ildə Roma ilə İtaliya Superkuboku uğrunda görüşdə əsas heyətdə meydana çıxmış və 66-cı dəqiqədə Mario Balotelli ilə əvəzlənmişdir, əsas və əlavə vaxt 2-2 hesabı ilə yekunlaşdığından bu oyun 11 metrlik cərimə zərbələrinə qədər davam etmişdir, bu mərhələdə daha dəqiq olan İnter 8-7 hesabı ilə qalib gələrək kubokun sahibi olmuşdur.[68]
7 fevral 2009-cu ildə İtaliya A Seriyasında Lecce ilə qarşılaşmada 72-ci dəqiqədə İnterdə və ümumiyyətlə futbolçu karyerasında sonuncu qolunu vurub.[69]
16 may 2009-cu ildə futbolçu karyerasını bitirdiyini açıqladı. Həmin ilin mayın 31-də Atalantaya qarşı keçirilən oyunda son dəfə futbolçu kimi meydana çıxdı. Uzun müddət İnterin kapitanı olmuş Xavier Zannettinin təkidi ilə son oyunda Fiqu kapitan kimi meydana çıxmışdı, baş məşqçinin oyunun 43-cü dəqiqəsində Fiqunu Davide Santon ilə əvəzetməsindən sonra azarkeşlərin alqış sədaları altında meydanı tərk etdi.[10] İnterin heyətində son mövsümdə 25 oyun keçirib və 1 qol vurub.
Fiqu ümumilikdə İnterin heyətində 2006-2009-cu illərdə 4 dəfə İtaliya çempionu adı qazandı. 1 dəfə İtaliya Kubokunun, 3 dəfə İtaliya Superkubokunun qalibi oldu.[70] Fiqu İnter klubunda 4 mövsümdə 132 oyunda meydana çıxdı və 10 qol vurdu.
Futbolçu kimi karyerasını başa vurduqdan sonra İnter klubunda idman direktoru vəzifəsində çalışır.[71][72] Fiqu, həmçinin İnterin nümayəndəsi kimi müxtəlif tədbirlərdə iştirak edir.[73]
Klub | Çempionat | Mövsüm | Liqa | Kubok | Avropa | Cəmi | ||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | |||
Sportinq Lissabon | Portuqal Liqası | 1989–90 | 3 | 0 | — | — | 3 | 0 | ||
1990–91 | 3 | 0 | — | — | 3 | 0 | ||||
1991–92 | 34 | 1 | 7 | 0 | 2 | 0 | 43 | 1 | ||
1992–93 | 32 | 0 | 8 | 1 | 2 | 0 | 42 | 1 | ||
1993–94 | 31 | 8 | 1 | 0 | 3 | 0 | 35 | 8 | ||
1994–95 | 34 | 7 | 7 | 3 | 2 | 0 | 43 | 10 | ||
Cəmi | 137 | 16 | 23 | 4 | 9 | 0 | 169 | 20 | ||
Barselona | La Liqa | 1995–96 | 35 | 5 | 8 | 1 | 10 | 3 | 53 | 9 |
1996–97 | 36 | 4 | 9 | 2 | 8 | 1 | 53 | 7 | ||
1997–98 | 35 | 5 | 4 | 0 | 7 | 1 | 46 | 6 | ||
1998–99 | 34 | 7 | 10 | 1 | 6 | 1 | 50 | 9 | ||
1999–2000 | 32 | 9 | 2 | 0 | 13 | 5 | 47 | 14 | ||
Cəmi | 172 | 30 | 33 | 4 | 44 | 11 | 249 | 45 | ||
Real Madrid | La Liqa | 2000–01 | 34 | 9 | 1 | 0 | 14 | 5 | 49 | 14 |
2001–02 | 28 | 7 | 6 | 1 | 10 | 3 | 44 | 11 | ||
2002–03 | 33 | 10 | 1 | 0 | 15 | 2 | 48 | 12 | ||
2003–04 | 36 | 9 | 8 | 3 | 11 | 1 | 55 | 13 | ||
2004–05 | 33 | 3 | 0 | 0 | 10 | 4 | 43 | 7 | ||
Cəmi | 164 | 38 | 16 | 4 | 60 | 15 | 239 | 57 | ||
İnter Milan | Seriya A | 2005–06 | 34 | 5 | 2 | 0 | 8 | 1 | 45 | 6 |
2006–07 | 32 | 2 | 7 | 1 | 7 | 0 | 47 | 3 | ||
2007–08 | 17 | 1 | 2 | 0 | 3 | 0 | 21 | 1 | ||
2008–09 | 22 | 1 | — | 3 | 0 | 25 | 1 | |||
Cəmi | 105 | 9 | 11 | 1 | 21 | 1 | 138 | 11 | ||
Cəmi | Portuqaliya | 137 | 16 | 23 | 4 | 9 | 0 | 169 | 20 | |
İspaniya | 336 | 68 | 49 | 8 | 104 | 26 | 488 | 102 | ||
İtaliya | 105 | 9 | 11 | 1 | 21 | 1 | 138 | 11 | ||
Karyera cəmi | 577 | 93 | 83 | 13 | 134 | 27 | 795 | 133 |
Luiş Fiqu əvvəl aşağı yaş qrupları üzrə milli komandalarda çıxış edib. 16 yaşadək futbolçulardan ibarət millidə ilk oyununu 19 oktyabr 1988-ci ildə İspaniyanın 16 yaşlılarına qarşı keçirib.[74] Fiqu bu milli komandanın heyətində 1989-cu ildə Danimarkada keçirilən Avropa çempionatında iştirak edib və kuboka sahib çıxıb.[75] Ümumilikdə bu millidə 15 oyun keçirib və 8 qol vurub.[74] 17 yaşadək futbolçulardan ibarət komandada isə ilk oyununu 10 may 1989-cu ildə Səudi Ərəbistanın həmin yaşlılardan ibarət millisinə qarşı keçirib, Fiqu bu millidə 6 oyun keçirib və 2 qol vurub.[74] 18 yaşadək futbolçulardan ibarət komandada 29 dekabr 1988-ci ildə Lixtenşteynin 18 yaşadək futbolçularına qarşı oyunda debüt edib, Luiş Fiqu bu milli komandada 21 oyun keçirib və 8 qol vurub.[74]
20 yaşadək futbolçulardan ibarət millinin heyətində ilk oyununa 18 dekabr 1990-cı ildə İsrailin 20 yaşlı futbolçularına qarşı görüşdə çıxıb.[74] Fiqu 1991-ci ildə Portuqaliyada keçirilən[76] 20 yaşadək milli komandalar arasında keçirilən dünya çempionatında Portuqaliyanın heyətində çıxış edib və turnirin qalibi olub.[22] Fiqu bu millinin heyətində 12 oyun keçirib, qol vurmayıb.[74] 21 yaşadək futbolçulardan ibarət komandada ilk oyununu 3 sentyabr 1991-ci ildə Avstriyalı həmyaşıdlarına qarşı olub.[17] Fiqu 21 yaşadək milli komandanın heyətində 1994-cü ildə Avropa çempionatında iştirak edib və finalda İtaliyaya 2-0 hesabı ilə məğlubyarışı ikinci yerdə başa vurub.[77] Luiş Fiqu 21 yaşadək milli komandanın heyətində Fiqu cəmi 7 oyun keçirib, qol vurmayıb.[74]
# | Tarix | Rəqib | Dəqiqə | Nəticə | Mənbə |
---|---|---|---|---|---|
1 | 28 dekabr 1988 | Rumıniya (16 yaşlılar) | 35' | 3-1 | [78] |
2 | 28 dekabr 1988 | Rumıniya (16 yaşlılar) | 55' | 3-1 | [78] |
3 | 30 dekabr 1988 | Polşa (16 yaşlılar) | 73' | 4-1 | [79] |
4 | 4 fevral 1989 | İspaniya (16 yaşlılar) | 55' (p) | 5-4 | [80] |
5 | 7 fevral 1989 | Fransa (16 yaşlılar) | 68' | 1-2 | [81] |
6 | 14 mart 1989 | Malta (16 yaşlılar) | 56' | 6-0 | [82] |
7 | 6 may 1989 | Norveç (16 yaşlılar) | 20' | 3-0 | [83] |
8 | 14 may 1989 | Almaniya Demokratik Respublikası (16 yaşlılar) | 55' | 2-1 | [84] |
# | Tarix | Rəqib | Dəqiqə | Nəticə | Mənbə |
---|---|---|---|---|---|
1 | 10 iyun 1989 | Səudiyyə Ərəbistanı (17 yaşlılar) | 18' (p) | 2-2 | [85] |
2 | 17 iyun 1989 | Argentina (17 yaşlılar) | 55' | 2-1 | [86] |
# | Tarix | Rəqib | Dəqiqə | Nəticə | Mənbə |
---|---|---|---|---|---|
1 | 11 oktyabr 1989 | İsveçrə (18 yaşlılar) | 14' | 2-0 | [87] |
2 | 1 noyabr 1989 | İtaliya (18 yaşlılar) | 90' | 2-0 | [88] |
3 | 28 dekabr 1989 | Polşa (18 yaşlılar) | 37' | 1-1 | [89] |
4 | 29 dekabr 1989 | İslandiya (18 yaşlılar) | 14' | 2-1 | [90] |
5 | 30 dekabr 1989 | SSRİ (18 yaşlılar) | 36' (p) | 1-1 | [91] |
6 | 2 yanvar 1990 | İsrail (18 yaşlılar) | 48' | 4-0 | [92] |
7 | 12 aprel 1990 | Niderland (18 yaşlılar) | 69' | 1-0 | [93] |
8 | 26 iyul 1990 | İspaniya (18 yaşlılar) | 45' | 2-1 | [94] |
Fiqu Portuqaliya futbolunun "Qızıl nəsli"nin nümayəndələrindən biridir.[95] Fiqu Portuqaliya yığmasının heyətində 1991-ci ildə FİFA Dünya Gənclər Kuboku yarışında iştirak edib.[10] Həmin il həmçinin əsas yığma komanda da debüt edib. Millidə ilk oyununu 18 yaşında 16 oktyabr 1991-ci ildə yoldaşlıq görüşündə Lüksemburq komandasına qarşı keçirib, bu oyun 1-1 hesabı ilə başa çatıb.[96] İlk qolunu 11 noyabr 1992-ci ildə Bolqarıstan milli futbol komandasının qapısından keçirib.[17]
