Ernosto Monetanın, Milanda,Porta Veneziya bağlarındakı,abidəsi.Üzərində həkk olunub:"Ernesto Teodoro Moneta,qaribaldiçi, mütəfəkkir,jurnalist, azad insanlar arasında barış həvarisi"
15 yaşında Moneta "Milanın beş günü"ndə iştirak etdi (1848-ci il, Avstriya rəhbərliyinə qarşı qiyam). Daha sonra İvreyadaki hərbi akademiyaya daxil oldu. 1859-cu ildə Cüzeppe QaribaldininMin nəfərin ekspedisiyasına qatıldı və 1866-cı ildə avstriyalılara qarşı İtalyan ordusu sıralarında döyüşdü.
Daha sonra güclü İtalyan millətçisi olmasına baxmayaraq beynəlxalq barış fəalına çevrildi.
1867-1896-cı illər arasında Eduardo Sonzoqno tərəfindən nəşr olunan Milan demokratik qəzetinin (Il Sekolo) redaktoru oldu.
1887-ci ildə Lombard Barış və Arbitraj dərnəyini (Unione Lombarda per la Pace e l'Arbitrato) qurdu,hansı ki,silahsızlanmağı təbliğ etdi və Millətlər İttifaqının və Daimi Arbitraj Məhkəməsinin yaradılmasına səy göstərdi. 1907-ci ildə Lui Reno ilə Nobel Sülh mükafatı laureatı oldu.