Filip Noel-Beyker | |
---|---|
ing. Philip Noel-Baker | |
Energetika naziri (Böyük Britaniya) | |
15 fevral 1950-ci il – 31 oktyabr 1951-ci il | |
Əvvəlki | Hyu Neylor Qeytskell |
Sonrakı | Nazirlik ləğv edildi |
Birlik Əlaqələri üzrə Dövlət katibi | |
7 oktyabr 1947-ci il – 28 fevral 1950-ci il | |
Əvvəlki | Kristofor Addişın |
Sonrakı | Patrik Cordon Volker |
Cənubi Derbidən Parlament üzvü (Derbi 1936–1950) | |
9 iyul 1936 – 29 may 1970 | |
Əvvəlki | Ceyms Henri Tomas |
Sonrakı | Volter Hamlet Conson |
Koventridən Parlament üzvü | |
30 may 1929 – 6 oktyabr 1931 | |
Əvvəlki | Arçibald Boyd-Karpenter |
Sonrakı | Uilyam Striklənd |
Şəxsi məlumatlar | |
Doğum adı | Philip John Baker[5] |
Doğum tarixi | 1 noyabr 1889[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 oktyabr 1982[1][2][…] (92 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, yüngül atlet, diplomat, sülh aktivisti |
Uşağı | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | beynəlxalq münasibətlər |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Olimpiya mükafatları | ||
Yüngül atletika | ||
Gümüş | Antverpen 1920 | 1500 m sprint |
Filip Con Noel-Beyker, Baron Noel-Beyker (1 noyabr 1889[1][2][…], Hendon[d], Böyük London[6] – 8 oktyabr 1982[1][2][…], Vestminster borosu, Böyük London[6]) — İngilis siyasətçisi, diplomat, akademik, həvəskar atlet, kütləvi silahlanmanın tanınmış etirazçısı, pasifist.
İngilis komanda bayrağını daşıyaraq 1920-ci ildə Antverpendə keçirilən Yay Olimpiya Oyunlarında 1500 metr məsafəyə tullanma üzrə gümüş medal, 1959-cu ildə isə Nobel Sülh mükafatını qazanıb.[7]
Noel-Beyker Olimpiya medalı və Nobel sülh mükafatı qazanan yeganə şəxsdir.[8] 1929–1931 və 1936–1970-ci illər arasında Leyboristlər Partiyasından parlamentin üzvü olmuş, bir neçə nazirlikdə və kabinetdə xidmət etmişdir. 1977-ci ildə Lordlar palatasının üzvü olub.
Beyker,London, Brondesbero Parkda anadan olub,[9] Kanada əsilli kvaker (İngiltərədə və ABŞ-də kilsə mərasimlərini inkar edən xristian dini təriqətin üzvü), Josef Allen Beyker və Şotlandiya əsilli Elizabet Balmer Moskripin yeddi övladından altıncısı idi. Atası öz biznesini qurmaq üçün 1876-cı ildə İngiltərəyə köçmüş və 1895–1906-cı illərdə London şəhər şurasının tərəqqi üzvü və 1905–1918-ci illərdə Şərqi Finsböridən Böyük Britaniya İcmalar palatasında liberal üzv kimi xidmət etmişdir.
Beyker Ekwors məktəbində, Busım məktəbində, daha sonra ABŞ-də Pensilvaniyada kvakerlik ilə əlaqəli Haverford Kollecində təhsil almışdır. 1908–1912-ci illərdə Kembric Kral Kollecində təhsil almışdı. Mükəmməl tələbə olmaqla yanaşı, tarix və iqtisadiyyat sahəsindəki uğurlar əldə edərək,1912-ci ildə Kembric Tələbələr İttifaqının prezidenti və 1910–1912-ci illərdə Kembric Universiteti Atletika klubunun prezidenti oldu.[9]
Həm Birinci Dünya müharibəsindən əvvəl həm də, sonra Olimpiya oyunlarında orta məsafəyə qaçış üzrə iştirakçı oldu,1912-ci ildə Stokholmda keçirilən Olimpiya oyunlarında 800 metr və 1500 metr məsafələrdən qaçışda Böyük Britaniyanı təmsil etmişdir. Həmyerlisi Arnold Ceksonun qazandığı 1500 metr məsafədən qaçışda finala yüksəldi. 1920-ci ildə Antverpendə keçirilən Yay Olimpiya oyunlarında Baker İngilis komandasının kapitanı idi və komandanın bayrağını daşıyırdı. İlk qalibiyyətini 800 metr məsafədən yarışda qazandı, sonra 1500 metr məsafədən qaçışda, komanda yoldaşı Albert Hillin ardınca gələrək,gümüş medal qazandı.[10] 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya oyunlarında yenidən kapitan oldu, amma yarışmadı.[9]
Beykerin erkən karyerası elm sahəsində oldu. 1914-cü ildə Oksforddakı Raskin Kollecinin müdir müavini vəzifəsinə təyin edildi və 1915-ci ildə Kembric Kral Kollecinə üzv seçildi.[9] Birinci Dünya müharibəsi dövründə Fransadakı döyüş cəbhəsində DostlarınTəcili Yardım birliyini təşkil etdi və bu birliyə rəhbərlik etdi (1914–1915), sonra 1916-cı ildən etibarən vicdanlı etirazçı olaraq, İngiltərə Qırmızı Xaç (1915–1918) ilə birlikdə,İtaliyaya Birinci İngilis Təcili Yardım Birliyinin köməkçisi olmuş və bunun üçün İngiltərə, Fransa və İtaliyadan hərbi medal almışdır.
Birinci Dünya müharibəsindən sonra Noel-Beyker Millətlər Ittifaqının yaranmasında yaxından iştirak etmiş, Lord Robert Cecilin köməkçisi, daha sonra ittifaqın ilk Baş katibi Ser Erik Ceyms Drammondun köməkçisi olmuşdur. 1924–1929-cu illərdə London Universitetinin ilk Ser Ernest Kassel beynəlxalq münasibətlər professoru[11] və 1933–1934-cü illərdə Yel Universitetində mühazirə demişdir. Leyboristlər partiyasındakı siyasi karyerasına 1924-cü ildə başladı. 1929-cu ildə Birləşmiş Krallığın seçki dairəsinə üzv seçildi, xarici işlər naziri Artur Henderson üçün parlamentin xüsusi katibi vəzifəsini icra etdi.[12]
Noel-Beyker 1931-ci ildə yerini itirdi, lakin Henderson 1932–1933-cü illərdə Cenevrədə Dünya Silahsızlaşdırma konfransının prezidenti olarkən, onun köməkçisi olaraq qaldı. 1935-ci ildə yenidən Birləşmiş Krallığın seçki dairəsinə üzv seçildi, ancaq bu uğursuz oldu, lakin 1936-cı ilin iyulunda Derbi parlamentində oturan Derbi Məclis üzvü Ceyms Henri Tomas istefa etdikdən sonra qazandı. 1950-ci ildə bu seçki dairəsi bölündükdə, Derbi Cənuba köçdü.
Noel-Beyker 1937-ci ildə Leyboristlər Partiyası Milli İcraiyyə Komitəsinin üzvü oldu. 21 iyun 1938-ci ildə Noel-Beyker, Derbi Məclisində, II Dünya müharibəsi ərəfəsində Alman şəhərlərinin hava bombardmanına qarşı çıxış etdi. "Havadan vəhşiliklərin qarşısını almağın yeganə yolu hava müharibələrini və milli hava qüvvələrini tamamilə ləğv etməkdir."-deyə vurğulayıb.[13]
II Dünya müharibəsi dövründə koalisiya hökumətində 1942-ci ilin fevralından Hərbi Nəqliyyat Nazirliyində parlament katibi vəzifəsində çalışmışdı, 1945-ci il ümumi seçkilərindən sonra Leyboristlər hakimiyyətə gəldikdən sonra Xarici İşlər Naziri vəzifəsini icra etdi, lakin Xarici İşlər Naziri Ernest Bevin ilə münasibətləri bir o qədər də yaxşı deyildi. Noel-Beyker,1946-cı ilin oktyabrında Dövlət Hava Xidmətinin katibi olmaq üçün hərəkətə keçdi və 1947-ci ildə İcmalar palatasından Dövlət Katibi oldu və kabinetə qatıldı.[14]
Noel-Beyker,1948-ci il Londonda Olimpiya Oyunlarının təşkilindən məsul nazir idi. 1950-ci ildə Energetika naziri oldu. 1940-cı illərin ortalarında Noel-Beyker,Birləşmiş Millətlər Təşkilatına çevrilən İngilis nümayəndə heyətində xidmət etdi və İngilis nümayəndəsi olaraq nizamnaməsini və digər fəaliyyət qaydalarını hazırlamağa kömək etdi. 1946–47-ci illərdə Leyboristlər partiyasının sədri vəzifəsini icra etdi, lakin 1948-ci ildə Milli İcraiyyə Komitəsindəki yerini itirdi və yerini Maykl Fut tutdu.[15] 1950-ci illərdə sol Bevanit siyasətinin rəqibi və tək tərəfli tərksilah siyasəti əvəzinə çoxtərəfli nüvə tərksilahsızlamanın tərəfdarı kimi 1959-cu ildə Nobel sülh mükafatını aldı. 1979-cu ildə Fenner Brokvey ilə birlikdə Dünya Silahsızlaşdırma kampaniyasını quran Beyker ölənə qədər həmsədr vəzifəsini icra etdi və 1980-ci illərdə silahsızlanmanın fəal tərəfdarı oldu.[16]
Noel-Beyker 1970-ci ildə keçirilən ümumi seçkilərdə Cənubi Derbinin millət vəkili olaraq uduzdu, onun yerinə Valter Conson gəldi. Onun ömürlük Per titulu 1977-ci ildə elan edildi və 22 iyul 1977-ci ildə Derbi şəhərindən Baron Noel-Beyker tituluna layiq görüldü,[17] 1965-ci ildə layiq görüldüyü "Fəxri kavaler ordenindən" imtina etdi.[18][19] 1960–1976-cı illərdə Beynəlxalq İdman Elmi və Bədən Tərbiyəsi Şurasının prezidenti olub.[9]
1915-ci ilin iyununda Şərqi Qrinstiddəki sahə xəstəxanasının tibb bacısı işləyən İrin Noel, Filip Beyker ilə evləndikdən sonra 1921-ci ildə sənəd sorğusu ilə Noel-Beyker adını götürdü.[20] Onun həyat yoldaşı Virciniya Vulfun rəfiqəsi idi. Leyboristlər partiyasından millət vəkili olan yeganə övladları Frensis Noel-Beyker də atası ilə birlikdə palatalarda xidmət göstərib. Ancaq onların evliliyi uğurlu olmadı. Noel-Beyker 1936-cı ildə Liberallar partiyasının keçmiş lideri Deyvid Lloyd Corcun qızı, özü Liberal olan və daha sonra Leyboristlərdən millət vəkili olan Meqan Lloyd Corc ilə sevgili olsa da, münasibətləri 1966-cı ildə İren öldükdən sonra başa çatdı.
Noel Beyker 92 yaşında Vestminsterdə ölümündən sonra, Qərbi Susseksdəki Heyşottda həyat yoldaşı ilə birlikdə dəfn edilib.[9]
Digər müəəlliflərin Filip Beyker haqqında olan əsərləri
İlkin və sonrakı mənbələr
Parliament of Great Britain | ||
---|---|---|
Sələfləri Arxibald Boyd Karpenter |
Koventri millət vəkili 1929-1931-ci illər |
Xələfləri Uilyam Striklənd |
Sələfləri Ceyms Henri Tomas və Uiyam Allen Reyd |
Derbi millət vəkili 1936–1950 |
Xələfləri seçki dairəsi bölündü |
Sələfləri Vinkount Stasgeyt |
Hava xidməti üzrə dövlət katibi 1946—1947-ci illər |
Xələfləri Artur Henderson |
Sələfləri Viskount Addişın |
Dövlətlər Birliyi naziri 1946—1947-ci illər |
Xələfləri Patrik Cordon Valker |
Sələfləri Hyu Qeytskell |
Energetika naziri 1947—1950-ci illər |
Xələfləri İdarə ləğv olundu |