Luiş Fiqu UEFA Avropa Kuboku 1992-nin seçmə mərhələ oyunlarında meydana çıxıb. 16 oktyabr 1991-ci ildə Niderlandla oyunda 56-cı dəqiqədə meydana daxil olub.[97] 20 noyabr 1991-ci ildə Yunanıstanla oyunda 15-ci dəqiqədə oyuna daxil olub.[98]
Fiqu Avro 1996-nın seçmə mərhələ oyunlarının səkkizində əsas heyətdə meydana çıxıb və 2 qol vurub. 13 noyabr 1994-cü ildə Avro 1996-nın seçmə mərhələ oyunlarında Avstriya ilə qarşılaşmada 37-ci dəqiqədə komandasının yeganə qolunu vuraraq, 3 xalı komandasına qazandırmışdı.[99] Futbolçu UEFA Avropa Kuboku 1996-da Portuqaliyanın heyətində də oynayıb.[24] 19 iyun 1996-cı ildə qrup mərhələsinin ilk oyununda 4-cü dəqiqədə topu Xorvatiyanın qapısından keçirərək komandasının turnirdə ilk qolunun müəllifi olub, bu oyun Portuqaliyanın 3-0 hesablı qələbəsi ilə başa çatıb.[100] 1-0 hesabı ilə Portuqaliyanın qalib gəldiyi Türkiyə ilə oyunda 90 dəqiqə meydanda olub,[101] Danimarka ilə oyunda isə əsas heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib, oyun 1-1 hesabı ilə başa çatıb.[102] Bu çempionatda Portuqaliya 1/4 finaladək irəliləyə bilib.[103] Bu mərhələdə Çexiyaya 1-0 uduzaraq mübarizəni dayandırıb, bu oyunda Fiqu əsas heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.[104]
Fiqu Avro 2000-nin seçmə mərhələ oyunlarında iştirak edib, 10 oyunda meydana çıxıb və 3 qol vurub. 3 sentyabr 1999-cu ildə Bakıda Azərbaycan yığmasına qarşı oyunda əlavə olunmuş 6-cı dəqiqədə qol vuraraq komandasını məğlubiyyətdən xilas edib.[105] Luiş Fiqo Portuqaliya milli futbol komandasının heyətində UEFA Avropa Kuboku 2000-də çıxış edib.[2] Qrup mərhələsində Rumıniya,[106] və İngiltərə[107] ilə oyunlarda əsas heyətdə meydana çıxıb və əvəzedilmədən oyunu başa vurub. 12 iyun 2000-ci ildə İngiltərə ilə oyunda 0-2 hesabda geri düşüb 3-2 hesabı ilə qalib gəldikləri oyunda komandasının ilk qolunu Fiqu vurub.[108] Fiqu yalnız qrup mərhələsinin sonuncu oyununda Almaniyaya qarşı oyunda meydanda olmayıb.[109] 1/4 finalda Türkiyəyə qarşı,[110] yarımfinalda isə Fransaya qarşı oyunu əvəzolunmadan keçirib, bu oyunda Portuqaliya 2-1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.[111]
15 avqust 2001-ci ildə Moldova ilə yoldaşlıq görüşündə 42, 57 və 90-cı dəqiqələrdə qol vuraraq milli komanda karyerasında yeganə het-trikini edib. Oyun 3-0 hesabı ilə Portuqaliyanın xeyrinə başa çatıb.[112]
2002-ci il Dünya çempionatının seçmə mərhələsində 8 oyunda meydana çıxıb və 5 qol vurub. 28 fevral 2001-ci ildə Andorra ilə oyunda 1-ci və 48-ci dəqiqələrdə 2 qol vuraraq komandasının 3 xal qazanmasına kömək edib, oyun 3-0 hesabı ilə başa çatıb. Bu, Fiqunun milli komanda karyerasında yeganə dublu olub.[113] 28 mart 2001-ci ildə Niderland millisi ilə oyunda 1-2 hesabı ilə Portuqaliyanın geridə olduğu oyunda 90-cı dəqiqədə qol vuraraq hesabı 2-2 edib və komandasını məğlubiyyətdən xilas edib.[114] 2 iyun 2001-ci ildə İrlandiya ilə Dublində keçirilən oyunda 78-ci dəqiqədə qol vuraraq hesabı 1-1 edib və komandasına 1 xal qazandırıb.[115] FİFA Dünya Kuboku 2002-də Portuqaliyanın heyətində qrup mərhələsində ABŞ,[116] Polşa[117] və Cənubi Koreya[118] ilə oyunlarda iştirak edib və oyunları əvəz olunmadan keçirib. Bu turnir Portuqaliya üçün uğursuz olub, 3 oyuna 3 xal toplayaraq qrupda qalıb.[119] Bu dünya çempionatı Fiqunun iştirak etdiyi ilk dünya çempionatı olub.
18 fevral 2004-cü ildə İngiltərə ilə yoldaşlıq görüşündə meydana çıxaraq Portuqaliya millisinin heyətində 100-cü oyununu keçirib.[120]
Luiş Fiqu Portuqaliyada keçirilən UEFA Avropa Kuboku 2004-də də iştirak edib. 12 iyun 2004-cü ildə keçirilən qrup mərhələsində Yunanıstanla oyunu əvəzolunmadan keçirib.[121] 16 iyun 2004-cü ildə Rusiya ilə oyunda əsas heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəz olunub.[122] 4 gün sonra İspaniya ilə oyunda da əsas heyətdə meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib.[123] İngiltərə ilə 1/4 final oyununda əsas heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəz edilib, bu oyunda Portuqaliya 11 metrlik cərimə zərbələri ilə qalib gələrək yarımfinala yüksəlib.[124] Niderlanda qarşı yarımfinal oyununda 90 dəqiqə meydanda olub, 89-cu dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb, oyun 2-1 hesabı ilə başa çatıb.[125] Finalda Yunanıstana qarşı oyunu Fiqu əvəzolunmadan keçirib, Portuqaliya 0-1 hesabı ilə uduzaraq 2-ci yeri tutub.[126] Fiqu 2004-cü il Avropa çempionatında bütün oyunlarda əsas heyətdə meydana çıxıb.[24] Bu çempionatdan sonra Fiqu milli komanda karyerasını başa vurduğunu açıqladı. Yığmanın baş məşqçisi Luis Felipe Skolari ilə aralarında yaşanan problemlərin buna səbəb olduğu ehtimal edilirdi.[127]
Lakin 2005-ci ilin iyununda fikrini dəyişdi və yenidən milli komandanın heyətinə qayıtdı. Baş məşqçi Luis Felipe Skolarinin başçılığı altında futbol üzrə dünya çempionatı 2006-nın təsnifat mərhələsində Slovakiya və Estoniya ilə oyunlarda iştirak etdi.[95] Bu seçmə mərhələdə Fiqu 6 oyunda meydana çıxdı. Fiqu Futbol üzrə dünya çempionatı 2006-nın final mərhələsində də millinin heyətində çıxış edib.[2] Dünya çempionatında Fiqu milliyə kapitanlıq edib.[128] 11 iyun 2006-cı ildə qrup mərhələsində Anqola ilə oyunu əvəz olunmadan keçirib.[129] 17 iyunda İranla qarşılaşmada 87-ci dəqiqədə,[130] 21 iyunda Meksika ilə oyunda isə 79-cu dəqiqədə əvəz olunub.[131] 25 iyunda Niderlandla 1/16 final oyununda əsas heyətdə meydana çıxıb və 84 dəqiqə meydanda olub, Portuqaliya 1-0 hesabı ilə qalib gələrək 1/4 final mərhələsinə yüksəlib.[132] Bu mərhələdə Portuqaliya İngiltərə ilə qarşılaşıb. 1 iyulda keçirilən oyunda Fiqu start heyətində meydana çıxıb, 85-ci dəqiqədə əvəz edilib, əsas vaxt 0-0 hesabı ilə bitərək oyun 11 metrlik cərimə zərbələrinə qədər davam edib. Bu mərhələdə Portuqaliya 3-1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.[133] Yarımfinal oyununda Fiqu oyunu əvəzedilmədən keçirib.[134] Bu oyunda Portuqaliya millisi Zinəddin Zidanın 11 metrlik cərimə zərbəsindən vurduğu qolla Fransaya məğlub olaraq mübarizəni dayandırıb.[10] Millidə son oyunu 2006-cı il dünya çempionatının üçüncü yer uğrunda görüşü olub. 8 iyul 2006-cı ildə Almaniyaya qarşı keçirilən oyunda Almaniya 3-1 hesabı ilə qələbə qazanıb.[135] Bu oyunda Fiqu 77-ci dəqiqədə meydana çıxıb.[24] Bu nəticə Portuqaliya millisinin son 40 ildəki ən uğurlu nəticəsi idi.
