Kilis | |
---|---|
36°43′ şm. e. 37°07′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 632 m[3] |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 79000 |
Nəqliyyat kodu | 79 |
Digər | |
kilis.bel.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Kilis (türk. Kilis) — Türkiyənin Cənub-şərqi Anadolu regionunda yerləşən və Kilis ilinin mərkəzi olan şəhər.
Kilis şəhəri Qaziantep şəhərindən 55 km, Türkiyə-Suriya sərhədindən 10 km məsafədədir. Şəhərin dəniz səviyyəsindən orta yüksəkliyi 680 metrdir.
Şəhərin tarixinin miladdan 3 min il əvvələ qədər getdiyi hesab olunur. Şəhər müxtəlif dövrlərdə aşşurlar, hetlər, əhəmənilər, romalılar, bizanslılar, məmlüklər və osmanlıların hakimiyyəti altında olmuşdur. 636-cı ildə xəlifə Ömər bin Xəttab tərəfindən xilafətin torpaqlarına qatılmış Kilis bu dövrdə Bizans İmperiyasına qarşı sərhəd məntəqəsi rolunu oynayırdı. Şəhər sonralar Məmlük idarəsində olmuş, 1516-cı ildə isə Mərcidabık döyüşü nəticəsində I Səlim tərəfindən Osmanlı ərazilərinə birləşdirilərək Hələb vilayətinə daxil edilmişdir. Birinci Dünya müharibəsindən sonra ingilislər, ardınca isə fransızlar tərəfindən işğal olunmuş Kilis 1921-ci ilin 7 dekabrında işğaldan azad edilərək Türkiyə Cümhuriyyətinin inzibati bölgəsinə çevrilmişdir.[4]
Kilis əvvəllər Qaziantep ilinin bir ilçəsi idi. 1995-ci ilin 6 iyununda qəbul edilmiş qərarla Türkiyənin 79-cu ilinə çevrildi.[5]
Türkiyə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |