Xuan Manuel Santos | |
---|---|
isp. Juan Manuel Santos Calderón | |
Əvvəlki | Alvaro Uribe Veles |
Milli Müdafiə Naziri | |
19 iyul 2006 – 18 may 2009 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Boqota, Kolumbiya |
Partiya |
|
Təhsili |
London Siyasi Elmlər Məktəbi Harvard Universiteti |
Fəaliyyəti | siyasətçi, jurnalist, iqtisadçı, vəkil |
Həyat yoldaşı | Maria Klemenzia Munera |
Uşaqları |
Martin Maria Antonio Esteban |
Dini | Roma-Katolik kilsəsi |
|
|
Təltifləri | Nobel sülh mükafatı (2016) |
juanmanuelsantos.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Xuan Manuel Santos (isp. Juan Manuel Santos Calderón) - Kolumbiya Respublikasının 32-ci prezidenti, keçmiş Milli Müdafiə və Xarici ticarət naziri. Xuan Manuel Santos 2010-cu ilin 7 avqust tarixindən etibarən prezidentlik səlahiyyətlərini icra etməkdədir. Manuel Santos ölkəsində 60 ildən çox davam etməkdə olan vətəndaş müharibəsini yekunlaşdırılması üçün gördüyü işlərə görə 2016-cı ildə Nobel sülh mükafatını layiq görülmüşdür.[1]
1991-ci ildə prezident Sezar Qaviriya dövründə Xarici ticarət naziri olmuşdur. 1992-ci ildə dörd il müddətinə 7-ci Birləşmiş Millətlər Ticarət və İnkişaf Konfransı başçısı vəzifəsinə təyin edilmişdir. 1999-cu ildə Latın Amerika və Karib (Latın Amerika Ölkələri İqtisadi Komissiyası) Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası başçısı vəzifəsinə təyin edildi və 2001-2002-ci illər ərzində Afrika Futbol Konfederasiyası direktoru vəzifəsində çalışmışdır.[2]
20 İyun 2010-cu il seçkilərində ikinci turdan sonra Xuan Manuel Santos rəsmən Kolumbiya prezidenti seçilmişdir. 7 avqust 2010-cu ildən artıq öz prezident fəaliyyətinə başlamışdır.[3]
Manuel Santos ölkəsində 60 ildən çox davam etməkdə olan vətəndaş müharibəsini yekunlaşdırılması üçün gördüyü işlərə görə 2016-cı ildə Nobel sülh mükafatını layiq görülmüşdür.[1]
Santos Kolumbiyanın yüksək təbəqəli ailələrindən birində dünyaya gəlmişdir. Onun böyük əmisi Eduardo Santos 1938-ci ildən 1942-ci ilə qədər Kolumbiya prezidenti və ölkənin öndə gedən qəzeti "El Tiempo"nun sahibi və idarəçisi idi.[4] Atası Enrike Santos Castillo qəzetin redaktoru olaraq 50 il çalışmışdır. Əmisi oğlu Fransisko Santos ölkənin prezidenti olaraq Alvaro Uribenin iki dövr boyunca prezident köməkçisi vəzifəsində çalışmışdır. Xuan Manuel Santos Mariya Klemensiya Rodriqez (Tutina) ilə evlidir. Martin, Mariya Antoniya və Esteban adlı üç uşaqları var.[5][6]