Luiş Fiqu milli komandada 127 oyun keçirib və 32 qol vurub. Millinin heyətində 7 nömrəli futbolkada çıxış edib. Portuqaliya millisinin heyətində indiyə qədər ən çox oyun keçirmiş oyunçudur.[136] 15 noyabr 2011-ci ildə millidə 100 oyun keçirdiyinə görə Fiquya UEFA tərəfindən medal və xatirə papağı verilib.[128]
Portuqaliya milli futbol komandası | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
İl | Yoldaşlıq | Dünya K. | Dünya K. s/m | Avropa K. | Avropa K. s/m | Başqa | Cəmi | |||||||
Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | |
1991 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 2 | 0 | 0 | 0 | 3 | 0 |
1992 | 3 | 1 | 0 | 0 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 3 | 0 | 7 | 1 |
1993 | 1 | 0 | 0 | 0 | 4 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 5 | 0 |
1994 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 4 | 2 | 0 | 0 | 5 | 2 |
1995 | 2 | 0 | 0 | 0 | 1 | 0 | 0 | 0 | 4 | 1 | 0 | 0 | 6 | 1 |
1996 | 1 | 0 | 0 | 0 | 4 | 1 | 4 | 1 | 0 | 0 | 0 | 0 | 9 | 2 |
1997 | 2 | 0 | 0 | 0 | 5 | 2 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 7 | 2 |
1998 | 3 | 0 | 0 | 0 | 1 | 0 | 0 | 0 | 3 | 0 | 0 | 0 | 6 | 0 |
1999 | 2 | 1 | 0 | 0 | 4 | 0 | 0 | 0 | 7 | 3 | 0 | 0 | 9 | 4 |
2000 | 6 | 4 | 0 | 0 | 3 | 1 | 4 | 1 | 0 | 0 | 0 | 0 | 13 | 6 |
2001 | 3 | 4 | 0 | 0 | 6 | 5 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 9 | 9 |
2002 | 7 | 0 | 3 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 10 | 0 |
2003 | 10 | 3 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 10 | 3 |
2004 | 5 | 1 | 0 | 0 | 0 | 0 | 6 | 0 | 0 | 0 | 0 | 0 | 11 | 1 |
2005 | 1 | 0 | 0 | 0 | 6 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 7 | 0 |
2006 | 3 | 1 | 7 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 10 | 1 |
Cəmi | 51 | 15 | 10 | 0 | 29 | 9 | 14 | 2 | 20 | 6 | 3 | 0 | 127 | 32 |
Mənbə:[74]
# | Tarix | Yer | Rəqib | Hesab | Nəticə | Yarış |
---|---|---|---|---|---|---|
1 | 11 noyabr 1992 | Stad de Paris, Paris, Fransa | Bolqarıstan | 1 : 1 | 2 : 1 | Yoldaşlıq görüşü |
2 | 9 oktyabr 1994 | Dauqava stadionu, Riqa, Latviya | Latviya | 0 : 3 | 1 : 3 | UEFA Avro 1996 (seçmə mərhələsi) |
3 | 13 noyabr 1994 | Estadiyo Xose Alvalade, Lissabon, Portuqaliya | Avstriya | 1 : 0 | 1 : 0 | UEFA Avro 1996 (seçmə mərhələsi) |
4 | 3 iyun 1995 | Estadiyo das Antas, Portu, Portuqaliya | Latviya | 1 : 0 | 3 : 2 | UEFA Avro 1996 (seçmə mərhələsi) |
5 | 19 iyun 1996 | Siti Qraund, Nottingem, İngiltərə | Xorvatiya | 0 : 1 | 0 : 3 | UEFA Avro 1996 |
6 | 9 oktyabr | Kemal Stafa stadionu, Tirana, Albaniya | Albaniya | 0 : 1 | 0 : 3 | FİFA Dünya Kuboku 1998 seçmə mərhələ |
7 | 7 iyun 1997 | Estadiyo das Antas, Portu, Portuqaliya | Albaniya | 2 : 0 | 2 : 0 | FİFA Dünya Kuboku 1998 seçmə mərhələ |
