Vasili Leontyev

Vasili Leontyev
ing. Wassily Wassilyovich Leontief
Doğum tarixi
Doğum yeri Münhen, Almaniya İmperiyası
Vəfat tarixi (92 yaşında)
Vəfat yeri Nyu York, ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Elm sahəsi Makroiqtisadiyyat
İş yerləri Nyu York Universiteti, Harvard Universiteti
Təhsili
Elmi rəhbərləri Verner Zombart, Vladislav Bortkiyeviç
Tanınmış yetirmələri Pol Samuelson, Robert Solov
Tanınır Giriş-çıxış təhlili
Üzvlüyü
Mükafatları Nobel mükafatıİqtisadiyyat üzrə Nobel mükafatı (1973)
wassily.leontief.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vasili Leontyev (ing. Wassily Wassilyovich Leontief, rus. Васи́лий Васи́льевич Лео́нтьев; d. 6 avqust 1906 — ö. 5 fevral 1999) — Rus əsilli ABŞ iqtisadçısı. Leontyev 1973-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Onun ən çox tanınan tədqiqatları giriş-çıxış təhlili və cədvəlləridir.

Vasili Leontyev 1905-ci ildə Almaniya İmperiyasının Münhen şəhərində doğulmuşdur (İqtisadiyyat üzrə Nobel mükafatının təqdim olunma mərasimində doğulduğu tarix və yer 1906-cı il Sankt-Peterburq olaraq bildirilmişdir).[4] Atasının soyu 1741-ci ildən Sankt-Peterburqda yaşayan və XVII əsrdən Rus-Ortodoks kilsəsindən ayrılmış qədim inanclar məzhəbinə (ing. starovery) inanan tacirlərə qədər uzanırdı amma, atası iqtisadiyyat üzrə professordu.[5] Anası isə Odessadan gəlmə yəhudi əsilli ailədəndi. Leontyev 1921-ci ildə, 15 yaşında olarkən Sankt-Peterburq Universitetinə daxil olur və magistr dərəcəsinə bərabər olan bir dərəcəyə 1923-cü ildə 19 yaşında olarkən yüksəlir.

Vasili Leontyev menşeviklərin tərəfini saxlayırdı. Elmi və düşüncə azadlığı üçün bir kampaniyaya qoşulmuşdu. Buna görə də ÇK (rus. ЧК - чрезвычайная комиссия) tərəfindən saxlanılaraq bir neçə dəfə sorğuya çəkilmişdi. Ona sarkom şişi diaqnozu qoyan ÇK rəsmiləri elə güman etdilər ki, Leontyev çox yaşamayacaq. Bu səbəbdən 1925-ci ildə Leontyevin RSFSR ərazisini tərk etməsinə icazə verdilər. Sonradan məlum oldu ki, bu diaqnoz səhv olaraq qoyulub.[6] O, sonradan akedemik təhsilinə Berlin Humboldt Universitetinin iqtisadiyyat bölməsində davam etdi. O, 1928-ci ildə "İqtisadiyyatda dövri cərəyanlar" adlı doktorluq dissertasiyasını Verner Zombartın elmi rəhbərliyində müdafiə edərək doktorluq dərəcəsinə yüksəldi.

1927-1930-cu illərdə Kil Universitetində məşhur Kil Dünya İqtisadiyyat İnstitutunda işləmişdi. Tədqiqat mövzusu tələb və təklif əyrilərinin statistik olaraq qurulması idi. 1929-cu ildə Çinə səfər etdi və bir müddət Dəmiryolları nazirliyində məsləhətçi olaraq işləmişdi.

Leontyev 1931-ci ildə ABŞ-yə köçdü və İqtisadiyyat Tədqiqatları üzrə Milli Büroda (ing. NBER - National Bureau of Economic Research) məsləhətçi olaraq işləmişdi. 1932-ci ildə amerikalı şair Stella Marks ilə evləndi və bir övladları oldu. İkinci Dünya müharibəsi illərində o dövrdə ABŞ-nin kəşfiyyat qurumu olan Strateji Servislər Ofisində məsləhətçi olaraq işləmişdi.

Leontyev 1932-ci ildən Harvard Universitetinin iqtisadiyyat bölməsində akedemik fəaliyyətə başladı və 1946-cı ildə iqtisadiyyat üzrə professorluğa yüksəldi. Harvarda işləyərkən 1941-ci ildə ABŞ iqtisadiyyatının giriş-çıxış cədvəlini hazırladı. 1949-cu ildə Harvarda olan sadə kompüter sistemindən istifadə edərək ABŞ İşçi Statistikası Bürosunun göstəricilərindən istifadə edərək ABŞ iqtisadiyyatının 500 sektorunun modelini hazırladı. Leontyev bu 500 sektorun hər biri üçün olan göstəricilərə əsaslanaraq və kompüterdən istifadə edərək xətti tənlik modeli hazırladı. O, "Harvard Mark II" adlı kompüterdən istifadə edərək 500 xətti tənlikdən ibarət olan sistemin xətti həllini tapdı.[7] Bu, riyazi iqtisadi modellərdə kompüterdən istifadə edərək həll etmənin ilk praktiki örnəyi idi.

Leontyev 1948-ci ildə Harvard İqtisadi Tədqiqatlar Layihəsini qurdu və 1973-cü ilə qədər bu qurumun layihə direktoru vəzifəsində işlədi. 1965-ci ildən etibarən həm də Harvard Akademik Üzvlər Cəmiyyətinin (ing. Harvard Society of Fellows) direktoru vəzifəsində işləmişdi. 1973-cü ildə giriş-çıxış cədvəlləri və bunlar haqqındakı nəzəriyyələri təkmilləşdirmə tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görüldü.

Leontyev 1975-ci ildən Nyu York Universitetində işləməyə başladı, orada İqtisadi Tədqiqatlar İnstitutunu qurdu və bu qurumun direktoru vəzifəsini yerinə yetirdi. 1991-ci ildən isə təqaüdə çıxdı. Buna baxmayaraq fəxri professor kimi həmin universitetdə 90 yaşı olandan sonra da dərs verməyə davam etdi.

Vasili Leontyev 93 yaşında olarkən 5 fevral 1999-cu ildə Nyu York şəhərində öldü.

Fəaliyyətləri

[redaktə | vikimətni redaktə et]

Leontyevi Ümumi tarazlıq nəzəriyyəsinin xətti fəaliyyət modelinin təkmilləşdirilməsi və bu nəzəri təkmilləşdirmələrin nəticələrinin praktiki olaraq giriş-çıxış modelində ifadə olunmasında göstərdiyi uğurlar məşhurlaşdırmışdı. 1941-ci ildə təkmilləşdirdiyi giriş-çıxış cədvəli yeni bir iqtisadi siyasət və tərəqqi planlaması vasitəsi olaraq yeni bir münasibətlə qarşılaşmış və çoxlu emprik iqtisadi tədqiqatlara təkanverici olmuşdu. İqtisadi planlama sahəsindəki tədqiqatları inkişaf etmiş qərb ölkələrində, sosialist ölkələrində və "Üçüncü Dünya" ölkələrində istifadə edilmiş və hələ də istifadə olunmaqdadır.

Digər iqtisadi mövzularda da Leontyevin tədqiqatları olmuşdur. Giriş-çıxış cədvəlindəki praktiki araşdırmalardan ABŞ-nin ixracatının daha çox əmək tutumlu mallar üzrə olduğu nəticəsinə gəlmişdi. Bu nəticə isə sənayeləşmiş ölkələrin əmək tutumlu malları ixrac etməsinin Beynəlxalq ticarət nəzəriyyəsinə zidd oldu və bu Leontyev paradoksu olaraq tanınmağa başladı. Bu mövzu tədqiqatçılara geniş nəzəri və praktiki araşdırma imkanı açmışdı. Bundan başqa Leontyevin Beynəlxalq ticarət nəzəriyyəsi mövzusunda da tədqiqatları olmuşdu.

Mürəkkəb əmtəə teoremini elmi ədəbiyyata daxil edən ilk iqtisadçılardan biri də məhz Vasili Leontyevdi.

Leontyev tədqiqatlarında riyazi və kəmiyyət göstəricilərinin birlikdə işlədilməsinin tərəfdarı idi. Keçdiyi dərslər və yazdığı elmi əsərlərdə davamlı olaraq iqtisadiyyatda "nəzəri təxminlər və tədqiq olunması mümkün olmayan həqiqətlər" anlayışına qarşı olmuşdur. Leontyev bir çox iqtisadçını xam emprik reallıqlarla işləyib "əllərini kirləndirməkdən çəkinməkdə" ittiham edərək tənqid edirdi. Vasili Leontyev tədqiqatlara son verənə qədər iqtisadiyyat üzrə araşdırma aparmaq üçün kəmiyyət göstəricilərini asan əldə edə bilmə və bu göstəricilərin məcburi şəkildə istifadə olunmasına böyük dəstək olmuşdur.

Önəmli əsərləri

[redaktə | vikimətni redaktə et]
  • 1925: Die Bilanz der russischen Volkswirtschaft: Eine methodologische Untersuchung
  • 1941: Structure of the American Economy, 1919-1929
  • 1953: Studies in the Structure of the American Economy
  • 1966: Input-Output Economics
  • 1966: Essays in Economics
  • 1977: Essays in Economics, II
  • 1977: The Future of the World Economy
  • 1983: Spending: Facts and Figures, Worldwide Implications and Future Outlook
  • 1983: The Future of Non-Fuel Minerals in the U. S. And World Economy
  • 1986: The Future Impact of Automation on Workers

İqtisadiyyat üzrə Nobel mükafatı

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. 1 2 3 4 5 6 Guggenheim Fellows database (ing.).
  2. 1 2 NNDB (ing.). 2002.
  3. 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.
  4. "Arxivlənmiş surət". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-19.
  5. Svetlana Kaliadina et al., "The Family of W.W. Leontief in", Economic Systems Research, vol.18 (2006), 335-345
  6. Svetlana Kaliadina et al., "W.W. Leontief and the Repressions of the 1920s: an Interview", Economic Systems Research, vol.18 (2006), 347–355
  7. Lay, səhifə 1