Talış soğanı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Talış soğanı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Talış soğanı (lat. Allium talyschense) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir (VU D2). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.
Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və ya 1,5 sm yoğunluğunda, boz qınlıdır. Yarpaqlar novşəkilli, 2-3 mm enində, xətvaridir. Çətir şarvari, çoxçiçəklidir. Çiçəkyanlığı 5 mm uzunluğundadır, enli-zəngvari, ağ-çəhrayımtıl, tünd-qırmızı damarlıdır. Erkəkcik sapı çiçəkyanlığından qısadır, əsası qısa kirpicklidir, xaricdən neştərşəkilli, daxildən 3 bölümlü, sütuncuq çiçəkyanlığından kənara çıxmır.
Çiçəkləmə və meyvələmə dövrü aprel-may aylarına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Kseromezofitdir. Dekorativ bitkidir.
Diabar, Lənkəranın dağlıq hissəsində yayılmışdır. Orta və subalp qurşaqlarında quru qayalı yerlərdə rast gəlinir.
Hazırda populyasiyanın Hirkan Milli Parkında qorunmasına və sabitliyinə baxmayaraq antropogen təsirlər azalma tendensiyasını yarada bilər.
Dekorativ əhəmiyyətinə görə əhali tərəfindən toplanılması, otarılma və tapdalanma.
Mühafizəsi üçün xüsusi tədbirlər görülmür, antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqlar təşkil olunmalıdır.