8 | 20 avqust 1997 | Estadiyo do Bonfim, Setubal, Portuqaliya | Ermənistan | 2 : 0 | 3 : 1 | FİFA Dünya Kuboku 1998 seçmə mərhələ |
9 | 31 mart 1999 | Sportpark Eşen-Mauren, Eşen, Lixtenşteyn | Lixtenşteyn | 0 : 2 | 0 : 5 | UEFA Avro 2000 (seçmə mərhələsi) |
10 | 18 avqust 1999 | Estadiyo Nasional, Lissabon, Portuqaliya | Andorra | 3 : 0 | 4 : 0 | Yoldaşlıq görüşü |
11 | 4 sentyabr 1999 | Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan | Azərbaycan | 1: 1 | 1 : 1 | UEFA Avro 2000 (seçmə mərhələsi) |
12 | 8 sentyabr 1999 | Stadional Steau, Buxarest, Rumıniya | Rumıniya | 1 : 1 | 1 : 1 | UEFA Avro 2000 (seçmə mərhələsi) |
13 | 29 mart 2000 | Estadiyo Maqalyeş Pesoa, Leyriya, Portuqaliya | Danimarka | 2 : 1 | 2 : 1 | Yoldaşlıq görüşü |
14 | 2 iyun 2000 | Estadiyo Munisipal de Şaviş, Şaviş, Portuqaliya | Uels | 1 : 0 | 3 : 0 | Yoldaşlıq görüşü |
15 | 12 iyun 2000 | Filips stadionu, Eyndhoven, Niderland | İngiltərə | 1 : 2 | 3 : 2 | UEFA Avro 2000 |
16 | 16 avqust 2000 | Estadiyo do Fontelo, Vizey, Portuqaliya | Litva | 2 : 0 | 5 : 1 | Yoldaşlıq görüşü |
17 | 3 sentyabr 2000 | Kadrioru stadionu, Tallin, Estoniya | Estoniya | 0 : 2 | 1 : 3 | FİFA Dünya Kuboku 2002 seçmə mərhələ |
18 | 15 noyabr 2000 | Estadiyo Primeyro de Mayo, Braqa, Portuqaliya | İsrail | 1 : 0 | 2 : 1 | Yoldaşlıq görüşü |
19 | 28 fevral 2001 | Estadiyo dos Barreyruş, Funşal, Portuqaliya | Andorra | 1 : 0 | 3 : 0 | FİFA Dünya Kuboku 2002 seçmə mərhələ |
20 | 28 fevral 2001 | Estadiyo dos Barreyruş, Funşal, Portuqaliya | Andorra | 3 : 0 | 3 : 0 | FİFA Dünya Kuboku 2002 seçmə mərhələ |
21 | 28 mart 2001 | Estadiyo das Antas, Portu, Portuqaliya | Niderland | 2 : 2 | 2 : 2 | FİFA Dünya Kuboku 2002 seçmə mərhələ |
22 | 2 iyun 2001 | Leynsdaun Road, Dublin, İrlandiya | İrlandiya | 1 : 1 | 1 : 1 | FİFA Dünya Kuboku 2002 seçmə mərhələ |
23 | 15 avqust 2001 | Estadiyo de Sau Luis, Faru, Portuqaliya | Moldova | 1 : 0 | 3 : 0 | Yoldaşlıq görüşü |
24 | 15 avqust 2001 | Estadiyo de Sau Luis, Faru, Portuqaliya | Moldova | 2 : 0 | 3 : 0 | Yoldaşlıq görüşü |
25 | 15 avqust 2001 | Estadiyo de Sau Luis, Faru, Portuqaliya | Moldova | 3 : 0 | 3 : 0 | Yoldaşlıq görüşü |
26 | 6 oktyabr 2001 | Estadiyo da Luz, Lissabon, Portuqaliya | Estoniya | 5 : 0 | 5 : 0 | FİFA Dünya Kuboku 2002 seçmə mərhələ |
27 | 14 noyabr 2001 | Estadiyo Xose Alvalade , Lissabon, Portuqaliya | Anqola | 1 : 1 | 5 : 1 | Yoldaşlıq görüşü |
28 | 2 aprel 2003 | Stad Olimpiqe de la Pontayse, Lozanna, İsveçrə | Şimali Makedoniya | 1 : 0 | 1 : 0 | Yoldaşlıq görüşü |
29 | 11 oktyabr 2003 | Estadiyo de Restolo, Lissabon, Portuqaliya | Albaniya | 1 : 0 | 5 : 3 | Yoldaşlıq görüşü |
30 | 19 noyabr 2003 | Estadiyo Maqalyeş Pesoa, Leyriya, Portuqaliya | Küveyt | 3 : 0 | 8 : 0 | Yoldaşlıq görüşü |
