Eli Vizel

Eli Vizel
idiş אליעזר וויזל
Doğum adı Eliezer Wiesel
Doğum tarixi
Doğum yeri Rumıniya
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri Manhetten, Nyu-York, ABŞ
Dəfn yeri
Vətəndaşlığı Amerikalı
Milliyyəti Yəhudi
Təhsili
  • Paris İncəsənət Fakültəsi[d]
Fəaliyyəti yazıçı, siyasi fəal[d], romançı, avtobioqraf[d], universitet müəllimi[d], tərcüməçi, jurnalist, filosof, dramaturq
Fəaliyyət illəri 1956-cı ildən
Əsərlərinin dili İdiş dili[1]
Üzvlüyü
Mükafatları "Britaniya imperiyası" ordeninin cəngavər-komandoru "Fəxri legion" ordeninin Böyük xaçı Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeninin böyük zabit xaçı Grand Officer of the Order of the Star of Romania Prezidentin "Azadlıq" medalı
"Nobel" sülh mükafatı
National Humanities Medal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eli VizelNobel Sülh mükafatı laureatı, ədəbiyyatçı.

30 sentyabr 1928-ci ildə Rumıniyada dörd uşaqlı bir Yəhudi ailənin üçüncü uşağı olaraq doğuldu. 19 Aprel 1944-də Faşistlər tərəfindən ailəsiylə birlikdə Auşvitz həbs düşərgəsiBuhenvald həbs düşərgəsinə göndərildi. Sol qoluna döyməklə A-7713 nömrəsi işləndi. Anası və ən kiçik qardaşının burada öldürüldüyü sanılır. 1944-cü ilin sonunda atası ilə birgə Buhenvald həbs düşərgəsi nəql edildi. Atası 28 Yanvar 1945-də aclıq və xəstəlikdən öldü. O tarixə qədər atası ilə birgə qalmağı bacardı. Düşərgələrdə işlədilərək keçirdiyi bir ilin ardından, 11 Aprel 1945-də Buhenvald həbs düşərgəsinin Amerikan ordusu tərəfindən ələ keçərilməsiylə, azadlığına qovuşdu.

Döyüşdən sonra bir Fransız yetimxanasına yerləşdirildi və həyatda qalmağı bacaran iki bacısıyla bir araya gəldi. 1948-də Sorbonne Universitetində fəlsəfə təhsilinə başladı.

1952-ci ildə François Mauriacla tanış olana qədər, döyüş əsnasında yaşadıqlarıyla əlaqədar yazmağı rədd etdi. Daha sonra yaxın yoldaşı olan Mauriac onu yazmağa razı saldı. Bunun üzərinə ilk kitabı "Gecə"ni yazdı və 1958-ci ildə nəşr etdi.Yəhudi Soyqırımından (Holokost) xilas olmuş olan Avstriya doğulan yazar Marion Esther Rose ilə evləndi. Sonra Amerikaya köçdü və ömrünün sonuna qədər orada yaşadı, 1972-də oğulları Şlomo Elişa doğuldu. 1986-cı ildə irqçiliklə mübarizəyə görə Nobel Sülh mükafatına layiq görüldü. 2 iyul 2016-cı ildə Amerikada vəfat etdi.