31 | 29 may 2004 | Estadiyo Munisipal de Şaviş, Şaviş, Portuqaliya | Lüksemburq | 1 : 0 | 3 : 0 | Yoldaşlıq görüşü |
32 | 3 iyun 2006 | Stad Seynt-Simforyen, Meç, Fransa | Lüksemburq | 0 : 3 | 0 : 3 | Yoldaşlıq görüşü |
Fiqu öz dövrünün ən yaxşı futbolçularından[139] və Portuqaliya futbolu tarixinin ən yaxşılarından biri hesab olunur.[140] Fiqu cəld oyunçu idi və yüksək bacarıqlara malik idi, driblinq etmə bacarığı ona rəqib müdafiəçiləri keçməyə və təkbətək mübarizələrdə qalib gəlməyə imkan verirdi.[139] O tez-tez rəqibləri keçmək üçün müxtəlif fəndlər edərdi.[141] Fiqu karyerasının əvvəllərində adətən cinah yarımmüdafiəçisi mövqeyində oynadılırdı,[142] bu mövqedə o, məhsuldar ötürmələr vermək bacarığı ilə seçilirdi,[143][144] O, Lionel Messidən sonra La Liqada ən çox məhsuldar ötürmə etmiş oyunçudur.[145]
Karyerasının sonlarında o öz sürətini və çevikliyini itirməyə başlayırdı və buna görə xüsusən "İnter"də oynadığı dövrlərdə o, meydançanı görmə bacarığı və fərqli ötürmələri ilə hücumameyilli yarımmüdafiəçi kimi pleymeyker mövqeyində oynayırdı.[141][146][147] Onun yaradıcı futbolçu olmağına baxmayaraq, tez-tez qollar da vururdu, bunların bir çoxu onun uzaqdan zərbələrdə effektiv olması ilə bağlı idi, həmçinin o, penaltilərdən və cərimə zərbələrindən də fərqlənirdi.[139][141] Futbolçu bacarıqlarına onun yüksək liderlik qabiliyyətini də əlavə etmək lazımdır.[141]
13 mart 2003-cü ildə Luiş Fiqo Fondunun əsasını qoyub. Bu fond dövlət təşkilatları ilə əməkdaşlıq edir, həmçinin beynəlxalq tədbirlərin həyata keçirilməsini təşkil edir və digər sosial layihələrin həyata keçirilməsinə pul ayırır.[150] Fiqu hal-hazırda həmin fondun sədridir.[151]
Luiş Fiqu 2008-ci ilin yanvarından[152] vərəmlə mübarizədə STOP Vərəm Əməkdaşlıq Təşkilatının xoşməramlı səfiridir.[153] Fiqu həmçinin 2011-ci ildə peşəkar futbol sənayesi üçün yaradılan Nerwork90 şəbəkəsinin əsasını qoyub.[154] Bu şəbəkə minlərlə peşəkar klubu, idmançını bir yerdə birləşdirəcək.[155] Luiş Fiqu həmçinin İnter Milan klubu tərəfindən həyata keçirilən İnter şəhərciyi xeyriyyə layihəsinin idarə heyətinin üzvüdür.[156]
Fiqu Amerikan idman geyimi kompaniyası Nike-ın reklam çarxlarında çəkilib.[157][158] 1996-cı ildə o, Roman amfiteatrında qladiotor oyununnda Nike-ın "Xeyir və Şər" kommersial başlığında baş rol oynayıb. Dünyanın hər yerindən Ronaldo. Paulo Maldini, Erik Kantona, Patrik Klüyvert və Jorqe Kamposun da daxil olduğu oyunçular iblis döyüşçülər komandasına qarşı "gözəl oyunu" müdafiə ediblər. Bu Kantonanın topa zərbə endirməsi və şəri məğlub etməsi ilə kuliminasiya nöqtəsinə çatıb.[157]
Yaponiya və Cənubi Koreyada keçirilmiş 2002 FİFA Dünya Kubokunda Fiqu digər futbolçular Tyerri Anri, Ronaldinho, Françesko Totti, Roberto Karlos və yapon ulduz Hidetoşi Nakata ilə birgə Terri Qilyam tərəfindən idarə olunnan "Gizli Turnir" Nike reklam kampaniyasında yer aldı.[159][160]
Fiqu 2010-cu ildə Benfikanın Luz stadionunda Haiti zəlzələsində zərər çəkənlər üçün təşkil edilən oyunda forma geyib.[161] 2011-ci ildə Almaniyanın Hamburq şəhərində Yoxsulluğa qarşı devizi ilə futbol üzrə xeyriyyə matçında “Ronaldo və Zidanın dostları” komandasının heyətində iştirak edib.[162] 5 iyun 2011-ci ildə Santyaqo Bernabeu stadionunda Real Madrid və Bavariya klublarının veteran futbolçuları arasında keçirilən xeyriyyə görüşündə iştirak edib. Oyundan əldə olunan gəlir Afrikadakı yardım proqramına xərclənib. Görüş 8-3 hesabı ilə Real Madrid veteranlarının xeyrinə başa çatıb.[163]
2 iyun 2013-cü ildə Luiş Fiqunun da heyətində olduğu Real Madrid və Mançester Yunaytedin veteran oyunçuları Old Trafford stadionunda keçirilən xeyriyyə matçında qarşılaşıb. Madrid klubunun heyətində Fiqudan başqa Fernando Yerro, Fernando Redondo, Emilio Butraginyo və İvan Helquero meydana çıxacaqlar. Mançester Yunaytedda isə Dvayt York, Endi Koul, Edvin van der Sar və Teddi Şerinqem mübarizə aparıblar. Matçdan yığılmış bütün vəsait Mançester Yunayted Fondu xeyriyyə təşkilatına və Mançesterdə aztəminatlı gənc insanlara, icmalara dəstək göstərən layihələrin maliyyələşdirilməsinə verilib. 56 min tamaşaçının izlədiyi oyunda Real Madrid veteranları 1-2 hesabı ilə qələbə qazanıb.[164][165]
Fiqu 2014-cü ildə növbəti xeyriyyə matçında iştirak edib. Fiqu İsveçrənin Bern şəhərində "Kasıbçılığa qarşı" keçirilən oyunda "Zinəddin Zidan və Ronaldonun dostları" komandasının heyətində yerli "Yanq Boyz" klubu ilə görüşdə iştirak edib. Fiqunun komandası bu oyunda 8-6 hesabı ilə qalib gəlib.[166]
Fiqu isveçli model Helen Svedinlə evlidir. Onların üç qızı var - Daniela (1999-cu il təvəllüdlü), Martina (2002-ci il təvəllüdlü) və Stella (2004-cü il təvəllüdlü).[167]
Həmyerlisi, Portuqaliya milli komandasının keçmiş meneceri və keçmiş gənclər komandasının məşqçisi Karlos Keyroz ilə birlikdə Fiqu 2005-06 mövsümündə A1 Qran Prisində Portuqaliya A1 Komandasının birgə yer sahibi olub.[168] Fiqunun həmçinin Portuqaliyanın Alqarve bölgəsində bahalı bir barı da var.
Fiqu vərəmlə mübarizə aparan Stop TB Partnership təşkilatının səfiridir.[169] O, İnter Milan ilə sıx əməkdaşlıq edir, Avropadakı fəaliyyətlərdə klubun səfiri kimi çalışır.[170][171] O, həmçinin İnter Milan tərəfindən idarə olunan Inter Campus xeyriyyə layihəsinin idarə heyətinin üzvüdür.[172] Fiqu həm də Peşəkar Futbol Sənayesi üçün şəxsi üzvlərin şəbəkə saytı olan Network90-ın qurucusudur.[173]
İdman titulları | ||
---|---|---|
Əvvəlki: Rivaldo |
Avropanın ən yaxşı oyunçusu 2000 |
Sonrakı: Maykl Ouen |
Əvvəlki: Zinəddin Zidan |
Dünyanın ən yaxşı oyunçusu 2001 |
Sonrakı: Ronaldo |
Əvvəlki: Fernando Kouto |
Portuqaliya komandası kapitanı 2004–2006 |
Sonrakı: Jorje Andrade |